Uşaqların beynini zəhərləyənlər cəzalandırılacaq – Qanun qüvvəyə minir

Uşaqların beynini zəhərləyənlər cəzalandırılacaq – Qanun qüvvəyə minir














“Burada konkret məsuliyyətlər nəzərdə tutulub və artıq kiminsə məsuliyyətdən yayınması mümkün olmayacaq”

Ötən günlərdə Prezident İlham Əliyev “Uşaqların zərərli informasiyadan qorunması” haqqında Qanunun icrasında dövlət orqanları arasında səlahiyyət və vəzifələrin bölüşdürülməsi ilə bağlı fərman verib. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Məsələ ilə bağlı AYNA-ya açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elgün Səfərovun sözlərinə görə, sözügedən qanuna uyğun yeni mexanizmlər yaradılır: “Əvvəllər uşaq hüquqlarının müdafiəsində, pozulma hallarında başqa müvafiq qanunlara müraciət edirdiksə, indi konkret qanunun olması və onun qüvvəyə minməsi bizim də işimizi asanlaşdıracaq. Artıq qanunla tənzimləmə daha dəqiq aparılacaq. Burada konkret məsuliyyətlər nəzərdə tutulub, artıq bu məsələdə kiminsə məsuliyyətdən yayınma halı ola bilməz”.

“Qanunda hərtərəfli yanaşma var, söhbət beynəlxalq standartların, konvensiyanın tətbiqindən gedir. Burada internetdə, onlayn resurslarda, mediada, audio-vizual məkanda, sosial şəbəkədə, mobil aplikeyşnlardakı informasiyalardan söhbət gedir. Burada tək yaş həddinin təsnifatı məsələsi deyil, daha ciddi məsələlər əksini tapıb”, – Səfərov əlavə edib.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov da AYNA-ya şərhində, sözügedən qanunun üstünlüklərindan danışıb: “Əslində, Şura illərdir, qeyd olunan məsələni diqqətə saxlayırdı. Biz telekanallardakı neqativ, zərərli informasiyalara qarşı davamlı tədbirlər görürük. Ölkə rəhbərinin qanunun icra mexanizmi ilə bağlı qurumlara səlahiyyətləri verməsi işimizə məsuliyyəti bir az da artırdı”.

“Yeni ildən etibarən qanunu pozan telekanalların cəzalandırılması halları arta bilərmi” sualına MTRŞ rəsmisi belə cavab verib: “Fəaliyyətimiz müddətində televiziya qurumlarına saysız xəbərdarlıqlar, şikayətlər üzrə məhkəmələr, telekanalların cərimələnməsi, cəzalandırılması faktları olub. Qanun zərərli informasiya yayanları 5 min manatdan 8 min manatadək cərimələmək imkanı verir. Misal üçün, sonuncu belə işlərdən biri “Space”də müğənnilərin söyüşləri ilə bağlı fakt idi ki, kanala 6 min manat cərimə kəsildi. Biz qanunla bağlı maarifləndirmə üçün həm Şura daxilində, həm də telekanal rəhbərləri ilə toplantılar keçirmişik. Yeni ildə hər kəsin üzərinə ciddi məsuliyyət düşür, bilsinlər ki, artıq qanundan yayınma halları qaçılmaz olacaq”, – deyə N.Cavadov vurğulayıb.

Məlumat üçün qeyd edək ki, sözügedən qanunda zərərli informasiya dedikdə bu məsələlər nəzərdə tutulur:

– Zorakılığı və qəddarlığı təbliğ edən informasiya;

– Cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya;

– Uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya;

– Ailə institutunu nüfuzdan salan informasiya;

– Əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya;

– Pornoqrafik xarakterli informasiya.

Müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyaya isə aşağıdakılar aiddir:

– zorakılığı və qəddarlığı nümayiş edən informasiya;

– qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya;

– qorxu məzmunlu informasiya;

– erotik məzmunlu informasiya.

Tarix:29-12-2019, 14:40 Baxış Sayı:71 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Azərbaycanda daha 257 nəfərdə koronavirus aşkarlandı - 3 nəfər vəfat etdi, 202 pasiyent sağaldı
Xəzər dənizində dalğanın hündürlüyü 4.5 metrə çatıb - FAKTİKİ HAVA
Turizmə göstərilən dövlət dəstəyinin məbləği açıqlandı – RƏSMİ
Bu gündən 11 nömrə də “BakuBus”a keçdi
Hərbçilər Qərbi Azərbaycan əyalətinə hücum etdi
Azərbaycan daxilində uçuşlar gələn həftədən bərpa edilə bilər
Azərbaycan bu il dezinfeksiyaedici vasitələrin idxalını 3 dəfəyə qədər artırıb
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatdı
Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 100 mənzil, 50 avtomobil təqdim edildi
Bu yerlərdə tibbi maskaların taxılması məcburidir - Qərar
Azərbaycan bu qadağanın müddəti uzadılır - Rəsmi
Lənkəran rayon İH-n əlil ailəsi ilə bağlı münasibət
Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
Qobustan rayon Mərkəzi xəstəxanasının baş həkimindən rüşvət almanın yeni üsulu: Şok iddia-Video
Bakı sakinlərinin nəzərinə: Sabah küçəyə çıxmayın!
Mayın 31-də Azərbaycanda bu qadağa ləğv ediləcək? - AÇIQLAMA
Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır
Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı qeyd olunur
Daha bir marşrut xətti “BakuBus”a verildi
Millət vəkili Ramil Səfərovla bağlı məsələyə aydınlıq gətirdi
Ruhani İlham Əliyevə məktub göndərdi
Qaz sayğacları ilə bağlı əhaliyə MÜHÜM AÇIQLAMA
AzTV-də “sezon finalı”: Nə dəyişdi, nə qaldı və nə baş verir..?
Deputat yeni icra başçısı barədə: “Seymur Ağstafaya ingiliscə danışmağa göndərilməyib”
Qobu Park yaşayış massivində vergidən yayınan Apteklə "JEK"in nə əlaqəsi-VİDEO
İstifadəyə yararsız 70 kq ət aşkarlandı - Foto
Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb
Ölkədə nə qədər işsiz var?
Ağsu rayonun İcra Hakimiyyətindən təkzib
Bu ilin ilk Günəş tutulmasının vaxtı açıqlandı

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla