Bakıda anadan olan milyarder xanımın bütün sərvəti donduruldu

Bakıda anadan olan milyarder xanımın bütün sərvəti donduruldu












Anqolanın keçmiş prezidenti Eduardo dos Santosun qızı və ölkənin neft şirkəti "Sonangol"un Direktorlar Şurasına rəhbərlik edən milyarder-biznesvumen İzabel dos Santosun bütün sərvəti üzərinə həbs qoyulub.


Anqolanın baş prokuroru İzabel dos Santosun bir sıra dövlət şirkətləri ilə korrupsiya əlaqəsinə girərək dövlətə 1.14 milyard dollar zərər vurduğunu bildirir.


Eduardo Dos Santos ötən əsrin 70-ci illərind Bakıda, indiki Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb və burada evlənib. Həmin evlilikdən Bakıda onun hazırda 44 yaşında olan qızı İzabel dünyaya gəlib.


Sonradan Eduardo dos Santos ölkəsinə qayıdıb və prezident olub, onillər boyu Anqolanı idarə edib. Sonradan onun qızı bizneslə məşğul olmağa başlayıb və sürətlə varlanaraq Afrikanın ən zəngin qadınına çevrilib. Sərvəti 3.5 milyard dollara yaxındır.


Xəbərlərə görə, İzabel dos Santos prokurorun onun sərvətinə həbs qoyulması barədə sanksiyasını tamamilə yanlış hesab edir və məhkəməyə müraciət edəcəyini, Anqola və beynəlxalq hüququn bütün imkanlarını işə salacağını bildirib.


Anqolada Eduardo dos Santosdan sonra hakimiyyətə gələn Prezident Lurensonun ən böyük vədlərindən biri korrupsiya ilə mübarizə və Santos ailəsinin iqtisadyyat üzərində təsirlərini aradan qaldırmaq barədə olmuşdu.


İzabel dos Santos bildirir ki, o, neft şirkətinin rəhbərliyinə atasının sayəsində deyil, biznesdə qazandığı uğurlar və nüfuz hesabına gəlib. O, barəsində irəli sürülən korrupsiya ittihamlarını rədd edir.(virtualaz.org)

Tarix:3-01-2020, 17:27 Baxış Sayı:108 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Tramp ona rəqib olacaq namizəd haqqında: “Pəltək və səriştəsizdir”
Bakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildi
Daha bir yol polisi postu köçürüldü - Rəsmi
Azərbaycanda ana 3 qızı ilə b irlikdə - Türkiyədən keçib İŞİD-ə qoşuldu - ŞOK FAKTLAR
Azərbaycan və İtaliya prezidentləri təkbətək görüşdü
21 fevralda gözlənilən hava şəraiti
DTX Neftçalayla bağlı açıqlama yaydı
Metroda sabahdan dezinfeksiya başlayır
Nazirdən bələdiyyələrlə bağlı QƏRAR
MASALLI POLİSİ İNSANLARIN TALEYİNİ “UĞURLU STATİSTİKAYA” QURBAN VERİR
Azərbaycan nefti bahalaşıb
Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" - FOTO
79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi
Debatda uduzan Paşinyana erməni yazıçıdan sərt sözlər: “Ayıb olsun!”
Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib
DTX-nın xüsusi təyinatlıları Neftçala İcra Hakimiyyətinə girdi – SON DƏQİQƏ
Zakir Qaralov rəisləri işdən çıxartdı - YENİ TƏYİNATLAR
"Harınlaşmış məmurlar, tək-tək gəlməyin üstümə"- Mübariz Mənsimov MEYDAN OXUDU
Virusdan bir gündə - 100 NƏFƏR ÖLDÜ
Həkimlərin maaşları verilib, əlavələrin – NƏ VAXT VERİLƏCƏYİ AÇIQLANDI
"Araz market"in əməkdaşı - İŞ BAŞINDA BIÇAQLANDI
Fevralın 23-də magistraturalara qəbul imtahanı keçiriləcək
İcbari tibbi sığortaya görə ən çox müraciət edilən ərazi AÇIQLANDI
AB liderlərinin kritik iclası başlayır: Büdcə azaldılır
İtkin düşən hərbçimizin meyiti neytral ərazidən götürüldü
“Bank Respublika”nın sahibinin oğlunun ölüm səbəbi nədir? - Antibiotik, yoxsa şpris?..
Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirusa qarşı vəziyyət stabildir
3 gündür metroda nə baş verir? - AÇIQLAMA
Atəşkəs iriçaplı pulemyotlarla 23 dəfə pozuldu
Xarici valyutaların manata qarşı məzənnələri

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla