Bir icra başçısının sərvəti: restoranlar, villalar, şirkətlər və 50 milyon pul...

Bir icra başçısının sərvəti: restoranlar, villalar, şirkətlər və 50 milyon pul...













Mühacirətdə yaşayan bloger Həbib Müntəzir Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun sərvəti və vəzifəyə təyin etdiyi qohumları barədə məlumat yayıb.
O bildirib ki, Fərəcov Sumqayıta gələndən rəsmi sərəncamlarla şəhərə 50 milyondan çox vəsait ayrılıb.
"Halbuki bu qədər pula, yeni şəhər salmaq olardı. Bəs bu qədər pul haralara gedib, kimin və kimlərin ciblərinə axıb?", - deyə bloger yazıb.
O, Fərəcovun varidatının siyahısını da təqdim edib:
"RESTORAN və OBYEKTLƏR
• Sumqayıtda "Şahənə" şadıq sarayı
• Novxanıda dəniz kənarında "Kalyon" restoranı
• Yeni Bulvar ərazisində "Dəniz”restoranı
• Sumqayıtın girişində OS- OİL
• Sumqayıtda "İST" petrol (50% onundur)
• Sumqayıtda "Səda Store"
• 13-cü mikr-da "Qold Qayalı" super ticarət şəbəkəsi (50% şərik)
• Sumqayıt bulvarına bitişik yaşayış massivi
• Kuşadasında "Norf” adı altında "Bistro” kafesi, sushi və balıq restoranı
• Sumqayıtın 44-cü məhəlləsində "NORF” adlı şirəli içkilər istehsalı
• Türkiyədə eyni, NORF markalı içkilərin istehsalı
• Qızının idarə etdiyi "UVENTA" gözəllik salonu, eyni adlı estetik mərkəzi
• "Kimyaçılar" sarayı qarşısındakı "Zəfəran" restoranı
MƏNZİL və VİLLALAR
• Qurd dərəsi və Novxanı bağlarında 6 villası
• Corat kəndində 1 villası
• İzmirin Kuşadasında villası
• Sumqayıt 29-cu MƏH., ev 17/18, mən 6 ünvanında mənzil
• Binəqədi rayonu, Musabəyov küç. 20 ünvanında mənzil
• Sumqayıtın 21-ci mikrorayonunda qızlarına məxsus 3 villa
• Novxanıda hektarlarla bağ sahəsi
• Zakir həm də tikinti maqnatıdır. Saray kəndi ilə Sumqayıt körpüsünə qədər olan yeni yaşayış massivi onundur.
ŞİRKƏTLƏR
• "Əsnayə MMC" şirkəti (kürəkəni Əkrəmindir)
• "LC-2008 MMC" şirkəti (kürəkəni Müşviqindir)
• "RAMİL-2000" Fərdi Firması (kürəkəni Müşviqindir)
• "Ruslan-S” tikinti şirkəti (qardaşı oğlunundur)
Əslində, İradə Gülməmmədovaya məxsus biznesin 90%-i Zakir Fərəcova da məxsusdur.
QOHUMLUQLAR:
• Qardaşı millət vəkili Nazim Fərəcov
• Oğlu Nizami rayon prokurorunun müavini Pərvin Fərəcov
• Bacısı əri Sumqayıt nəqliyyat departamentinin rəhbəri Xanı Rüstəmov
• Bacısı oğlu Sumqayıt nəqliyyat departamentinin əməkdaşı Elgiz Fərəcov. (Belində silahla fırlanır)
• Bacısı oğlu Abşeron Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Məhəmməd Həsənov
• Bacısı oğlu Sumqayıt Mənzil Təsərrüfat İstehsalat birliyinin rəhbəri Hüseyn Həsənov
• Qudası Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə
• Qudası Ərazi maliyyə müfəttişliyinin rəisi Akif Zeynallı
• Kürəkəni Çin və Şimali Koreyada olan fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı.
• Qudası Sumqayıt Şəhər icra hakimiyyətinin Corat qəsəbəsi üzrə nümayəndəsi Cəmil Quliyev
• Kürəkəni 3 saylı Mənzil İstismar Sahəsinin rəisi Müşviq Quliyev
• Qardaşının qudası Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov
• Zakir Fərəcovun qardaşı oğlu Ruslan Fərəcov biznesmendir. "NORF" adlı içkilər buraxır, Azərbaycanda və Türkiyədə. İzmirdə eyni adlı restoranı var. NORF-un mənası, budur: Nazimin Oğlu Ruslan Fərəcov. Yəni baş hərflər.
Bunlar Sumqayıt icra hakimiyyətindəki mənbələrə istinadən sadəcə mənə məlum olanlardır. Zakir Fərəcovun daşınmaz əmlakı, ticarət şəbəkələri, restoran, şadlıq sarayları, özünə və övladlarına aid villalar, gizli şirə istehsalı müəsisələri, torpaq sahələri, mağazalar şəbəkəsi milyonlarla manata ölçülür", - bloger bildirib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti isə hələ ki məlumatı nə təsdiq, nə də təkzib edib.

Yenisabah.az

Tarix:7-01-2020, 17:39 Baxış Sayı:134 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Tramp ona rəqib olacaq namizəd haqqında: “Pəltək və səriştəsizdir”
Bakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildi
Daha bir yol polisi postu köçürüldü - Rəsmi
Azərbaycanda ana 3 qızı ilə b irlikdə - Türkiyədən keçib İŞİD-ə qoşuldu - ŞOK FAKTLAR
Azərbaycan və İtaliya prezidentləri təkbətək görüşdü
21 fevralda gözlənilən hava şəraiti
DTX Neftçalayla bağlı açıqlama yaydı
Metroda sabahdan dezinfeksiya başlayır
Nazirdən bələdiyyələrlə bağlı QƏRAR
MASALLI POLİSİ İNSANLARIN TALEYİNİ “UĞURLU STATİSTİKAYA” QURBAN VERİR
Azərbaycan nefti bahalaşıb
Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" - FOTO
79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi
Debatda uduzan Paşinyana erməni yazıçıdan sərt sözlər: “Ayıb olsun!”
Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib
DTX-nın xüsusi təyinatlıları Neftçala İcra Hakimiyyətinə girdi – SON DƏQİQƏ
Zakir Qaralov rəisləri işdən çıxartdı - YENİ TƏYİNATLAR
"Harınlaşmış məmurlar, tək-tək gəlməyin üstümə"- Mübariz Mənsimov MEYDAN OXUDU
Virusdan bir gündə - 100 NƏFƏR ÖLDÜ
Həkimlərin maaşları verilib, əlavələrin – NƏ VAXT VERİLƏCƏYİ AÇIQLANDI
"Araz market"in əməkdaşı - İŞ BAŞINDA BIÇAQLANDI
Fevralın 23-də magistraturalara qəbul imtahanı keçiriləcək
İcbari tibbi sığortaya görə ən çox müraciət edilən ərazi AÇIQLANDI
AB liderlərinin kritik iclası başlayır: Büdcə azaldılır
İtkin düşən hərbçimizin meyiti neytral ərazidən götürüldü
“Bank Respublika”nın sahibinin oğlunun ölüm səbəbi nədir? - Antibiotik, yoxsa şpris?..
Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirusa qarşı vəziyyət stabildir
3 gündür metroda nə baş verir? - AÇIQLAMA
Atəşkəs iriçaplı pulemyotlarla 23 dəfə pozuldu
Xarici valyutaların manata qarşı məzənnələri

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla