Zaqatala icra başçısının biznes imperiyası - Villalar, hotellər, şirkətlər, restoranlar

Zaqatala icra başçısının biznes imperiyası - Villalar, hotellər, şirkətlər, restoranlar





Avropada yaşayan jurnalist-blogger Həbib Müntəzir Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin çoxmilyonluq biznes şəbəkəsi barədə məlumat verib. Azerinfo.tv-nin məlumatına görə, icra başçısının biznes imperiyasına şirkətlər, zavodlar, restoranlar, istirahət mərkəzləri və sair daxildir. Onun eyni zamanda çoxsaylı villa və mənzillərə sahib olduğu bildirilir. 13 ildir icra başı olan Mübariz Əhmədzadənin bu qədər böyük varidatı necə əldə etdiyi məlum deyil. Ancaq...

“13 ildir icra başı olan Mübariz Əhmədzadə Zaqatalada zəlzələdən zərər çəkənlərin evlərinin çoxunu hələ də təmir etdirməyib. Halbuki dövlət büdcəsindən 300 milyon manat pul ayrılmışdı, manatın manat vaxtı. Pullar hara, necə gedir?"- deyə, jurnalist-blogger icra başçısının bu varidatı necə əldə edə biləcəyinə işarə vurub.

Yəqin ki, hüquq-mühafizə orqanları Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşı olan icra başçısının belə böyük varidatı hansı yollarla əldə etdiyini araşdıracaq.. Hələlik biz, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenilə təltif edilən Mübariz Əhmədzadəyə aid olduğu bildirilən əmlakların tam olmayan siyahısını dərc edirik.

VİLLA və MƏNZİLLƏR



Qax rayonu, İlisu kəndində dəbdəbəli villa;

Zaqatalada 1 hektarlıq sahədə, 5 milyon manatlıq villa;

Londonda “69-70 Princes GateKnightsbridge, SW7 2PA” ünvanında 6-cı, 7-ci və 8-ci mərtəbələrdən ibarət malikanə;

Kiprdə dəbdəbəli malikənə;

Bakıda, Yasamal, Zahid Xəlilov küç. ev 68, mənzil 88;

Bakı, Binəqədi rayonu, S,S, Axundov küç, ev 1/2 ünvanda mənzil;

Qax, M.F. Axundov küç, ev 15 ünvanında mənzil;

Zaqatala, Car küç. ev 3A ünvanda mənzil.

HOTELLƏR və RESTORANLAR

Qaxda “El Resort” otel kompleksi;

Qax, İlisu kəndində “Yurd Hotel” istirahət kompleksi;

İlisu kəndində “Yaşıl Park” otel kompleksi;

“Səngər Qala” otel kompleksi,

“Ulu Dag” oteli,

Qax rayonu, Eden Park Hotel;

Qax, Qaxbaş kəndində 54700 kv metrlik (5.5 hektar) ərazisi olan “Residence” ailəvi istirahət mərkəzi.

Bakı, Koroğlu Rəhimov küçəsindəki “Növbahar” Restoranı

Bakıda “Zakura Yapon mətbəxi” restoranı

YERLİ ŞİRKƏTLƏRİ və OBYEKTLƏRİ

Qax Fındıq Zavodu;

Qax rayon taxıl məhsulları kombinatı;

Qax Rayon Avtovağzalı;

“ULUYURD” şirkətlər qrupu:

“Advisors CO.” şirkəti;

“Proyekt”, MMC şirkət;i

“Çağdaş“ MMC şirkəti;

“Elit-R1“ MMC şirkəti;

“Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“Corasuni” Məhdud Məsuliyyətli Cəmiyyəti;

“İlisu Uludağ Turizm və İstirahət Kompleksi”;

XARİCDƏ OLAN ŞİRKƏTLƏRİ:

Çexiyada “ALPS s.r.o.” şirkəti;

İngiltərədə “GYUNEL LİMİTED” şirkəti

İngiltərədə “GLOBALLY LTD” adlı daha bir şirkət

Türkiyədə “Etiler Dış Ticaret Limited” şirkəti

Kipr və Cenevrədə də də şirkətləri və biznesləri mövcuddur

VƏZİFƏDƏ OLAN YAXIN QOHUMLARI:

Qardaşı Əhməd Əhmədzadə “Su və Melorasiya” ASC nin rəhbəri;

Oğlu Coşqun Əhmədzadə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini;

Oğlu Rəşad Əhmədzadə Səbail Rayon polis idarəsinin 8-ci Polis Bölməsinın rəisi;

Xalası oğlu Musa Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı;

Qardaşı oğlu Vüqar Əhmədzadə – DSMF Qax rayon şöbəsinin müdiri;

Qardaşı oğlu Tərlan Əhmədzadə Qax Mərkəzi Xəstəxananın baş həkimi;

Qardaşı oğlu Cuma Əhmədzadə Azərbaycanda və xaricdə xeyli şirkətlərin sahibi;

Qardaşının qudası Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri;

Yazıda qeyd olunanlarla bağlı Mübariz Əhmədzadənin də mövqeyini

Tarix:8-01-2020, 16:12 Baxış Sayı:130 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq – Məzahir Pənahov
Azərbaycanda mobil telefonların idxalına dair yeni - TƏNZİMLƏMƏ MEXANİZMLƏRİ HAZIRLANIR
7 seçki məntəqəsinin nəticələri ləğv olundu - SON DƏQİQƏ
20 fevralda gözlənilən hava şəraiti
Putin Ərdoğana verdiyi sözü tutmadı, müharibə realdır – Politoloq detalları açdı
Saxta maliyyə əməliyyatları aparan - ŞƏXSLƏR TUTULDU
Türkiyədən Suriyaya SONUNCU XƏBƏRDARLIQ
2014-cü ildə yoxa çıxan "Boeing" sərnişin təyyarəsi ilə bağlı Avstraliyadan ŞOK AÇIQLAMA
Professor Əli Həsənov: "Türkün torpağına göz dikən hər kəs məğlubiyyətə məhkumdur"
Azərbaycanda uşaqlara qarşı zorakılıq... - ŞİDDƏT NİYƏ ARTIR?
Təhsilimizdə CİDDİ PROBLEM: məsələyə yenidən baxılmalıdır
İdlibdə 21-ci əsrin ən böyük bəşəri faciəsi yaşanır – Köç edənlərin sayı 1 milyon 942 minə çatıb
Məşhur yunan alimi:“Azərbaycan Prezidenti Paşinyanın yalanlarını ifşa elədi”
Zakir Qaralovu kim əvəz edəcək? – Apreldə qərar veriləcək
Azərbaycanda bu kənddə təhlükəli xəstəlik yayıldı
İnsan sümüklərindən hörülmüş divar aşkarlandı
"AQROLİZİNQ" ASC-in şöbə müdir Rövşən Əsgərovun küllü miqdarda rüşvət aldığı iddia olunur: Məhbusdan məktub
Vəliəhdin istədiyi olmasa neft 40 dollara düşə bilər
Erməni KİV-i Kasprşikin Dağlıq Qarabağda keçirdiyi görüşlərlə bağlı izahat istədi
ABŞ-dan Çinə növbəti qadağa
Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq
MSK ötür-ötürlə vaxt uzadır - Seçki şikayətlərinin çoxu yenidən DSK-lara niyə göndərilir?
Məzahir Pənahov namizədi zaldan qovdu - MSK-da insident
ATƏT Kasprşiklə bağlı ermənilərə cavab verdi
Azərbaycanda yüzlərlə vəzifəli şəxsə töhmət verilib - RƏSMİ
Cibimizə girən lombardlar — Fəaliyyətləri nəzarətə götürüləcək – VİDEO
Fevralın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Prezident Administrasiyasına ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHI
Bəzi məcburi köçkün qadınlara verilən "çörəkpulu" niyə kəsilib? - RƏSMİ AÇIQLAMA
«Banklardakı «qara siyahı»lar - BİZNESƏ MANE OLUR» – İŞ ADAMI

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla