Əlil-şəhid ailələrinə tikilən evin aqibəti... - ...Nizami rayonunda tikilən ev Nərimanovda gözdən əlillərə tikilən evin aqibətini yaşayır

Əlil-şəhid ailələrinə tikilən evin aqibəti... - ...Nizami rayonunda tikilən ev Nərimanovda gözdən əlillərə tikilən evin aqibətini yaşayır










Qarabağ qaziləri tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

“2015-ci ilin 24 dekabrında Nərimanov rayonunda gözdən əlillər üçün tikilən evin açılışı olub. Prezident İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva açılışı etdikdən sonra məlum olub ki, mənzil bölgüsündə ciddi pozuntular olub və xeyli sayda insan saxta gözdən əlil kimi mənzil alanların siyahısına daxil edilib. Bu saxtalıqla bağlı hüquq mühafizə orqanları araşdırma aparıb və hələ də tam nəticə əldə olunması qeydə alınmayıb. Bircə o məlumdur ki, bu dələduzluq əməlində ƏƏSMN təmsilçilərinin iştirakı olmayıb.

2019-cu ilin 24 dekabrında Nizami rayonunda Qarabağ əlilləri və şəhid ailələrinə tikilən 96 mənzilli evin açılışını edən prezident İlham Əliyev cəmi 5 nəfərə mənzil orderi təqdim edib və qalan 91 nəfərin kimliyinə hələ də aydınlıq gətirilməyib. Bu evin bölgüsünün gizlin aparılması şübhələrə gətirir və kobud qanun pozuntusudur. Nərimanovda gözdən əlillərə tikilən evin bölgüsündəki qanunsuzluq Nizami rayonunda başqa formada təkrar olunur. Burada özbaşınalığın başında ƏƏSMN təmsilçilərinin dayandığını demək olar. Belə ki, ƏƏSMN yanında DSMF-in sosial təminat sektoru binadan mənzil alacaq şəxslərin komplektləşdirilməsini rayon icra hakimiyyətlərindən daxil olan növbəlilik siyahısına əsasən həyata keçirirlər. Bu zaman əlil-şəhid ailəsinin həm növbəyə götürüləndə və həm də mənzil veriləndə adına torpaq, mənzil mülkiyyəti olmaması başlıca rol oynayır. Nizami rayonundakı evin bölgüsündə isə bu prinsipə əməl edilməyib. Əməl edilsə, bir neçə evi, villaları, torpaq sahəsi olanlara yenidən gizlin mənzil verilməzdi . Kiminsə adında əmlak olub-olmadığını istənilən dövlət qurumu, eləcə də ƏƏSMN , hansısa RİH özü asanlıqla müəyyən edə bildiyi halda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq arayışın alınması da ciddi qanun pozuntularına səbəb olur. Yəni istənilən şəxs müəyyən haqq məbləğində ona sərf edən arayışı əldə edə bilir. Mənzillə təminata gəldikdə isə , bu haqqın məbləği bir neçə min manatla ölçülür : növbəyə götürüləndə də , mənzil veriləndə də. Hazırkı mərhələ mənzil verilməsi mərhələsi olduğundan qanunsuzluğun başında bu işi həyata keçirən ƏƏSMN yanında DSMF-in sosial təminat sektorunun durduğu qətidir. Sektor müdiri Vüqar Behbudov və digərlərinin mənzil bölgüsünü alver predmetinə çevirmələri ciddi narahatlıq doğurur . Gözdən əlillər üçün evlərin də Bakının bütün rayonlarında mənzil növbəsində duran bu kateqoriyadan olan əlillərlə komplektləşdirilməsini nəzərə alsaq, Nizami rayonunda tikilən evin yalnız Nizami rayon əlilləri arasında bölünməsini iddia etmək də məntiqə sığmır .

Bir sözlə, 24 dekabrda açılışı olan 96 mənzilli evin 4 il qabaq Nərimanov rayonunda gözdən əlillər üçün tikilən evin aqibətini yaşaması göz önündədir. Bu dəfə baş rolda rayon icra hakimiyyəti yox, ƏƏSMN yanında DSMF-in sosial təminat sektorudur”.

Tarix:9-01-2020, 16:02 Baxış Sayı:72 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Dolların sabaha olan məzənnəsi açıqlandı
Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq – Məzahir Pənahov
Azərbaycanda mobil telefonların idxalına dair yeni - TƏNZİMLƏMƏ MEXANİZMLƏRİ HAZIRLANIR
7 seçki məntəqəsinin nəticələri ləğv olundu - SON DƏQİQƏ
20 fevralda gözlənilən hava şəraiti
Putin Ərdoğana verdiyi sözü tutmadı, müharibə realdır – Politoloq detalları açdı
Saxta maliyyə əməliyyatları aparan - ŞƏXSLƏR TUTULDU
Türkiyədən Suriyaya SONUNCU XƏBƏRDARLIQ
2014-cü ildə yoxa çıxan "Boeing" sərnişin təyyarəsi ilə bağlı Avstraliyadan ŞOK AÇIQLAMA
Professor Əli Həsənov: "Türkün torpağına göz dikən hər kəs məğlubiyyətə məhkumdur"
Azərbaycanda uşaqlara qarşı zorakılıq... - ŞİDDƏT NİYƏ ARTIR?
Təhsilimizdə CİDDİ PROBLEM: məsələyə yenidən baxılmalıdır
İdlibdə 21-ci əsrin ən böyük bəşəri faciəsi yaşanır – Köç edənlərin sayı 1 milyon 942 minə çatıb
Məşhur yunan alimi:“Azərbaycan Prezidenti Paşinyanın yalanlarını ifşa elədi”
Zakir Qaralovu kim əvəz edəcək? – Apreldə qərar veriləcək
Azərbaycanda bu kənddə təhlükəli xəstəlik yayıldı
İnsan sümüklərindən hörülmüş divar aşkarlandı
"AQROLİZİNQ" ASC-in şöbə müdir Rövşən Əsgərovun küllü miqdarda rüşvət aldığı iddia olunur: Məhbusdan məktub
Vəliəhdin istədiyi olmasa neft 40 dollara düşə bilər
Erməni KİV-i Kasprşikin Dağlıq Qarabağda keçirdiyi görüşlərlə bağlı izahat istədi
ABŞ-dan Çinə növbəti qadağa
Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq
MSK ötür-ötürlə vaxt uzadır - Seçki şikayətlərinin çoxu yenidən DSK-lara niyə göndərilir?
Məzahir Pənahov namizədi zaldan qovdu - MSK-da insident
ATƏT Kasprşiklə bağlı ermənilərə cavab verdi
Azərbaycanda yüzlərlə vəzifəli şəxsə töhmət verilib - RƏSMİ
Cibimizə girən lombardlar — Fəaliyyətləri nəzarətə götürüləcək – VİDEO
Fevralın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Prezident Administrasiyasına ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHI
Bəzi məcburi köçkün qadınlara verilən "çörəkpulu" niyə kəsilib? - RƏSMİ AÇIQLAMA

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla