Mehdi Xəlilbəyli həbsdən azad olundu: ŞOK açıqlamalar verdi

Mehdi Xəlilbəyli həbsdən azad olundu: ŞOK açıqlamalar verdi














“Mənə qarşı bu tələlərin hamısı Əlövsət Əliyevin ofisində hazırlanıb. Özü ölüyə, diriyə sənəd satıb”.
DoğruXəbər.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü, “mühacir alveri”ndə adı hallanan Mehdi Xəlilbəyli deyib. Məlumat üçün deyək ki, 2019-cu il noyabrın 13-də Almaniyaya miqrant daşımaqda günahkar bilinən bir qrup həbs olunub.

Almaniyanın Frankfurt Mein, Köln, Koblenç və Düsserdorf şəhərlərində reyd keçirilib, 13 ev vә obyektә basqın edilərək, bir neçә nәfәr saxlanılıb. Onların arasında “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və Almaniyada yaşayan siyasi mühacir Mehdi Xəlilbəyli də vardı.

Mehdi Xəlilbəyli yanvarın 8-də azadlığa çıxıb. O, Meydan TV-yə verdiyi müsahibədə “mühacir alveri” ilə heç bir əlaqəsi olmadığını bildirib. “O deyilən məsələlərlə yaxından-uzaqdan əlaqəm yoxdur. O dosyeni bir nəfər hazırlamayıb, orada 200-dən artıq yalan məlumat var. 2018-ci ilin yayından bu işi bilirəm. Üstünə düşmədim. Orda obrazlar var, Rəşaddır, başqasıdır. Onların hamısı detallardır. Bir az qısnasan, deyəcək ki, pulumu alıb bu işi gördüm, ehtiyacım vardı. Əsas məsələ o dəzgahı hazırlayanlardır” -, deyə Mehdi Xəlilbəyli vurğulayıb.

Onun sözlərinə görə, Almaniya hökumətinin bu məsələ ilə bağlı hər hansı araşdırması yoxdur: “Heç bir araşdırma yoxdur. İlk məhkəmə iclasında vəkillər ortaya qoydular ki, heç bir araşdırma aparılmayıb. Heç bir şahid dindirilməyib. Dosyenin sonunda deyilir ki, Mehdi Xəlilbəyli ilə şura üzvünün əməliyyatının heç əlaqəsi təsbit olunmadı. 3 ay dayanmadan telefon dinləmələri, izləmə olub, heç nə təsbit olunmayıb”.

Bununla belə Mehdi Xəlilbəyli “mühacir alveri”nə görə Əlövsət Əliyevi ittiham edib: “Siz də bilirsiz ki, Əlövsət (Əlövsət Əliyevdən söhbət gedir- red.) daşı tərəziyə qoyub, vətəndaşlarımızı aldadıb, əlindən pulunu alıb. O, hələ də həbsdədir”.

O, həmçinin “mühacir alveri” ilə bağlı işdə əsas fiqurant olan Rəşad Məmmədovla əlaqəsi olmadığını deyib. Mehdi Xəlilbəylinin sözlərinə görə, Rəşad Məmmədovun onun sürücüsü olduğu barədə iddialar əsassızdır: “Yalan söhbətdir, heç bir yaxınlığımız olmayıb. Mənim maşınımı heç bir metr də sürməyib.

Bir azərbaycanlı kimi münasibətimiz normal olub. Ancaq mənim maşınımı sürməyib. İstəmirəm bu söhbətlərdən yeni “malzəmə” düzəldəsiniz. Elə bilirsiz siz mətbuatda yazılanlardan narahat olursuz, mən yox? Mənim həddən artıq çox mətbu orqana çıxışım var. Zəng də edirlər, maraqlanırlar, istəyirlər nəsə danışım, amma ehtiyac yoxdur. Qoy bu dəzgahı hazırlayanlar məni yerdən-yerə sürüsünlər. Sadəcə məni sevən insanlara, dava dostlarıma ziyan vurmurlarsa, bunun özü qazancdır. Qoy mənə nə qədər zərər verirlər, versinlər”.

Mehdi Xəlilbəyli daha sonra Əlövsət Əliyev barədə bunları deyib: “Mühacir alveri” kiməsə xoş gələn sözdür. Başa düşə bilmirəm də. Bu adam özünə ofis açıb, camaatı aldadıb, inandırıb, əllərindən pullarını alıb. Bir adam deyil, 300-400 nəfərdir. Hamısı da isbat olunur”.

Tarix:9-01-2020, 17:41 Baxış Sayı:42 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq – Məzahir Pənahov
Azərbaycanda mobil telefonların idxalına dair yeni - TƏNZİMLƏMƏ MEXANİZMLƏRİ HAZIRLANIR
7 seçki məntəqəsinin nəticələri ləğv olundu - SON DƏQİQƏ
20 fevralda gözlənilən hava şəraiti
Putin Ərdoğana verdiyi sözü tutmadı, müharibə realdır – Politoloq detalları açdı
Saxta maliyyə əməliyyatları aparan - ŞƏXSLƏR TUTULDU
Türkiyədən Suriyaya SONUNCU XƏBƏRDARLIQ
2014-cü ildə yoxa çıxan "Boeing" sərnişin təyyarəsi ilə bağlı Avstraliyadan ŞOK AÇIQLAMA
Professor Əli Həsənov: "Türkün torpağına göz dikən hər kəs məğlubiyyətə məhkumdur"
Azərbaycanda uşaqlara qarşı zorakılıq... - ŞİDDƏT NİYƏ ARTIR?
Təhsilimizdə CİDDİ PROBLEM: məsələyə yenidən baxılmalıdır
İdlibdə 21-ci əsrin ən böyük bəşəri faciəsi yaşanır – Köç edənlərin sayı 1 milyon 942 minə çatıb
Məşhur yunan alimi:“Azərbaycan Prezidenti Paşinyanın yalanlarını ifşa elədi”
Zakir Qaralovu kim əvəz edəcək? – Apreldə qərar veriləcək
Azərbaycanda bu kənddə təhlükəli xəstəlik yayıldı
İnsan sümüklərindən hörülmüş divar aşkarlandı
"AQROLİZİNQ" ASC-in şöbə müdir Rövşən Əsgərovun küllü miqdarda rüşvət aldığı iddia olunur: Məhbusdan məktub
Vəliəhdin istədiyi olmasa neft 40 dollara düşə bilər
Erməni KİV-i Kasprşikin Dağlıq Qarabağda keçirdiyi görüşlərlə bağlı izahat istədi
ABŞ-dan Çinə növbəti qadağa
Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq
MSK ötür-ötürlə vaxt uzadır - Seçki şikayətlərinin çoxu yenidən DSK-lara niyə göndərilir?
Məzahir Pənahov namizədi zaldan qovdu - MSK-da insident
ATƏT Kasprşiklə bağlı ermənilərə cavab verdi
Azərbaycanda yüzlərlə vəzifəli şəxsə töhmət verilib - RƏSMİ
Cibimizə girən lombardlar — Fəaliyyətləri nəzarətə götürüləcək – VİDEO
Fevralın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Prezident Administrasiyasına ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHI
Bəzi məcburi köçkün qadınlara verilən "çörəkpulu" niyə kəsilib? - RƏSMİ AÇIQLAMA
«Banklardakı «qara siyahı»lar - BİZNESƏ MANE OLUR» – İŞ ADAMI

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla