Bakıda müəllim şagirdi döydü - CİDDİ QƏRAR

Bakıda müəllim şagirdi döydü - CİDDİ QƏRAR













169 nömrəli tam orta məktəbin müəllimi İbrahim Cəfərov dərs zamanı VI sinif şagirdini (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) vurduğuna və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən yol verdiyi digər ciddi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunub.

Bununla bağlı 169 nömrəli tam orta məktəbdən Lent.az -a verilən məlumata görə, İ.Cəfərov 2019-2020-ci dərs ilindən məktəbdə fəaliyyətə başlayıb. Bu müddət ərzində onun məktəbdə şagird və müəllimlərə qarşı kobud rəftarı valideynlər və pedaqoji heyət arasında ciddi narazılığa səbəb olub, onunla bağlı məktəb rəhbərliyinə dəfələrlə şikayətlər olunub. Bu hərəkətlərə son qoyması üçün rəhbərlik tərəfindən bir neçə dəfə ona şifahi xəbərdarlıq edilib. “Müəllimlərin etik davranış qaydaları”nın və Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərini kobud şəkildə pozduğuna görə 2019-cu ilin oktyabrında İ.Cəfərova töhmət verilib.

Təəssüflər olsun ki, İ.Cəfərov bütün bunlardan düzgün nəticə çıxarmayıb və müəllim adına uyğun olmayan hərəkətlərini davam etdirib. 19 dekabr 2019-cu il tarixdə dərs zamanı VI sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) İ.Cəfərov tərəfindən döyülüb. Bununla bağlı şagirdin valideyni Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib, uşaq tibbi ekspertizaya göndərilib. Sabunçu Rayon Prokurorluğunda və Sabunçu rayon 13-cü Polis Bölməsində İ.Cəfərovun əməlləri ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
lent.az

Tarix:13-01-2020, 15:29 Baxış Sayı:78 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Quda olan iki məmurun biznes və korrupsiya dosyesi - ŞOK!
Gələcəyimizi savadlı gənclərə etibar edək
Azərbaycanlı aparıcı təcili əməliyyata götürüldü - Qarnından 5 kilodan çox...
"Hər kəs ulduz ola bilməz"
Süleymaninin öldürülməsinə Azərbaycanın nə dəxli var?
Süd bioloji qocalmanı yavaşladır
18 yanvarda gözlənilən hava şəraiti
Bakı metrosunda yeniliklər olacaq - RƏSMİ AÇIQLAMA
20 Yanvar əlillərinə birdəfəlik maddi yardım ayrılıb
Pestisidlərlə çirklənən ərazilərin təmizlənməsi üçün hökumətə təkliflər təqdim edilib
BNA bəzi avtobusların hərəkət trayektoriyasını dəyişəcək
"Xəzərlə Qara dəniz birləşdirilsin" - Nazarbayevdən TƏKLİF
Gülay Zeynallı gileyləndi: "Vaxtı çatanda biləcəksən"
“2.2 ton qida məhsulu məhv edilib” – AQTA sədri
Sürətlə hərəkət edən qatarın altına düşdü, hər iki ayağı qopdu
Bu il 7 min məcburi köçkün ailəsi - EV ALACAQ
Bakıda daha bir spirtli içki qurbanı: Küçədən meyiti tapıldı
"Nobel mükafatı Qorbaçovdan geri alınsın..." - Prezidentin köməkçisindən AÇIQLAMA
Putin Kadırova yüksək vəzifə təklif edib
“Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda tədbir keçirilib
Bakıda sığınacağa yerləşdirilən lezbiyanla bağlı məsələ böyüyür: "6-cı sinifdə oxuyanda..." - TƏFƏRRÜAT
“Kəsin onun səsini!...” - Yunis Səfərovun məhkəməsində QALMAQAL
Şəkidə kriminal aləmə meyilli olan şəxslər narkotiklə saxlanılıb
GÖYGÖLDƏ NARKOTİK SATAN VƏ ALAN ŞƏXLƏR SAXLANILIB
Deputatlığa namizədlərin sayı 1623 nəfərə çatdı
İtkin düşən azyaşlı qız qəfəsdə tapıldı - FOTO
Bakı dünyanın ən bahalı şəhərləri siyahısında - REYTİNQ
Səhiyyədə “şəkər müəmması” - Pulsuz verilsə də...
Bu tarixdə bütün sənədsiz evlərlə bağlı mühüm qərar veriləcək
Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq? - GƏLİŞMƏ

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla