Hacıkənddə dağı yardırıb villa tikdirən məmur... - Video

Hacıkənddə dağı yardırıb villa tikdirən məmur... - Video










Yuxarı Qarabağ Kanalı İdarəsinin rəisi İlyas Səfərov bir neçə ay bundan öncə vəzifəsindən azad olunaraq başqa işə keçirilib. Səfərov Şirvan Meşə-Meliorasiya İdarəsinə müdir təyin ediblər. Bu təyinatın nəyə borclu olduğunu deyə bilmərik. Lakin onu bilirik ki, Yuxarı Qarabağ Kanalı İdarəsinin müdiri olan zaman bir sıra yeyintilərə yol vermiş birini belə mühüm vəzifəyə təyin etmək müəmmalıdır.

Azerinfo.az bildirir ki, İlyas Səfərov hələ Yuxarı Qarabağ Kanalı İdarəsinə müdirlik edərkən bir sıra tender qalmaqallarına adını salmışdı. Onun dövlət büdcəsindən ayrılmış milyonlarla manat vəsaitlərini xərclədiyi qeyd edilir, bəzi korrupsiya hallarına yol verdiyi vurğulanırdı. Həmin idarəni viran günə qoyan Səfərovun Şirvana posta təyinat alması isə bu idarənin də məhvinə gətirib çıxaracaq.

Qeyd edək ki, Meşə Melorasiya idarələrinin əsas funksiyaları meliorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının ikinci və birinci dərəcəli kollektora axıdılmasını, eləcə də meliorasiya və irriqasiya obyektləri boyunca qoruyucu meşə zolaqlarının salınmasını həyata keçirir. Balanslarındakı üçüncü dərəcəli ilkin drenlərin və ikinci dərəcəli kollektorların, onların üzərindəki qurğuların istismarı, təmiri və təmizlənməsi eləcə də yaradılmış meşə zolaqlarının suvarılması, becərilməsi, yanğından və ziyanvericilərdən qorunmasıdır.

Aydın məsələdir ki, bu daha gəlirli sahədir. Çünki hər il bu işlərə dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır. Həmin ayrılmış vəsaitlər fonunda yeyinti hallarının da total şəkil alacağı şübhəsizdir. Bu əsnada cumhuriyyet.az olaraq daha bir maraqlı məlumatı diqqətinizə çatdıraq. "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyindəki Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin rəisi İlyas Səfərovun oğlu Vüqar Səfərov bahalı avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq vətəndaşı vurub. Hadisə nəticəsində piyada dünyasını dəyişib. Məmur oğlunun barəsində heç bir hüquqi tədbir görülməyib:

"Rəis bəzi üsullardan istifadə etməklə oğlunun cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını alıb”. Məsələ ilə bağlı danışan məmur isə bildirib ki, haqqında deyilənlər həqiqəti əks etdirmir: "Mətbuat 5 il bundan qabaq olan hadisəni şişirdir. Oğlum Vüqar Səfərov üçün xaricdən bahalı "Jeep” gətirtməmişəm. Bizim belə bahalı maşınımız heç vaxt olmayıb. Oğlumun "Hyundai Tucson” markalı avtomobili Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisində hərəkət edərkən sürətlə qarşıdan gələn "Lada 2107» ona çırpılıb. Hadisə nəticəsində Ləzgiyev Ceyhun Novruz oğlu dünyasını dəyişib. Oğlumun içkili olmadığı və idarə etdiyi avtomobilin 13 min manatdan artıq dəyəri olmadığı halda mətbuatın belə qərəz nümayiş etdirməsini başa düşmürəm”.

İdarə rəisi məsələ ilə bağlı başqa cür açıqlama versəydi, təəccüblənərdik. Hər halda, bütün faktlar aydınlığı ilə ortadadır. O özü də övladının cinayət törətməsini təsdiqləyir. Amma çox maraqlıdır ki, hadisəni törədən Vüqar Səfərov hələ də azadlıqdadır.

İlyas Səfərovun dostdu, dayağı , Yevlağın sabiq icra başçısı Qoca Səmədov həbs olduğu halda prokurorluq eyni əmməlləri edən İlyas Səfərov barəsində niyə tədbir görmür.

Məlumatda bildirilir ki, 2 il əvvəl başçı müavini olmaq istəyən İlyas Səfərov bunun üçün Qoca Səmədovla anlaşaraq ilk əvvəl onun da razılığını ala bilmiş, buna görə 2 milyon təklif etmişdi. Ancaq yuxarıdan buna razılıq verməmişdilər.

Çoxsaylı obyekt və mülkləri olan, adi bir məmurdan oliqarx dərəcəsinə çatmış bu şəxs Hacıkəndin ən gözəl yerində dağı yarıb villa tikib. Hansı vəsaitlərlə?

Tarix:14-01-2020, 11:46 Baxış Sayı:64 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Ehtiyatda olan Polkovnik, Müdafiə Nazirliyində olan Korrupsiyadan danışdı!!!
NAMİZƏDLƏRİN QARŞIDURMASI YAŞANAN ƏSAS 3 DAİRƏ - GƏLİŞMƏ
Yeni virusdan ölən və yoluxanların sayı çoxalır: Baş infeksionistdən əhaliyə MÜRACİƏT
Həkimlər 4-5 yaşlı uşağa enerji içkisi verən valideynlərə xəbərdarlıq edir
İlham Əliyev seçkilərdən danışdı – “Parlament islahatların vacib hissəsi olacaq”
Uşağını xilas etmək üçün vəhşi heyvanı yalın əlləri ilə boğdu
Abşeronda meyiti kanalda tapılan ruhi xəstənin öldürüldüyü məlum olub.
Sifarişlə sevgilisinin ərini öldürən azərbaycanlı məhkəmə qarşısında
Daha bir yüksək vəzifəli şəxs işdən çıxarıldı - MÜƏMMALI SƏBƏB
Azərbaycan islahatlara, yeniliklərə açıq ölkədir.
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq
Hikmət Hacıyev: “Avropa İttifaqı ilə yeni sazişin 90 faiz hissəsi razılaşdırılıb”
Azərbaycanın 10 rayonunda əkin sahələrini – KOSMOSDAN PEYKLƏR YOXLAYIB
Dəhşətli etiraf: “Bakteriyaya məruz qalan toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar”
Bakıda aptekdə əməliyyat: İşçilər narkotik vasitələr satarkən tutuldu
İntihar etmək istəyən şəxsdən qeyri-adi addım: Üşüdüyü üçün...
Erməni keşişlər yunanları döyüb, tarixi mağaranı ələ keçirdilər
MSK sədri: "Parlamentdə bir yerə 10-12 namizəd var"
Şəkidə azyaşlı itkin düşüb
“AtaBank” bağlanacaqmı? – Bankda pulu olanlar nə etsin?
Ölkəmizdə nə qədər işsiz var? – Rəsmi
Sumqayıtda ağır avtobus qəzası: ölən və yaralılar var
Bu şəxslərə qəbul imtahanlarında əlavə vaxt və fasilə veriləcək
Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü
Azərbaycanda koronavirus təhlükəsi varmı? - ÜST açıqladı
“Ziya Məmmədovun yaxın qohumuna qul kimi fəhləlilik etmişik...” - "4 mərtəbəli evinin tikintisində 8 ay çalışdıq, amma..."
Sumqayıtda mətkəbə gedən BİABIRÇI YOL-FOTOLAR
Ağır xəstəlik, qəza, intihar... - Məşhurlarımızın üzləşdikləri dəhşətlər
Azərbaycanda 7 mindən çox sürücüyə sərt cəza – Generaldan açıqlama
Azərbaycanın rayonlarında metro tikilir? - Açıqlama

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla