Son günlər Azərbaycanda yayılan qriplə bağlı VACİB AÇIQLAMA – “Ölümlə nəticələnər”

Son günlər Azərbaycanda yayılan qriplə bağlı VACİB AÇIQLAMA – “Ölümlə nəticələnər”









Son zamanlar ölkədə kəskin şəkildə qrip virusu yayılıb. Bu virus həm uşaqlara, həm də böyüklərə ciddi şəkildə öz təsirini göstərib. Yayılan virus yüksək temperatur və güclü öskürək ilə müşahidə olunur. Bu kimi halları nəzərə alaraq baş pediatr Nəsib Quliyevlə əlaqə saxladıq.
DoğruXəbər.az bildirir ki, o, Yeniavaz.com-a açıqlamasında uşaqlara vaxtında müdaxilə edilməli olduğunu bildirdi: “Ümumiyyətlə virus infeksiyalarının ən qorxulu tərəfi onun ağır fəsad verməsidir. Xəstəliyə və virusa tutulan həmin uşağa vaxtında müdaxilə etmək lazımdır. Əgər lazımi dəstək verilməzsə, tibbi işçilərə müraciət edilməzsə, diaqnozu və müalicəsi dəqiqləşdirilməzsə ciddi fəsadlar çıxa bilər. Bu vəziyyət tək qrip virusuna deyil, bütün növ viruslara aiddir. Ən qorxulu tərəfi də pasientə ağır fəsadlar verməsi və ölümlə nəticələnməsidir. Bizim əhatəmizdə olan digər ölkərə nəzər yetirsək görərik ki, viruslardan nə qədər insan ölür. Bu dünyanın hər yerində belədir”.
Baş pediatr N.Quliyev eyni zamanda ölkədə “quş qrip”i və “donuz qrip”inin yayılması məsələsinə də münasibət bildirib: “Azərbaycanda nə “quş qrip”i, nə də “donuz qrip”i yoxdur. “Donuz qripi”ni “A/H1N1 virusu, “quş qripi”ni “A/H5N1” virusu törədir. Bunların heç biri Azərbaycanda qeydə alınmayıb. Səhv xatırlamıramsa 2006-cı ildə Salyandan bizə “quş qripi”nə yoluxmuş uşaqlar gəlmişdi. Ondan sonra bizdə bu qrip müşahidə olunmayıb”.
Qeyd edək ki, ötən il Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda 16 nəfərin “А/H1N1” virusuna yoluxduğunu qeyd etmişdi. Lakin, Səhyyə Nazirliyi ÜST-ün hansı nümunələrə əsaslanaraq bu məlumatı yaydığının məlum olmadığını deyərək, təkzib etmişdi.

Tarix:14-01-2020, 16:53 Baxış Sayı:23 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Ehtiyatda olan Polkovnik, Müdafiə Nazirliyində olan Korrupsiyadan danışdı!!!
NAMİZƏDLƏRİN QARŞIDURMASI YAŞANAN ƏSAS 3 DAİRƏ - GƏLİŞMƏ
Yeni virusdan ölən və yoluxanların sayı çoxalır: Baş infeksionistdən əhaliyə MÜRACİƏT
Həkimlər 4-5 yaşlı uşağa enerji içkisi verən valideynlərə xəbərdarlıq edir
İlham Əliyev seçkilərdən danışdı – “Parlament islahatların vacib hissəsi olacaq”
Uşağını xilas etmək üçün vəhşi heyvanı yalın əlləri ilə boğdu
Abşeronda meyiti kanalda tapılan ruhi xəstənin öldürüldüyü məlum olub.
Sifarişlə sevgilisinin ərini öldürən azərbaycanlı məhkəmə qarşısında
Daha bir yüksək vəzifəli şəxs işdən çıxarıldı - MÜƏMMALI SƏBƏB
Azərbaycan islahatlara, yeniliklərə açıq ölkədir.
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq
Hikmət Hacıyev: “Avropa İttifaqı ilə yeni sazişin 90 faiz hissəsi razılaşdırılıb”
Azərbaycanın 10 rayonunda əkin sahələrini – KOSMOSDAN PEYKLƏR YOXLAYIB
Dəhşətli etiraf: “Bakteriyaya məruz qalan toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar”
Bakıda aptekdə əməliyyat: İşçilər narkotik vasitələr satarkən tutuldu
İntihar etmək istəyən şəxsdən qeyri-adi addım: Üşüdüyü üçün...
Erməni keşişlər yunanları döyüb, tarixi mağaranı ələ keçirdilər
MSK sədri: "Parlamentdə bir yerə 10-12 namizəd var"
Şəkidə azyaşlı itkin düşüb
“AtaBank” bağlanacaqmı? – Bankda pulu olanlar nə etsin?
Ölkəmizdə nə qədər işsiz var? – Rəsmi
Sumqayıtda ağır avtobus qəzası: ölən və yaralılar var
Bu şəxslərə qəbul imtahanlarında əlavə vaxt və fasilə veriləcək
Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü
Azərbaycanda koronavirus təhlükəsi varmı? - ÜST açıqladı
“Ziya Məmmədovun yaxın qohumuna qul kimi fəhləlilik etmişik...” - "4 mərtəbəli evinin tikintisində 8 ay çalışdıq, amma..."
Sumqayıtda mətkəbə gedən BİABIRÇI YOL-FOTOLAR
Ağır xəstəlik, qəza, intihar... - Məşhurlarımızın üzləşdikləri dəhşətlər
Azərbaycanda 7 mindən çox sürücüyə sərt cəza – Generaldan açıqlama
Azərbaycanın rayonlarında metro tikilir? - Açıqlama

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla