“Yalnız yol kənarında yerləşən kəndlərin bəxti gətirib” - GİLEY

“Yalnız yol kənarında yerləşən kəndlərin bəxti gətirib” - GİLEY





Şabran rayonunun kəndlərində yaşayan sakinlər üçün rayon mərkəzinə getmək asan deyil. Buna səbəb kəndləri rayon mərkəzi ilə birləşdirən daxili marşrut avtobuslarının 25 ildən artıqdır ki, ləğv olunmasıdır. Mərkəzə yolu düşən kəndlilər ya taksidən istifadə etməli, ya da bir neçə kilometr yolu piyada getməlidirlər.

DoğruXəbər.az -ın məlumatına görə, Şabran sakini Müqəddəs Məmmədov deyib ki, yalnız Bakı-Quba yolunun üzərində yerləşən kəndlərin əhalisinin bu baxımdan bəxti gətirib. Onlar Şabrandan Qubaya hərəkət edən marşrut avtobuslarından istifadə edə bilirlər. Yoldan bir neçə kilometr aralıda yerləşən kəndlərin rayon mərkəzi ilə əlaqəsi isə ancaq fərdi avtomobili olanlar üçün mümkündür:

“Hansı kənd yolun üzərindədirsə, o kəndlərin sakinləri marşrut avtobuslarından istifadə edə bilirlər. Yoldan aralıda yerləşən kəndlərdə vəziyyət acınacaqlıdır. Hələ bəzi kəndlər də var ki, yolun üzərində yerləşir, amma girişdən kənd mərkəzinə çatmaq üçün 10 kilometr məsafə qət etmək lazım gəlir. Buna görə də, Şabran sakinləri marşrut sarıdan çox əziyyət çəkirlər. Bunun yayda cəhənnəm kimi istisi, qışda soyuğu, dizə qədər palçığı var. Kimin maşını var, gedib problemini həll edir, tərəvəzini, meyvəsini aparıb satır, kimin yoxdur, qalıb zülümdə…”.

M.Məmmədov deyib ki, hələ dayanacağa gəlib çatmaq da problemin yarısı deyil. Çünki avtobusların dəqiq qrafiki yoxdur, nə vaxt keçib gedəcəklərini heç kim bilmir. Xüsusən də, günortadan sonra yola çıxanların avtobus tapmayıb geri qayıtması ehtimalı böyükdür.

Ən çətin vəziyyətdə olan kəndlərdən biri Xırdaoymaq kəndidir. Bu kəndin mərkəzini magistral yolla birləşdirən daxili yol 7 kilometrdir. Vacib işi, xəstəsi olan və ya alış-veriş məqsədilə rayon mərkəzinə üz tutan kəndlilər üçün bu məsafəni piyada dəf etmək qeyri-mümkündür:

“Xırdaoymaq kənd məktəbində müəllimə işləyirəm. Həftədə bir neçə dəfə rayon Təhsil Şöbəsinə hansısa sənədlərlə bağlı gəlməli oluram. Bu məsafəni piyada gəlmək üçün gərək alaqaranlıqdan yola çıxım. Bunun soyuğu, şaxtası var, piyada gedib-gəlsəm, günümün çox hissəsi yollarda keçər. Ona görə də, məcburam ki, taksi ilə gedim. Kəndimizdən rayon mərkəzinə taksi 15 manata aparır. Bəzən adam olmur, tək gedib-qayıtmaq lazım gəlir. Qayıtmağı da 15 manatdan hesablasaq, rayon mərkəzinə bir dəfə gəlib-qayıtmağım mənə 30 manata başa gəlir”, -bunu işdən çıxarılma ehtimalını nəzərə alaraq adının açıqlanmasını istəməyən kənd müəllimi deyir.

Rayonun Şahnəzərli, Ərəblər, Pirəmsən kəndlərində də vəziyyət ürəkaçan deyil. Sovet dövründə bu kəndlərə işləyən marşrut avtobusları ləğv olunduğundan sakinlər yalnız çox vacib olduqda rayon mərkəzinə gedirlər. Rayon mərkəzində işləyən kənd sakinləri isə işə çətinliklə gedib çıxsalar da, geri qayıtmağa avtobus tapa bilmirlər.

“Gündüz saatlarında Qubadan Şabrana, Bakıya gedən avtobuslara əyləşib işə gələ bilirik, saat 16:00-dan sonra Qubaya gedən avtobusların hamısı qeybə çəkilir. İşdən çıxıb evə qayıdana kimi zülm çəkirik. Əslində 16:20, 17:00 və 17:40-da avtobuslar Şabran avtovağzalından Qubaya yola düşməlidirlər. Lakin bu reyslərin üçü birləşdirilərək yalnız bir avtobus 17:40-da avtovağzaldan yola salınır. Həm də bu günün sonuncu avtobusudur. Üç avtobusun əvəzinə yola çıxan avtobusdakı vəziyyəti özünüz təsəvvür edin. Bu halda oturmaqdan danışmaq belə yersizdir, bir ayağımıza yer tapanda şükr edirik...”,- Məmmədov deyir.

Şikayətçi bildirir ki, indiyə qədər yalnız Pirəbədil və Zeyvə kəndinə marşrut xətti açılıb. Buna da səbəb kəndin ayaqla gediləcək məsafədə deyil, rayon mərkəzindən təxminən 25-30 km aralıda yerləşməsidir.
DİA.AZ

Tarix:14-01-2020, 17:39 Baxış Sayı:25 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Ehtiyatda olan Polkovnik, Müdafiə Nazirliyində olan Korrupsiyadan danışdı!!!
NAMİZƏDLƏRİN QARŞIDURMASI YAŞANAN ƏSAS 3 DAİRƏ - GƏLİŞMƏ
Yeni virusdan ölən və yoluxanların sayı çoxalır: Baş infeksionistdən əhaliyə MÜRACİƏT
Həkimlər 4-5 yaşlı uşağa enerji içkisi verən valideynlərə xəbərdarlıq edir
İlham Əliyev seçkilərdən danışdı – “Parlament islahatların vacib hissəsi olacaq”
Uşağını xilas etmək üçün vəhşi heyvanı yalın əlləri ilə boğdu
Abşeronda meyiti kanalda tapılan ruhi xəstənin öldürüldüyü məlum olub.
Sifarişlə sevgilisinin ərini öldürən azərbaycanlı məhkəmə qarşısında
Daha bir yüksək vəzifəli şəxs işdən çıxarıldı - MÜƏMMALI SƏBƏB
Azərbaycan islahatlara, yeniliklərə açıq ölkədir.
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq
Hikmət Hacıyev: “Avropa İttifaqı ilə yeni sazişin 90 faiz hissəsi razılaşdırılıb”
Azərbaycanın 10 rayonunda əkin sahələrini – KOSMOSDAN PEYKLƏR YOXLAYIB
Dəhşətli etiraf: “Bakteriyaya məruz qalan toyuq ətini xlorla yuyub, dönər hazırlayırlar”
Bakıda aptekdə əməliyyat: İşçilər narkotik vasitələr satarkən tutuldu
İntihar etmək istəyən şəxsdən qeyri-adi addım: Üşüdüyü üçün...
Erməni keşişlər yunanları döyüb, tarixi mağaranı ələ keçirdilər
MSK sədri: "Parlamentdə bir yerə 10-12 namizəd var"
Şəkidə azyaşlı itkin düşüb
“AtaBank” bağlanacaqmı? – Bankda pulu olanlar nə etsin?
Ölkəmizdə nə qədər işsiz var? – Rəsmi
Sumqayıtda ağır avtobus qəzası: ölən və yaralılar var
Bu şəxslərə qəbul imtahanlarında əlavə vaxt və fasilə veriləcək
Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü
Azərbaycanda koronavirus təhlükəsi varmı? - ÜST açıqladı
“Ziya Məmmədovun yaxın qohumuna qul kimi fəhləlilik etmişik...” - "4 mərtəbəli evinin tikintisində 8 ay çalışdıq, amma..."
Sumqayıtda mətkəbə gedən BİABIRÇI YOL-FOTOLAR
Ağır xəstəlik, qəza, intihar... - Məşhurlarımızın üzləşdikləri dəhşətlər
Azərbaycanda 7 mindən çox sürücüyə sərt cəza – Generaldan açıqlama
Azərbaycanın rayonlarında metro tikilir? - Açıqlama

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla