Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq? - GƏLİŞMƏ

Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq? - GƏLİŞMƏ




Güney Azərbaycan: Milli Hərəkat nə zaman ortaya güc qoyacaq? - GƏLİŞMƏ
İranda ötən ilin payızından başlanmış narazılıq, kütləvi etiraz aksiyaları yenidən şiddətlənib.
Yanvarın 3-də İslam İnqilabı Keşikçiləri Korpusu "Qüds” qolunun komandanı general Qasım Süleymaninin ölümündən sonra İran hakimiyyəti müvəqqəti də olsa, milli həmrəyliyə nail ola bildi. Lakin bu uzun sürmədi. Tehrandan Ukraynaya uçan sərnişin təyyarəsinin İran ərazisində vurulmasından sonra molla rejimi yenə xalqın nəzərində suçlu duruma düşdü. Yanvarın 5-dən İranda narazıqlıq yenidən alovlanıb.
Ölkədə idarəetmə böhranı aydınca görünür.
Siyasi qarşıdurma etnik münaqişəyə keçə bilərmi? Güney Azərbaycan baş verəcək hadisələrə hazırdırmı? Rejim daxildən yenilənə, hansısa qüvvələr ali dini lider Seyid Əli Xamneyini başqa fiqurla əvəzləyə bilərmi?

Mövzuya Güney azərbaycanlı siyasi fəal, Kanada Vəkillər Kollegiyasının hüquqi məsələlər üzrə məsləhətçisi Hüseyn Türkelli ilə aydınlıq gətirməyə çalışdıq. Hüseyn Türkelli hesab edir ki, mərkəzi hakimiyyət zəifləyən kimi bölgələrdə milli hərəkat güclənəcək:

"Qeyri-farslar yaşayan bölgələrdə onsuz da mərkəzdənqaçma meyilləri var idi. Bu proses son vaxtlar xeyli güclənmişdi. Güney Azərbaycanda milli azadlıq mübarizəsinin 100 illik tarixi var. Ərəblər yaşayan Əhvazda, Bəlucistanda da həmçinin. Mərkəzi hakimiyyət zəifləyən kimi bölgələrdə milli iradə ortaya çıxacaq. Lakin bəzi problemlər də var. Məsələn, Qərbi Azərbaycan bölgəsində bizə qarşı əsassız ərazi iddiası irləi sürən kürd silahlıları ilə qarşıdurma yaşaya bilərik”.

Siyasi fəalın sözlərinə görə, Güney Azərbaycan milli hərəkatı vəziyyəti nəzarətdə saxlayır:

"Milli hərəkat təşkilatlanmış struktur olmasa da, mərkəzi hakimiyyət zəifləyən kimi ortaya çıxacaq. 1945-ci ildə şah rejimi Azərbaycan üzərində nəzarət itirən kimi Demokrat Partiyası yarandığını elan etmişdi. 3-4 günün içərisində bu partiyaya 1 milyon insan toplamışdı. Başqa bir misal: 1979-cu ildə Müsəlman Xalq Partiyasına 3 gündə milyonlarla insan qoşulmuşdu. Millət hər şeyə qadirdir. Tarixi təcrübə göstərir ki, Güney Azərbaycan baş verəcək proseslərə hazırdır”.

Molla rejiminin yenilənməsi ehtimalına gəlincə, Hüseyn Türkelli bunu real hesab etmir:

"İranın hazırki hakimiyyəti "vilayəti fəqih”, yəni molla diktaturasına əsaslanır. Millət isə bu sistemə nifrət edir. Rejimin yenilənməsi mümkün deyil. Amma "papağı dəyişib” hakimiyyəti saxlama cəhdləri var. Məsələn, Mehdi Kərrubi və sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Xamneyini istefaya çağırıb. Amma nə könüllü istefa, nə də devrilmə ehtimalı real deyil. Çünki silahlı qüvvələr, təhlükəsizlik orqanları ali dini liderə tabedir”.
korrupsiya.org

Tarix:17-01-2020, 10:06 Baxış Sayı:72 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Xarici valyutaların manata qarşı məzənnələri
Baş nazir komissiyanın bir səlahiyyətini ləğv etdi
Kürdəmir icra başçısı ölkədən qaçmaq istəyir-HƏBS TƏHLÜKƏSİ
Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı
Neftçalada baş həkim də saxlanıldı – DTX tərəfindən…
Hava limanı istiqamətində əsas yollarda sürət həddi endirilib
Bakı Atatürk Liseyində müdhiş saxtakarlıq
Nazirin həyat yoldaşıyla sevgilisinin davası
Tramp ona rəqib olacaq namizəd haqqında: “Pəltək və səriştəsizdir”
Bakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildi
Daha bir yol polisi postu köçürüldü - Rəsmi
Azərbaycanda ana 3 qızı ilə b irlikdə - Türkiyədən keçib İŞİD-ə qoşuldu - ŞOK FAKTLAR
Azərbaycan və İtaliya prezidentləri təkbətək görüşdü
21 fevralda gözlənilən hava şəraiti
DTX Neftçalayla bağlı açıqlama yaydı
Metroda sabahdan dezinfeksiya başlayır
Nazirdən bələdiyyələrlə bağlı QƏRAR
MASALLI POLİSİ İNSANLARIN TALEYİNİ “UĞURLU STATİSTİKAYA” QURBAN VERİR
Azərbaycan nefti bahalaşıb
Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" - FOTO
79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi
Debatda uduzan Paşinyana erməni yazıçıdan sərt sözlər: “Ayıb olsun!”
Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib
DTX-nın xüsusi təyinatlıları Neftçala İcra Hakimiyyətinə girdi – SON DƏQİQƏ
Zakir Qaralov rəisləri işdən çıxartdı - YENİ TƏYİNATLAR
"Harınlaşmış məmurlar, tək-tək gəlməyin üstümə"- Mübariz Mənsimov MEYDAN OXUDU
Virusdan bir gündə - 100 NƏFƏR ÖLDÜ
Həkimlərin maaşları verilib, əlavələrin – NƏ VAXT VERİLƏCƏYİ AÇIQLANDI
"Araz market"in əməkdaşı - İŞ BAŞINDA BIÇAQLANDI

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla