“Kəsin onun səsini!...” - Yunis Səfərovun məhkəməsində QALMAQAL

“Kəsin onun səsini!...” - Yunis Səfərovun məhkəməsində QALMAQAL











Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevi güllələməkdə təqsirləndirilən Yunis Səfərov hüquqlarının pozulduğunu iddia edir. O, həbsdə olduğu ilyarımda ailə üzvləriylə nə görüşə, nə də telefonla danışa bildiyini deyib. Ünsiyyət imkanları məhdudlaşdırıldığına görə müdafiəsini də qura bilmir. O, bütün bunları yanvarın 16-da öz məhkəməsində dilə gətirib.

"1 il 5 aydır ki, telefon danışıqlarına və görüşlərə məhdudiyyət qoyulub. Mən mühakimə olunuram. Müdafiəmi qura bilmirəm. Əvvəl hüquqlarımı təmin edin, sonra mühakimə edin"- deyə, Y.Səfərov bildirib.

Qeyd edək ki, Y.Səfərov və daha 11 nəfərin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri baxır. Amma məhkəmə Bakıda - Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir. Hakim Natiq Əliyev Y.Səfərovun şikayətinə cavab olaraq deyib ki, istintaq təcridxanasında saxlanılan şəxsin hüquq və vəzifələri Penitensiar Xidmətə aid məsələdir: «Biz bu məsələyə qarışa bilmərik. Amma siz bizə bu haqda ərizə versəniz, Penitensiar Xidmətə sorğu göndərib maraqlanarıq».

Y.Səfərov dövlət hesabına vəkildən imtina edərək, hüquqlarını Elçin Sadıqovun müdafiə etməsini istəsə də, məhkəmə həmin vəkili onun müdafiəsinə buraxmayıb. Yunisin yaxınlarının onunla müqavilə bağlayıb, müdafiəçisi olmasını istədiklərini məhkəməyə söyləyən vəkil Bəxtiyar Hacıyev müdafiə prosesinə buraxılıb. Yunisin dövlət hesabına vəkili də prosesdən uzaqlaşmaq istədiyini söyləyib: «Bir halda ki, təqsirləndirilən şəxs mənə etimad göstərmir, hüquqi yardımımı istəmir, bu işdə qalmağımın anlamı yoxdur».

Təqsirləndirilən şəxslərdən Cəfər Zalov, Firudin Zeynalov da dövlət hesabına vəkillərindən imtina etsələr də, Natiq Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası onların imtinasını qəbul etməyib.

Y.Səfərov məhkəməsində videoçəkilişə icazə verilməsini də istəyib: «Bu, xalqı maraqlandıran məhkəmə prosesidir. Ona görə prosesin şəffaf keçirilməsini istəyirik.Belə hadisələr 20-30 ildə bir dəfə olur. 30 il ərzində Azərbaycanda ikinci belə bir fövqəladə hadisə baş verməyib ki, kimisə heç bir səbəb olmadan vurasan. Qoy bütün ictimaiyyət hər şeyi bilsin. İnsanlar bilməlidir ki, vətəndaş məmura niyə xəsarət yetirdi, onu niyə öldürmək istədi. Bu, fövqəladə haldır...»

Hakim N.Əliyev ona çıxışını davam etdirməyə imkan verməyib. O, «kəsin onun səsini!» – deyərək, Y.Səfərov da daxil, digər təqsirləndirilən şəxslərin olduğu kabinədəki mikrofonun söndürülməsinə göstəriş verib. Videoçəkiliş istəyi də təmin olunmayıb.

Məhkəmə prosesinin audio və videoyazıyla aparılmasını vəkillər də istəyiblər. Onlar öz istəklərini əvvəlki məhkəmə təcrübələrində protokollardakı ifadələrin təhrif olunmasıyla əsaslandırıblar. Audio və videoyazı, zəruri hallarda, məhkəmədə deyilənlərlə yazılanları müqayisə etməyə imlan verir.

Məhkəmə audio və videoyazı ilə bağlı vəkillərin vəsatətini təmin etməyib. Vəkillər də hakimlərin davranışına etirazlarını bildirərək, bunu yazılı şəklə salmaqdan ötrü vaxt istəyiblər. Hakimlər məhkəməni bir ay - fevralın 17-dək ertələməyə qərar veriblər.

Xatırladaq ki, ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən İslam dövləti qurmaq olduğunu iddia edirlər. Y.Səfərovun bu iddialara münasibəti məhkəmədə açıqlanacaq.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 18 ilədək həbs cəzası verilib. Sonradan apellyasiya məhkəməsi onların bir qisminin cəzasını azaldıb.

Bu hadisələrlə əlaqədar həbs olunanlardan təxminən 10 nəfər şərti cəzayla azadlığa buraxılıb, 8 və 6 nəfərlik daha iki qrupun apellyasiya şikayətləri üzrə məhkəmələrsə davam edir.

Y.Səfərov və daha 11 nəfər məhz icra başçısı və mühafizəçisinin güllələnməsinə görə mühakimə olunurlar./azpolitika.info/

Tarix:17-01-2020, 12:03 Baxış Sayı:38 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Xarici valyutaların manata qarşı məzənnələri
Baş nazir komissiyanın bir səlahiyyətini ləğv etdi
Kürdəmir icra başçısı ölkədən qaçmaq istəyir-HƏBS TƏHLÜKƏSİ
Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı
Neftçalada baş həkim də saxlanıldı – DTX tərəfindən…
Hava limanı istiqamətində əsas yollarda sürət həddi endirilib
Bakı Atatürk Liseyində müdhiş saxtakarlıq
Nazirin həyat yoldaşıyla sevgilisinin davası
Tramp ona rəqib olacaq namizəd haqqında: “Pəltək və səriştəsizdir”
Bakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildi
Daha bir yol polisi postu köçürüldü - Rəsmi
Azərbaycanda ana 3 qızı ilə b irlikdə - Türkiyədən keçib İŞİD-ə qoşuldu - ŞOK FAKTLAR
Azərbaycan və İtaliya prezidentləri təkbətək görüşdü
21 fevralda gözlənilən hava şəraiti
DTX Neftçalayla bağlı açıqlama yaydı
Metroda sabahdan dezinfeksiya başlayır
Nazirdən bələdiyyələrlə bağlı QƏRAR
MASALLI POLİSİ İNSANLARIN TALEYİNİ “UĞURLU STATİSTİKAYA” QURBAN VERİR
Azərbaycan nefti bahalaşıb
Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" - FOTO
79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi
Debatda uduzan Paşinyana erməni yazıçıdan sərt sözlər: “Ayıb olsun!”
Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib
DTX-nın xüsusi təyinatlıları Neftçala İcra Hakimiyyətinə girdi – SON DƏQİQƏ
Zakir Qaralov rəisləri işdən çıxartdı - YENİ TƏYİNATLAR
"Harınlaşmış məmurlar, tək-tək gəlməyin üstümə"- Mübariz Mənsimov MEYDAN OXUDU
Virusdan bir gündə - 100 NƏFƏR ÖLDÜ
Həkimlərin maaşları verilib, əlavələrin – NƏ VAXT VERİLƏCƏYİ AÇIQLANDI
"Araz market"in əməkdaşı - İŞ BAŞINDA BIÇAQLANDI

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla