Süleymaninin öldürülməsinə Azərbaycanın nə dəxli var?

Süleymaninin öldürülməsinə Azərbaycanın nə dəxli var?





İranın İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” qüvvələrinin komandiri, general Qasım Süleymaninin ABŞ tərəfindən Bağdadda öldürülməsindən istifadə edərək erməni xüsusi xidmət orqanları Azərbaycanla İran arasında münasibətləri korlamağa yönəlmiş primitiv cəhdlər edir. Belə ki, ermənilərə bağlı bəzi internet saytlarında Qasım Süleymaninin öldürülməsi əməliyyatında amerikalıların buraxdığı raketləri hədəfə guya Azərbaycandan qalxan pilotsuz təyyarənin yönləndirildiyi iddia edilir.

Əslində bu o qədər primitiv və absurd iddiadır ki, heç əhəmiyyət verməyə dəyməzdi. Lakin regionda yaranmış indiki həssas durumda, İran xalqının indiki emosional durumu da nəzərə alınarsa, erməni xüsusi xidmət orqanlarından qaynaqlandığı şübhə doğurmayan bu təxribat iki qonşu ölkənin münasibətlərini korlamağa çalışan dairələrin əlində alətə çevrilə bilər.

DoğruXəbər.az xəbər verir ki Virtualaz.org bu təxribat cəhdi ilə bağlı Azərbaycanın hakimiyyət hərbi-siyasi dairələrinin mövqeyini öyrənib. Bu dairələrdən bildiriblər ki, Azərbaycanın adını növbəti dəfə İrana qarşı hansısa əməliyyatlarda hallandırmaq cəhdləri tamamilə absurddur və belə cəhdlər primitiv, açıq-aşkar saxta, yəni “feyk xəbərlər” üzərində qurulub.

Rəsmi Bakı bundan əvvəl də dəfələrlə Azərbaycanın adının xarici mənbələrdə İrana qarşı hansısa kəşfiyyat xarakterli əməliyyatlarda, yaxud diversiyalarda hallandırılmasına birmənalı mövqeyini bildirib. Azərbaycanın öz ərazisindən İrana qarşı üçüncü ölkələrin istifadəsinə heç vaxt icazə vermədiyini bəyan edib. Vurğulanıb ki, Azərbaycan İranla dost, tərəfdaş ölkədir, iki ölkə arasında xeyirxah qonşuluq münasibətləri mövcuddur.

İndiki halda isə Azərbaycanın general Süleymaninin öldürülməsi əməliyyatında hər hansı rolunun olduğunu iddia etmək tamamilə absurddur, primitiv təxribatdır. Ona görə ki, İran generalı Dəməşq aeroportundan Suriyanın özəl hava yolları şirkətinə məxsus təyyarədə Bağdada uçub və onun barəsində məlumatın amerikalılara Dəməşq aeroportundakı agent tərəfindən ötürüldüyünü artıq nüfuzlu ABŞ KİV-ləri öz ölkələrinin hərbi-kəşfiyyat strukturlarına istinadən yazıblar. O cümlədən Bağdad aeroportunda da Süleymaninin gəlişini xəbər verən agentlər olub. Habelə əməliyyatın Qətərdəki Amerika bazasından idarə edildiyi, pilotsuz təyyarələrin İraqdakı ABŞ aviabazasından qalxdığı da bəllidir. O da açıqlanıb ki, əməliyyata İsrailin “Mossad” kəşfiyat xidməti də dəstək verib.



Süleymaninin öldürülməsində “Hellfire” adlı hədəfi yüksək dəqiqliklə vuran məxfi Amerika raketlərindən istifadə olunub ki, bu raketlər pilotsuz təyyarələrdən buraxılandan sonra onları hədəfə yönləndirməyə ehtiyac yoxdur. “Hellfire” özü lazım olan hədəfi axtarıb tapır və heç vaxt hədəfdən yayınmır.

Nəticədə nəzəri olaraq Azərbaycanın bu əməliyyatda iştirakı üçün heç bir imkan, variant qalmır və deməli erməni xüsusi xidmət orqanlarının kütbeyincəsinə hazırladıqları bu təxribata ağlı başında olan kimisə inandırmaq da mümkün deyil.

Virtualaz.org
Süleymaninin öldürülməsinə Azərbaycanın nə dəxli var?

Tarix:17-01-2020, 15:36 Baxış Sayı:74 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Xarici valyutaların manata qarşı məzənnələri
Baş nazir komissiyanın bir səlahiyyətini ləğv etdi
Kürdəmir icra başçısı ölkədən qaçmaq istəyir-HƏBS TƏHLÜKƏSİ
Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı
Neftçalada baş həkim də saxlanıldı – DTX tərəfindən…
Hava limanı istiqamətində əsas yollarda sürət həddi endirilib
Bakı Atatürk Liseyində müdhiş saxtakarlıq
Nazirin həyat yoldaşıyla sevgilisinin davası
Tramp ona rəqib olacaq namizəd haqqında: “Pəltək və səriştəsizdir”
Bakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildi
Daha bir yol polisi postu köçürüldü - Rəsmi
Azərbaycanda ana 3 qızı ilə b irlikdə - Türkiyədən keçib İŞİD-ə qoşuldu - ŞOK FAKTLAR
Azərbaycan və İtaliya prezidentləri təkbətək görüşdü
21 fevralda gözlənilən hava şəraiti
DTX Neftçalayla bağlı açıqlama yaydı
Metroda sabahdan dezinfeksiya başlayır
Nazirdən bələdiyyələrlə bağlı QƏRAR
MASALLI POLİSİ İNSANLARIN TALEYİNİ “UĞURLU STATİSTİKAYA” QURBAN VERİR
Azərbaycan nefti bahalaşıb
Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" - FOTO
79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi
Debatda uduzan Paşinyana erməni yazıçıdan sərt sözlər: “Ayıb olsun!”
Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib
DTX-nın xüsusi təyinatlıları Neftçala İcra Hakimiyyətinə girdi – SON DƏQİQƏ
Zakir Qaralov rəisləri işdən çıxartdı - YENİ TƏYİNATLAR
"Harınlaşmış məmurlar, tək-tək gəlməyin üstümə"- Mübariz Mənsimov MEYDAN OXUDU
Virusdan bir gündə - 100 NƏFƏR ÖLDÜ
Həkimlərin maaşları verilib, əlavələrin – NƏ VAXT VERİLƏCƏYİ AÇIQLANDI
"Araz market"in əməkdaşı - İŞ BAŞINDA BIÇAQLANDI
Fevralın 23-də magistraturalara qəbul imtahanı keçiriləcək

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla