“Ziya Məmmədovun yaxın qohumuna qul kimi fəhləlilik etmişik...” - "4 mərtəbəli evinin tikintisində 8 ay çalışdıq, amma..."

“Ziya Məmmədovun yaxın qohumuna qul kimi fəhləlilik etmişik...” - "4 mərtəbəli evinin tikintisində 8 ay çalışdıq, amma..."







“Ziya Məmmədovun yaxın qohumuna qul kimi fəhləlilik etmişik...” -
23 fəhlənin zəhmət haqqını ödəməyən villa sahibi nazirin adından istifadə edib?
Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu kimi tanınan Zamin Məmmədov adlı şəxsin evində fəhlə və usta kimi çalışdıqlarını bildirən Ramil Ataşov və Eldəniz Abbasovun adından redaksiyamıza daxil olan şikayət məktubunda qeyd edilir ki, adıçəkilən şəxs onların halal zəhmət haqqını ödəmək istəmir.

DoğruXəbər.az bildirir ki Şikayətçilərin ölkə başçısına və Daxili İşlər nazirinə ünvanladıqları, bir nüsxəsini də “AzPolitika.info”-ya göndərdikləri məktubda bildirilir ki, ümumilikdə 23 nəfər Z.Məmmədovun 4 mərtəbəli evinin tikintisində 8 ay çalışıb. Lakin evin sahibi fəhlələrin zəhmət haqları və onların mağazalardan tikinti üçün nisyə götürdükləri malların dəyəri olmaqla, ümumilikdə 37 min manatı ödəməkdən imtina edib.

Düşdükləri çıxılmaz vəziyyətlə bağlı ölkə başçısına və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edən fəhlələr yazır: “Məmmədov Zamin Fərhad oğlunun Nərimanov rayonunun Maqsud Əlizadə küçəsi 68 ünvanındakı 4 mərtəbəli evini və həyətini ötən ilin may ayından dekabr ayının sonuna qədər Avropa standartlarına uyğun yüksək səviyyədə təmir etmişik, qara qul kimi gecə-gündüz fəhləlik etmişik. Onun yağlı vədlərinə inanaraq bizə etibar edən ticarət şöbələrindən on min manatlarla nisyə material alıb işlətmişik. Son nəticədə 37 min 716 manat yığılıb qalmış pulumuzu istədikdə isə onun təhqirlərinə məruz qalmışıq”.

Şikayətçilər iddia edirlər ki, Z.Məmmədov onlarla bərabər xeyli sayda digər şəxsləri də aldadıb: “Biz onun qapısında işləyəndə hər gün onlarla insan borc pul dalınca onun ünvanına gəlir, onu evdə tapa bilmirdilər... Biz artıq hiss edirdik ki, haqqımızı ala bilməyəcəyik və bizi də eyni aqibət gözləyir. Lakin işimizi də yarımçıq qoymaq istəmirdik, vəziyyətdən çıxış yolu axtarırdıq. Neçə müddətdir Zamin Məmmədovun ətrafında apardığımız müşahidələr göstərir ki, onun hiylə yolu ilə aldadıb malını, pulunu varidatını ələ keçirdiyi insanların sayı yüzlərlədir.”

Sonda şikayətçilər ölkə başçısından və nazirdən bu işi nəzarətə götürmələrini, onlara dəymiş ziyanın ödənilməsini xahiş edirlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Tarix:22-01-2020, 10:39 Baxış Sayı:57 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Dolların sabaha olan məzənnəsi açıqlandı
Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq – Məzahir Pənahov
Azərbaycanda mobil telefonların idxalına dair yeni - TƏNZİMLƏMƏ MEXANİZMLƏRİ HAZIRLANIR
7 seçki məntəqəsinin nəticələri ləğv olundu - SON DƏQİQƏ
20 fevralda gözlənilən hava şəraiti
Putin Ərdoğana verdiyi sözü tutmadı, müharibə realdır – Politoloq detalları açdı
Saxta maliyyə əməliyyatları aparan - ŞƏXSLƏR TUTULDU
Türkiyədən Suriyaya SONUNCU XƏBƏRDARLIQ
2014-cü ildə yoxa çıxan "Boeing" sərnişin təyyarəsi ilə bağlı Avstraliyadan ŞOK AÇIQLAMA
Professor Əli Həsənov: "Türkün torpağına göz dikən hər kəs məğlubiyyətə məhkumdur"
Azərbaycanda uşaqlara qarşı zorakılıq... - ŞİDDƏT NİYƏ ARTIR?
Təhsilimizdə CİDDİ PROBLEM: məsələyə yenidən baxılmalıdır
İdlibdə 21-ci əsrin ən böyük bəşəri faciəsi yaşanır – Köç edənlərin sayı 1 milyon 942 minə çatıb
Məşhur yunan alimi:“Azərbaycan Prezidenti Paşinyanın yalanlarını ifşa elədi”
Zakir Qaralovu kim əvəz edəcək? – Apreldə qərar veriləcək
Azərbaycanda bu kənddə təhlükəli xəstəlik yayıldı
İnsan sümüklərindən hörülmüş divar aşkarlandı
"AQROLİZİNQ" ASC-in şöbə müdir Rövşən Əsgərovun küllü miqdarda rüşvət aldığı iddia olunur: Məhbusdan məktub
Vəliəhdin istədiyi olmasa neft 40 dollara düşə bilər
Erməni KİV-i Kasprşikin Dağlıq Qarabağda keçirdiyi görüşlərlə bağlı izahat istədi
ABŞ-dan Çinə növbəti qadağa
Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq
MSK ötür-ötürlə vaxt uzadır - Seçki şikayətlərinin çoxu yenidən DSK-lara niyə göndərilir?
Məzahir Pənahov namizədi zaldan qovdu - MSK-da insident
ATƏT Kasprşiklə bağlı ermənilərə cavab verdi
Azərbaycanda yüzlərlə vəzifəli şəxsə töhmət verilib - RƏSMİ
Cibimizə girən lombardlar — Fəaliyyətləri nəzarətə götürüləcək – VİDEO
Fevralın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Prezident Administrasiyasına ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHI
Bəzi məcburi köçkün qadınlara verilən "çörəkpulu" niyə kəsilib? - RƏSMİ AÇIQLAMA

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla