Bu şəxslərə qəbul imtahanlarında əlavə vaxt və fasilə veriləcək

Bu şəxslərə qəbul imtahanlarında əlavə vaxt və fasilə veriləcək













Buraxılış və qəbul imtahanlarında əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin iştirakının təmin edilməsi məqsədilə nəzarət altında tənəffüs və ya zəruri ehtiyaclarını ödəmək üçün fasilə imkanı yaradılacaq.

DoğruXəbər.az xəbər verir ki, bu, DİM Direktorlar Şurası tərəfindən buraxılış və qəbul imtahanlarında əlilliyi olan və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək namizədlərin iştirakının təmin edilməsi məqsədilə əlverişli şəraitin yaradılmasına dair təlimatda əksini tapıb.

Bu halda imtahan müddəti dayandırılır və namizəd özünü hazır hiss etdikdə imtahana davam edir. Tənəffüs zamanı namizədin sual kitabçasına və cavab vərəqinə (kartına) baxmasına icazə verilmir. Namizəd imtahan zalından çıxmaq istədikdə nəzarətçi onu müşaiyət etməlidir. Tənəffüsün müddəti namizədin vəziyyətinə və sağlamlıq qabiliyyətinə dair öncədən verilmiş rəyə əsasən müəyyən olunur. Rəydə imtahan zamanı namizədə neçə dəfə və hansı müddətə tənəffüs lazım olacağını əvvəlcədən təyin etmək lazımdır.

Təlimatda həmin şəxslər üçün əlavə vaxt da nəzərdə tutulub. Qeyd olunub ki, əlavə vaxtın verilməsi və nəzarət altında tənəffüs ayrı-ayrı anlayışlardır. Namizədə oxucu və ya cavabları qeyd edən şəxs lazım olduqda imtahan müddətinin ən çoxu 25%-i qədər əlavə vaxt verilir. 25%-dən çox əlavə vaxt tələb edildikdə onu dəstəkləyən və tibbi baxımdan əsaslandırılmış səbəb göstərilməlidir. 25%-dən 50%-dək əlavə vaxt üçün edilən müraciət qavrama qabiliyyəti çox zəif olduqda, oxuma və yazma sürəti, oxuma və dərketmə sürəti, yazma və dərketmə sürəti, duyğu orqanları və fiziki ehtiyacla bağlı sağlamlıq imkanlarında kəskin məhdudiyyətləri olduqda nəzərə alına bilər.

Namizədlər Brayl əlifbası və böyük formatda kağızlarla və ya oxucu ilə təmin edildikdə 50%-dən çox əlavə vaxtın verilməsinə ehtiyac qalmır. Namizədin kəskin görmə pozğunluğu olduqda, yəni namizəd hətta Brayl əlifbasından oxumaqda belə çətinlik çəkdikdə istisna hal kimi 50%-dən çox əlavə vaxt verilə bilər.

Təlimata əsasən, eyni kateqoriyaya aid bir və bir neçə namizəd sağlamlıq vəziyyətindən asılı olaraq imtahan mərtəbəsində və ya imtahan binasının birinci mərtəbəsində ayrıca zalda əyləşdirilə bilər.

Bundan başqa, yalnız cavabları qeyd edən nəzarətçi (scriber) - namizədin diktə etdiyi imtahan suallarının cavablarını cavab vərəqinə (cavab kartına) yazmağa, kodlaşdırmağa məsul olan şəxsdir. Yalnız cavabları qeyd edən şəxsin köməyindən namizəd yaza bilmədikdə və ya ona ayrılmış əlavə vaxt ərzində belə cavabları çatdırıb qeyd edə bilmədikdə istifadə edə bilər.


Namizədin düzgün yazı keyfiyyətinin, orfoqrafiya, durğu işarələrinin və qrammatika üzrə biliyinin yoxlandığı fənlər üzrə keçirilən imtahanlarda cavabları qeyd edən şəxsin köməyindən istifadə edilməyə və 50%-dək əlavə vaxtın təyin olunmasına icazə verilə bilər.

Oxucu və cavabları qeyd edən nəzarətçi – bu məsul şəxs qaydaları və sual kitabçasında verilən tapşırıqları namizəd üçün oxuyan və onun cavab kartında və ya cavab vərəqində qeyd edən, kodlaşdıran şəxsdir. Namizədlə ünsiyyətdə olarkən adi, özünə xas səslə, sakit, aydın və tələsmədən danışır. Yüksək səs tonlarından istifadə etmir. Namizədin istədiyi fəndən başlamaqla tapşırıqları və varsa həmin tapşırıqlara aid cavab variantlarını (əgər varsa) intonasiya ilə, tələsmədən, zərurət olduqda təkrar-təkrar, digər namizədlərə mane olmadan oxuyur. Namizədin seçdiyi cavab variantını sual kitabçasında diqqətlə işarələyir və qeydlər aparır. Termin, düstur və işarələrin oxunması zamanı çətinlik çəkdikdə imtahan rəhbərinə müraciət edir. Vaxt bölgüsünü doğru aparır və nəzərdə tutulan müddət ərzində bütün test tapşırıqlarını namizəd üçün oxuyur və cavablarını cavab kartında kodlaşdırır və ya cavab vərəqinə yazır. Oxucu və cavabları qeyd edən nəzarətçi akreditasiyadan keçmiş və təlimi müvəffəqiyyətlə başa vurmuş şəxs olmalıdır, imtahan keçirilən fənnə aid lüğət və terminlərə bələd olması üçün fənn üzrə biliyə malik olmalıdır, xarici dil üzrə keçirilən imtahanda həmin dilin qrammatik qaydalarını yaxşı bilməlidir.

İmtahanda vaxt itkisinin fərqinə vara bilməyən, diqqət yayğınlığı olan, davamlı diqqətini toplaya bilməyən diqqət çatışmazlığı, hiperaktivlik və diqqət yayğınlığı sindromundan əziyyət çəkən namizədlər işarə verən şəxsin (prompter) köməyindən istifadə edə bilərlər. Həmin şəxs namizədə hansı səhifədə və ya hansı tapşırıqda qaldığını fiziki şəkildə (işarə ilə) göstərə bilər. Məsələn, Arif adlı Asperger sindromlu (autizmli) namizəd vaxt itkisinin fərqinə vara bilmir, bu zaman işarə verən şəxs namizədə adı ilə müraciət edərək “suala bax, imtahanın bitməsinə 15 dəqiqə vaxt qalıb” deyir. Növbəti nümunə: Diqqət pozğunluğu olan namizəd bir neçə dəqiqə işlədikdən sonra diqqəti yayınır, məsələn, pəncərədən çölə baxır, bu halda işarə verən şəxs namizədin adını çəkərək diqqətini sual kitabçasına yönəldir.

Təlimatda sağlamlıq imkanları məhdud şəxslər üçün səsli oxuma, surdopedaqoq dəstəyi, praktik köməkçi də nəzərdə tutulur.

Namizədin sağlamlıq vəziyyəti imtahan zalında iştirak üçün qənaətbəxş olmadıqda, psixi və emosional pozğunluqdan əziyyət çəkdikdə namizədə imtahan binasında deyil, öz ünvanında və ya xəstəxanada imtahan keçirilməsinə icazə verilə bilər.

Görmə qüsuru olan namizədlər üçün yuxarıda sadalanan üsullar əlverişsiz olduqda hər namizəd üçün fərdi kağızlar hazırlana bilər. Standart formatda olan kağızlar aşağıdakılardır:

- A4 formatda 18 şrift ölçüdə;

- A3 formatda 24 şrift ölçüdə;

- A4 formatda 24 şrift ölçüdə;

- A3 formatda 36 şrift ölçüdə;

- brayl əlifbası ilə çap edilən kağızlar.
Lent.az

Tarix:22-01-2020, 11:34 Baxış Sayı:62 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Dolların sabaha olan məzənnəsi açıqlandı
Protokolları verməkdən boyun qaçıran məntəqədə nəticələr ləğv olunacaq – Məzahir Pənahov
Azərbaycanda mobil telefonların idxalına dair yeni - TƏNZİMLƏMƏ MEXANİZMLƏRİ HAZIRLANIR
7 seçki məntəqəsinin nəticələri ləğv olundu - SON DƏQİQƏ
20 fevralda gözlənilən hava şəraiti
Putin Ərdoğana verdiyi sözü tutmadı, müharibə realdır – Politoloq detalları açdı
Saxta maliyyə əməliyyatları aparan - ŞƏXSLƏR TUTULDU
Türkiyədən Suriyaya SONUNCU XƏBƏRDARLIQ
2014-cü ildə yoxa çıxan "Boeing" sərnişin təyyarəsi ilə bağlı Avstraliyadan ŞOK AÇIQLAMA
Professor Əli Həsənov: "Türkün torpağına göz dikən hər kəs məğlubiyyətə məhkumdur"
Azərbaycanda uşaqlara qarşı zorakılıq... - ŞİDDƏT NİYƏ ARTIR?
Təhsilimizdə CİDDİ PROBLEM: məsələyə yenidən baxılmalıdır
İdlibdə 21-ci əsrin ən böyük bəşəri faciəsi yaşanır – Köç edənlərin sayı 1 milyon 942 minə çatıb
Məşhur yunan alimi:“Azərbaycan Prezidenti Paşinyanın yalanlarını ifşa elədi”
Zakir Qaralovu kim əvəz edəcək? – Apreldə qərar veriləcək
Azərbaycanda bu kənddə təhlükəli xəstəlik yayıldı
İnsan sümüklərindən hörülmüş divar aşkarlandı
"AQROLİZİNQ" ASC-in şöbə müdir Rövşən Əsgərovun küllü miqdarda rüşvət aldığı iddia olunur: Məhbusdan məktub
Vəliəhdin istədiyi olmasa neft 40 dollara düşə bilər
Erməni KİV-i Kasprşikin Dağlıq Qarabağda keçirdiyi görüşlərlə bağlı izahat istədi
ABŞ-dan Çinə növbəti qadağa
Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq
MSK ötür-ötürlə vaxt uzadır - Seçki şikayətlərinin çoxu yenidən DSK-lara niyə göndərilir?
Məzahir Pənahov namizədi zaldan qovdu - MSK-da insident
ATƏT Kasprşiklə bağlı ermənilərə cavab verdi
Azərbaycanda yüzlərlə vəzifəli şəxsə töhmət verilib - RƏSMİ
Cibimizə girən lombardlar — Fəaliyyətləri nəzarətə götürüləcək – VİDEO
Fevralın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Prezident Administrasiyasına ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHI
Bəzi məcburi köçkün qadınlara verilən "çörəkpulu" niyə kəsilib? - RƏSMİ AÇIQLAMA

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla