“AtaBank” bağlanacaqmı? – Bankda pulu olanlar nə etsin?

“AtaBank” bağlanacaqmı? – Bankda pulu olanlar nə etsin?










Ölkə prezidentinin fərmanı ilə Azərbaycan Mərkəzi Bankı (AMB) vahid maliyyə nəzarəti və tənzimləmə qurumuna çevrildikdən sonra “AtaBank” ASC-də ilkin araşdırmalar aparılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı bildirib. Araşdırmaların bankda əmanətləri olanlar arasında yaranmış narahatlıqla bağlı aparıldığı bildirilir. Belə ki, bəzi məlumatlara görə, əmanətçilərin “AtaBank”dan əmanətlərini götürməsində problemlər var.

Açıqlamaya görə, araşdırmalar nəticəsində “AtaBank”ın ciddi maliyyə dayanıqlığı və likvidlik problemləri ilə üzləşdiyi məlum olub. Bununla belə, bütün banklarda olduğu kimi, “Atabank”da da əhalinin qorunan əmanətləri tam sığortalanıb. Hazırda AMB Bankda yaranmış vəziyyətlə bağlı kompleks təhlillər aparır və onların nəticəsi əsasında müvafiq təkliflər hazırlanacaq.

2019-cu il oktyabrın 1-nə “AtaBank”ın öhdəlikləri 389,438 milyon manat (illik müqayisədə 12,4% az), o cümlədən depozit portfeli 286,268 milyon manat (6,2% az), balans kapitalı isə 142,636 milyon manat (1,3% az) təşkil edib. Bununla belə, Bank ötən ilin yanvar-sentyabr aylarını 22 min manat xalis mənfəətlə (74,4% az) başa vurub.

Xatırladaq ki, “AtaBank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 120,02 milyon manatdır. Bankın səhmlərinin 86%-i daxil olduğu “Synergy Group” MMC-yə, 9,26%-i Əşrəf Kamilova (“Synergy Group”un 99%-lik səhmdarı, “Ata Holdinq” MMC-nin Müşahidə Şurası sədrinin I müavini), 4,74%-i isə Mahir Rəfiyevə məxsusdur.

DoğruXəbər.az “Yeni Müsavat”-a istinadən bildirir ki, 1993-cü ildən fəaliyyət göstərən “AtaBank” Azərbaycanın ən böyük kommersiya banklarından biri hesab olunurdu. 2017-ci ilin nəticələrinə görə “AtaBank” ASC Azərbaycanda ilk dəfə konsolidasiya prosesini uğurla başa vurduğuna və il ərzində imza atdığı uğurlara görə iqtisadiyyat və biznes sahəsində “İlin bankı” nominasiyasına layiq görülüb.

2018-ci ilin iyul ayında “AtaBank” ASC, öz AtaNet internet və mobil bankçılıq tətbiqi ilə Sinqapurda keçirilən və dünyanın aparıcı banklarının iştirak etdiyi “Asian Banking & Finance Wholesale Banking Awards 2018" tədbirində ”Daxili texnologiyalar və əməliyyatlar üzrə" İlin bankı nominasiyasının qalibi olub.

2019-cu ildə isə “AtaBank” Zaqafqaziya və Cənub-Şərqi Avropa regionunda ilkə imza ataraq Visa Signature kartının emissiyasına başlayıb. Bunlar bankın uğurları ilə bağlı statistika olsa da, gerçəkdə vəziyyətin heç də ürəkaçan olmadığı haqda iddiaları Milli Bankın son açıqlaması da doğruldur.

Qeyd edək ki, sabiq vergilər naziri Fazil Məmmədova məxsus bankda tam nəzarətsizliyin, ikihakimiyyətliyin hökm sürdüyü, bankın ağır duruma düşdüyü barədə məlumatlar lap çoxdan var.

Ötən həftə iqtisadçı-ekspert Qubad İbadoğlu da bankda baş verənlərlə bağlı yazıb. O bildirib ki, “AtaBank” ASC əmanətlərini geri götürmək niyyətində olanların pullarını ödəyə bilmir: “Ötən il oktyabr ayının 1-nə olan son məlumata görə, aktivləri 532 milyon manat, depozitləri 286.3 milyon manat, kredit portferli 374.7 milyon manat olan ”AtaBank" ASC əmanətçiləri qarşısında öhdəliklərini yerinə yetirə bilmir. Belə ki, 2019-cu ilin sentabr ayından etibarən əmanətlərini geri çəkmək istəyənlər bu istəklərini reallaşdıra bilmirlər. Bir sözlə, “Ata Bank” ASC əmanətlərini geri götürmək niyyətində olanların pullarını ödəyə bilmir.

Bununla əlaqədar olaraq, bir qrup əmanətçilər əvvəllər Maliyyə Bazarlarına Nəzarət Palatasına, bu ildən isə Mərkəzi Banka şikayət etsələr də, yenə də müsbət nəticə əldə edə bilmirlər. Əksinə, nə baş verdiyi barədə heç bir rəsmi açıqlama verilməməsi əmanətçilərin şübhələrini daha da çoxaldır.

Narahatlığını mənimlə bölüşən əmanətçilər depozitlərinin geri alınmasında qarşılaşdıqları çətinlikləri ictimailəşdirməyi xahiş ediblər. Onlar belə davam edərsə, “AtaBank”da da əmanətlərinin və cari hesablardakı vəsaitlərinin batmasından qorxurlar.

Hesab edirəm ki, yaranmış vəziyyətlə bağlı “AtaBank” ASC, Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu ən qısa müddətdə açıqlamalar verməlidir. Çünki söhbət 286.3 milyon manatlıq əmanətlərin taleyindən gedir".

1983-cü ildə Bakı şəhərində anadan olan “AtaBank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyev 14 mart 2016-cı il tarixindən bu vəzifəyə təyin olunub.

O, Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini və Bakı Dövlət Universitetinin hüquqşunaslıq fakültəsini bitirib. 2003-cü il - “AtaBank” ASC-nin Xəzinədarlıq Departamentinin baş mütəxəssisi qismində işə başlayıb. Daha sonra bankın Bank kartları və elektron xidmətlər Departamentinin direktor müavini, Kartlar və elektron ödəniş sistemləri ilə iş şöbəsinin rəisi vəzifəsində çalışıb. 2009-cu ildə “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü və sədr müavini vəzifəsinə təyin olunub.

2013-cü ildə Bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini tutub. 2014-2016-cı illərdə isə “Synergy Group” ASC-nin İdarə Heyətinin sədri və Müşahidə Şurasının sədri vəzifələrində çalışıb.

Tarix:22-01-2020, 13:01 Baxış Sayı:70 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Azərbaycanda uşaqlara qarşı zorakılıq... - ŞİDDƏT NİYƏ ARTIR?
Təhsilimizdə CİDDİ PROBLEM: məsələyə yenidən baxılmalıdır
İdlibdə 21-ci əsrin ən böyük bəşəri faciəsi yaşanır – Köç edənlərin sayı 1 milyon 942 minə çatıb
Məşhur yunan alimi:“Azərbaycan Prezidenti Paşinyanın yalanlarını ifşa elədi”
Zakir Qaralovu kim əvəz edəcək? – Apreldə qərar veriləcək
Azərbaycanda bu kənddə təhlükəli xəstəlik yayıldı
İnsan sümüklərindən hörülmüş divar aşkarlandı
"AQROLİZİNQ" ASC-in şöbə müdir Rövşən Əsgərovun küllü miqdarda rüşvət aldığı iddia olunur: Məhbusdan məktub
Vəliəhdin istədiyi olmasa neft 40 dollara düşə bilər
Erməni KİV-i Kasprşikin Dağlıq Qarabağda keçirdiyi görüşlərlə bağlı izahat istədi
ABŞ-dan Çinə növbəti qadağa
Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq
MSK ötür-ötürlə vaxt uzadır - Seçki şikayətlərinin çoxu yenidən DSK-lara niyə göndərilir?
Məzahir Pənahov namizədi zaldan qovdu - MSK-da insident
ATƏT Kasprşiklə bağlı ermənilərə cavab verdi
Azərbaycanda yüzlərlə vəzifəli şəxsə töhmət verilib - RƏSMİ
Cibimizə girən lombardlar — Fəaliyyətləri nəzarətə götürüləcək – VİDEO
Fevralın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Prezident Administrasiyasına ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHI
Bəzi məcburi köçkün qadınlara verilən "çörəkpulu" niyə kəsilib? - RƏSMİ AÇIQLAMA
«Banklardakı «qara siyahı»lar - BİZNESƏ MANE OLUR» – İŞ ADAMI
Türkiyə - Azərbaycan oyununun vaxtı bəlli oldu
Bu dairənin namizədləri narazılıq edir - MSK-nın qarşısında (FOTO)
Hər 3 gündə 1 ölü - Erməni ordusundan etiraf
Hökumətdən varlılara ŞOK xəbərdarlıq: Bahalı villalar kütləvi satışa çıxarılır
İlham Əliyev: “Kifayət qədər parkinq yerləri olmalıdır”
Bəşər Əsəd: `İdlib və Hələbdəki əməliyyatlar düşməni sarsıtdı`
Zakir Fərəcov məhkəməyə verildi - Milyonluq borc qalmaqalı
“Mənəm-mənəm deyən modellərdən daha üstün olduğumu sübut ədəcəm!” – kids model Sirac Quluzadə
Ermənilər 13 itki verdi, Qarabağın “müdafiə naziri” istefaya getdi

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla