Azərbaycan islahatlara, yeniliklərə açıq ölkədir.














DoğruXəbər.az Trend-ə istinadən xəbər verir ki, bunu "Avropa standartlarına çatmaq üçün Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə Aİ-nin dəstəyi" texniki yardım layihəsinin yekunlarına həsr olunmuş konfransda Azərbaycan Baş nazirinin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dünyanın ən sürətlə, ən geniş islahatlar həyata keçirən ölkələr sırasındadır.

Ə.Əhmədov əlavə edib ki, nisbətən gənc dövlət olan Azərbaycan müstəqilliyini bərpa etdiyi 29 il ərzində ciddi nailiyyətlər əldə edib: "Lakin Azərbaycan müstəqilliyinin əldə etdiyi ilk illərdə onun həyatı heç də problemsiz keçməyib. Azərbaycan ərazilərinin 20 faizinin işğal olunması nəticəsində problemlərinin həlli, sosial həyatın təmin edilməsi, iqtisadiyyatın inkişafı üçün üçün böyük səylər göstərilməli olub".

Baş Nazirin müavini bildirib ki, Azərbaycan düzgün strategiya seçməsi nəticəsində böyük inkişaf mərhələsi keçib. Son 15-16 ildə Azərbaycanın iqtisadiyyatı 3,4 dəfə, ölkənin büdcəsinin gəlirləri təxminən 20 dəfəyədək, əhalinin nominal əməkhaqqı 10 dəfəyədək artıb. Azərbaycan iqtisadiyyatının kreditləşdirilməsi üçün qoyulan vəsaitlər 23 dəfə artıb:

"Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan qısa müddətdə böyük inkişaf yolu keçib. Bu illər ərzində yalnız Bakı deyil, Azərbaycanın bütün regionları simasını dəyişib, müasirləşib. Beləliklə, Azərbaycan müasir dövlət qurulması istiqamətində böyük işlər görüb. Lakin inkişafın davamlılığının təmin edilməsinin çox mühüm amillərindən biri daim yeniləşmək və islahatların həyata keçirilməsinə hazır olmaqdır".

Ə.Əhmədovun sözlərinə əsasən, Azərbaycanın sosial və iqtisadi göstəriciləri bundan sonra da yaxşılaşacaq.

2019-cu ildə əhalinin həyat şəraitinin yaxşılaşması üçün bir çox tədbirlərin həyata keçirildiyini xatırladan Baş nazirin müavini deyib ki, Azərbaycanın 10 milyon nəfərlik əhalisinin təxminən 1 milyon nəfəri öz ölkəsindən məcburi köçkün düşmüş insanlardır. Bu baxımdan onların Azərbaycan dövlətinin yardımına ehtiyacı var.


Oxunub: 415

Son xəbərlər

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

"Onunla nə edirsən et" deyib, azyaşlı qızını 50 yaşlı kişiyə verdi - Azərbaycanda ŞOK OLAY

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi - FOTO

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sabah 28° isti olacaq

Ədliyyə nazirindən YENİ TƏYİNATLAR

Mövsümi allergiyaya səbəb OLANLAR

Əmlak Komitəsinin vəzifəli şəxslərinin kassasiya şikayəti təmin edilmədi

Sülhməramlılar Qarabağdan çıxarılır

Prezident Kayrat Sarıbayı qəbul etdi

Naxçıvan aeroportunun direktoru vəzifəsindən azad edildi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Çempionlar Liqası: Bu gün sonuncu yarımfinalçılar müəyyənləşəcək

Maskalı şəxs bankı partlatdı

Alimlər "canavar dalğaları"nın necə yarandığını müəyyənləşdirdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Azərbaycan İlahiyyat İnstitutu auditor seçir

Aytən Səfərova ağır qəzaya düşdü - DYP-dən AÇIQLAMA

Fransa Azərbaycandakı səfirini geri ÇAĞIRDI

Bütün xəbərlər