Sabirabadda dializ xəstələri kütləvi zəhərlənib - AĞIR İDDİA

Sabirabadda dializ xəstələri kütləvi zəhərlənib - AĞIR İDDİA




Dünən Sabirabad Rayon Mərkəzi Xəstəxanasının dializ şöbəsində dializ alan xəstələr kütləvi zəhərlənib. AYNA-ya bu barədə Saatlı rayon sakini Vüqar Ağakişiyev məlumat verib.
"Mən 8 ildir dializ xəstələrini evlərindən xəstəxanaya aparıb-gətirirəm. Əvvəllər Saatlıdan Şirvana aparırdım, indi isə Sabirabad Rayon Xəstəxanasına aparıb-gətirirəm. Bu gün də səhər saat 8:00-da xəstəxanaya apardım. Saat 12:00-da geri qaytaranda vəziyyətləri yaxşı deyildi. Sonra evdə daha da ağırlaşıblar və qohumları xətəxanaya aparıb. Hazırda xəstələr Sabirabad Rayon Xəstəxanasının reanimasiya şöbəsindədirlər”,- deyə o bildirib.

Xəbəri hazırda Sabirabad Rayon Mərkəzi Xəstəxanasında olan dializ xəstələrinin yaxınları da təsdiq etdilər. Dializ xəstəsi Əlmədət Ağayevin qardaşı Səbuhi Ağayev AYNA-ya açıqlamasında bildirdi ki, zəhərlənmiş xəstələrə hələ də tibbi yardım göstərilir: "Xəstələr dializdən çıxıb evə gediblər, evdə vəziyyətləri ağırlaşıb. Qardaşım həftədə 3 dəfə dializə gəlir, bu gün dializdən qayıdandan sonra əsmə, üşütmə başladı, bədəni ağac kimi qurudu, sanki ölüsünü götürüb xəstəxanaya gətirmişik. Saat 1-dən burdayıq, reanimasiyada dəva-dərman edirlər, sistem köçürürlər”.

S.Ağayevin sözlərinə görə, zəhərlənmənin səbəbi və ya səbəbləri barədə məlumatsızdırlar: "Bizə deyilənə görə, hələ həkimlər özləri də zəhərlənmənin hansı səbəbdən baş verdiyini bilmirlər, guya araşdırırlar. Dializ həkiminin özü də xəstəxanadadır, amma heç nə demir. Ümumiyyətlə xəstələrin vəziyyəti barədə məlumatsızıq. Həkimlər dəqiq bir söz demir, elə deyirlər ki, "gözləyin, yaxşı olacaq””.

S.Ağayev onu da qeyd edib ki, hazırda reanimasiyada qardaşı ilə eyni vaxtda zəhərlənmiş dörd xəstə var.

AYNA hadisə ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasından məlumat almağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə hadisə barədə arşadırma apararaq ətraflı məlumat verəcəklərini bildirdi.

Tarix:24-01-2020, 11:55 Baxış Sayı:85 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Tramp ona rəqib olacaq namizəd haqqında: “Pəltək və səriştəsizdir”
Bakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildi
Daha bir yol polisi postu köçürüldü - Rəsmi
Azərbaycanda ana 3 qızı ilə b irlikdə - Türkiyədən keçib İŞİD-ə qoşuldu - ŞOK FAKTLAR
Azərbaycan və İtaliya prezidentləri təkbətək görüşdü
21 fevralda gözlənilən hava şəraiti
DTX Neftçalayla bağlı açıqlama yaydı
Metroda sabahdan dezinfeksiya başlayır
Nazirdən bələdiyyələrlə bağlı QƏRAR
MASALLI POLİSİ İNSANLARIN TALEYİNİ “UĞURLU STATİSTİKAYA” QURBAN VERİR
Azərbaycan nefti bahalaşıb
Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" - FOTO
79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi
Debatda uduzan Paşinyana erməni yazıçıdan sərt sözlər: “Ayıb olsun!”
Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib
DTX-nın xüsusi təyinatlıları Neftçala İcra Hakimiyyətinə girdi – SON DƏQİQƏ
Zakir Qaralov rəisləri işdən çıxartdı - YENİ TƏYİNATLAR
"Harınlaşmış məmurlar, tək-tək gəlməyin üstümə"- Mübariz Mənsimov MEYDAN OXUDU
Virusdan bir gündə - 100 NƏFƏR ÖLDÜ
Həkimlərin maaşları verilib, əlavələrin – NƏ VAXT VERİLƏCƏYİ AÇIQLANDI
"Araz market"in əməkdaşı - İŞ BAŞINDA BIÇAQLANDI
Fevralın 23-də magistraturalara qəbul imtahanı keçiriləcək
İcbari tibbi sığortaya görə ən çox müraciət edilən ərazi AÇIQLANDI
AB liderlərinin kritik iclası başlayır: Büdcə azaldılır
İtkin düşən hərbçimizin meyiti neytral ərazidən götürüldü
“Bank Respublika”nın sahibinin oğlunun ölüm səbəbi nədir? - Antibiotik, yoxsa şpris?..
Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirusa qarşı vəziyyət stabildir
3 gündür metroda nə baş verir? - AÇIQLAMA
Atəşkəs iriçaplı pulemyotlarla 23 dəfə pozuldu
Xarici valyutaların manata qarşı məzənnələri

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla