Bakıda “işğal” davam edir: Yeni başçıdan şikayət — FOTO

Bakıda “işğal” davam edir: Yeni başçıdan şikayət — FOTO













Xətai rayonu Gəncə prospekti 2942A ünvanında, "Şəms" şadlıq evinin arxasında prospektə çıxışı olmayan və 269 saylı məktəbin önündə inşa edilməsinə hazırlıq görülən tikinti ilə bağlı redaksiyamıza şikayət daxil olub.

DoğruXəbər.az bildirir ki Sakinlər Axar.az-a bildiriblər ki, ərazidə 4-5 yaşayış binası olmasına baxmayaraq, heç birinin həyəti yoxdur və indi də ərazidəki yeganə kiçik boş sahədə yeni tikinti işlərinin hazırlığına başlanılıb.


Sakinlər yeni tikilinin ərazidəki sıxlığı dözülməz edəcəyi, maşınların hərəkətini bağlayacağı, məktəbin yolunu kəsəcəyi və yaşamağı imkansız edəcəyini iddia edirlər.


"Hazırda ərazidə olan binaların kiçik həyətlərində maşın saxlamaq mümkün olmur, uşaqların oynaması üçün heç bir şərait də yoxdur. Bu kiçik boş ərazinin digər tərəfində də 6-7 bina artıq tamamlanmaq üzrədir və orda yaşayış başlayandan, sakinlər köçəndən sonra onsuz da yüklü olan ərazi bir az da ağırlaşacaq. Belə bir məqamda prospektə birbaşa çıxışı və həyəti olmayan daha bir binanın bu binaların arasında tikilməsi havasızlıq yaradacaq, sıxlığı dözülməz həddə çatdıracaq", - sakinlər bildirib.


Sakinlər qeyd edib ki, ərazidəki sıxlıq səbəbindən bir müddət öncə baş verən yanğın zamanı FHN-nin yanğınsöndürən maşını həyətə girə bilməyib:


"Yanğın getməsinə baxmayaraq, həyət o qədər kiçikdir və maşınlar elə sıx park olunmuşdu ki, yanğınsöndürən maşın yarım saata yaxın müddətdə yanğın baş verən əraziyə yaxınlaşa bilmədi. İndi daha bir bina tikilərsə və ora sakinlər köçərsə, yanğın, təcili yardım maşınları ümumiyyətlə məhləyə girə bilməyəcək".


Sakinlər qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın "Bizim həyət" təşəbbüsü olduqca gözəl layihədir:


"Bu layihə çərçivəsində həyətlərdə yaradılan şərait əvəzedilməzdir və ümid edirdik ki, bu layihə bizim də həyətə çatacaq. Çünki məhəllədəki 4-5 binanın yanında yalnız bir boş ərazi var və yalnız orda kiçik bir bağ salmaq mümkündür. Ancaq indi ora da zəbt olunub".


Sakinlər onu da qeyd ediblər ki, Xətai rayonunda belə kortəbii olaraq ərazilərin satılması, həyətyanı sahələrin və səkilərin zəbt edilməsi sabiq başçı Razim Məmmədovun dövründə olub:


"Prezidentimiz İlham Əliyev buna görə onu işdən uzaqlaşdırdı və yeni icra başçılarını təyin edəndə də bu faktların nəzərə alınmasını xüsusi olaraq tapşırır. Arxitektura və Şəhərsalma İdarəsinə də bu baxımdan Prezidentimiz göstəriş verib. Amma heç bir faydası yoxdur, yeni başçı da bu tapşırıqlardan nəticə çıxardığını göstərmir".


Mövcud durumdan narahat olan sakinlər məsələ ilə bağlı Milli Məclisin V çağırış deputatı Mixail Zabelinə də müraciət etdiklərini deyiblər.


Xətai Rayon İcra Hakimiyyəti şikayətlə əlaqədar saytımızın ünvanladığı sualları cavablandırmayıb və bir neçə gündür münasibət bildirməkdən yayınır.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə məsələnin araşdırıldığını bildirib.
Bakıda “işğal” davam edir: Yeni başçıdan şikayət — FOTO
Bakıda “işğal” davam edir: Yeni başçıdan şikayət — FOTO

Tarix:24-01-2020, 12:11 Baxış Sayı:26 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Tramp ona rəqib olacaq namizəd haqqında: “Pəltək və səriştəsizdir”
Bakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildi
Daha bir yol polisi postu köçürüldü - Rəsmi
Azərbaycanda ana 3 qızı ilə b irlikdə - Türkiyədən keçib İŞİD-ə qoşuldu - ŞOK FAKTLAR
Azərbaycan və İtaliya prezidentləri təkbətək görüşdü
21 fevralda gözlənilən hava şəraiti
DTX Neftçalayla bağlı açıqlama yaydı
Metroda sabahdan dezinfeksiya başlayır
Nazirdən bələdiyyələrlə bağlı QƏRAR
MASALLI POLİSİ İNSANLARIN TALEYİNİ “UĞURLU STATİSTİKAYA” QURBAN VERİR
Azərbaycan nefti bahalaşıb
Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" - FOTO
79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi
Debatda uduzan Paşinyana erməni yazıçıdan sərt sözlər: “Ayıb olsun!”
Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib
DTX-nın xüsusi təyinatlıları Neftçala İcra Hakimiyyətinə girdi – SON DƏQİQƏ
Zakir Qaralov rəisləri işdən çıxartdı - YENİ TƏYİNATLAR
"Harınlaşmış məmurlar, tək-tək gəlməyin üstümə"- Mübariz Mənsimov MEYDAN OXUDU
Virusdan bir gündə - 100 NƏFƏR ÖLDÜ
Həkimlərin maaşları verilib, əlavələrin – NƏ VAXT VERİLƏCƏYİ AÇIQLANDI
"Araz market"in əməkdaşı - İŞ BAŞINDA BIÇAQLANDI
Fevralın 23-də magistraturalara qəbul imtahanı keçiriləcək
İcbari tibbi sığortaya görə ən çox müraciət edilən ərazi AÇIQLANDI
AB liderlərinin kritik iclası başlayır: Büdcə azaldılır
İtkin düşən hərbçimizin meyiti neytral ərazidən götürüldü
“Bank Respublika”nın sahibinin oğlunun ölüm səbəbi nədir? - Antibiotik, yoxsa şpris?..
Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirusa qarşı vəziyyət stabildir
3 gündür metroda nə baş verir? - AÇIQLAMA
Atəşkəs iriçaplı pulemyotlarla 23 dəfə pozuldu
Xarici valyutaların manata qarşı məzənnələri

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla