Holokost qurbanlarının yad edilmə mərasimi: "Tarixi dəyişməyə qoymayacağıq"

Holokost qurbanlarının yad edilmə mərasimi: "Tarixi dəyişməyə qoymayacağıq"










Cümə axşamı Qüdsdə keçirilən Ümumdünya Holokost Forumunda dünya liderləri toplaşıblar. Qırx dövlət və hökumət başçıları, həmçinin nasist düşərgələrində sağ qalan məhbuslar Yad Vaşem Xatirə Kompleksində təşkil edilən mərasimdə iştirak ediblər.Analoq.az xəbər verir ki, tədbirdə çıxış etmək üçün ilk söz Rusiya prezidenti Vladimir Putinə verilib. Putin ad çəkməsədə son dövürdə bəzi dövlətlərin İkinci Dünya müharibəsinin gerçək tarixini saxtalaşdırmaq cəhdlərindən danışıb: "Bəziləri tarixi dəyişmək, Holokostu inkar etmək, İkinci Dünya müharibəsi haqda yalan məlumatlar yaymaq, cinayətkar və qatillərə haqq qazandırmaq, qəhramanları isə qaralamaq cəhdləri edirlər.

Burdada Rusiyadakı kimi İkinci Dünya müharibəsindən yaxşı dərs götürüblər və dünya üçün millətçilik, şovinizm, antisemitizm və rusofobiya necə böyük bir təhlükə olduğunu unutmağa qoymayacaqlar."

Sonradan çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu, prezident Reuvena Rivlina və xairici işlər naziri İsrael Kats bütün keçmiş SSRİ xalqlarına və Putinə təşəkkür ediblər.

Onlar yəhudi xalqını kimlərin xilas etdiyini və qəhramanları heç zaman unutmayacaqlarını qeyd ediblər.

İsrael Kats deyib ki: "Mən Asventsim nasist düşərgəsindəki yəhudiləri azad edilməsinə görə, sizə təşəkkür edirəm. Biz tarixi unutmamışıq xilaskarımızın Qırmızı Ordu və Sovet xalqı olduğunu bilirik. Biz azad olunmuş tərəf olduğumuzdan əsl qəhramanları tanıyırıq və bunun unudulmasına imkan verməyəcəyik".

Sonra söz alan Almaniya prezidenti Frank Valter Ştaynmayer antisemitizmin yenidən baş qaldırmasından danışıb:

"Mən demək istərdim ki, biz almanlar tarixdən yaxşı dərs götürmüşük. Amma deyə bilmirəm. Antisemitizmin yenidən baş qaldırması fonunda, yəhudi uşaqlarının milli kimliklərinə görə, məktəblərdə alçaldıqları bir dövürdə. İsrail siyasətini tənqidin arxasında gizlənərək yəhudilərə gizli nifərtin yayıldığı bir vaxtda. Mən biz almanların tarixdən dərs götürdüyümüzü deyə bilmərəm".

Fransa lideri Emanuel Makron çıxışında antisemitizmin hamının problemi olduğunu deyib: "Biz bütün Avropanın birliyi, beynəlxalq birlik uğrunda mübarizə aparmalıyıq. Belə ki, antisemitizmin yenidən bizim demokratik dövlətlərdə baş qaldırır. Qeyd etmək istərdim ki, antisemitizm tək yəhudilərin yox, ilk növbədə digər xalqların problemidir".

Qüdsə toplaşan dünya liderlər İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən öldürülən 6 milyon yəhudinin xatirəsini yad edən əklillər qoydular. Mərasimin sonunda qırmızı, ağ və sarı gerberalar Holokost qurbanlarının əbədi xatirəsini ifadə edən çiçəkli bir divar meydana gətirdilər.

Analoq.az

Tarix:24-01-2020, 16:41 Baxış Sayı:37 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Xarici valyutaların manata qarşı məzənnələri
Baş nazir komissiyanın bir səlahiyyətini ləğv etdi
Kürdəmir icra başçısı ölkədən qaçmaq istəyir-HƏBS TƏHLÜKƏSİ
Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı
Neftçalada baş həkim də saxlanıldı – DTX tərəfindən…
Hava limanı istiqamətində əsas yollarda sürət həddi endirilib
Bakı Atatürk Liseyində müdhiş saxtakarlıq
Nazirin həyat yoldaşıyla sevgilisinin davası
Tramp ona rəqib olacaq namizəd haqqında: “Pəltək və səriştəsizdir”
Bakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildi
Daha bir yol polisi postu köçürüldü - Rəsmi
Azərbaycanda ana 3 qızı ilə b irlikdə - Türkiyədən keçib İŞİD-ə qoşuldu - ŞOK FAKTLAR
Azərbaycan və İtaliya prezidentləri təkbətək görüşdü
21 fevralda gözlənilən hava şəraiti
DTX Neftçalayla bağlı açıqlama yaydı
Metroda sabahdan dezinfeksiya başlayır
Nazirdən bələdiyyələrlə bağlı QƏRAR
MASALLI POLİSİ İNSANLARIN TALEYİNİ “UĞURLU STATİSTİKAYA” QURBAN VERİR
Azərbaycan nefti bahalaşıb
Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" - FOTO
79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi
Debatda uduzan Paşinyana erməni yazıçıdan sərt sözlər: “Ayıb olsun!”
Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib
DTX-nın xüsusi təyinatlıları Neftçala İcra Hakimiyyətinə girdi – SON DƏQİQƏ
Zakir Qaralov rəisləri işdən çıxartdı - YENİ TƏYİNATLAR
"Harınlaşmış məmurlar, tək-tək gəlməyin üstümə"- Mübariz Mənsimov MEYDAN OXUDU
Virusdan bir gündə - 100 NƏFƏR ÖLDÜ
Həkimlərin maaşları verilib, əlavələrin – NƏ VAXT VERİLƏCƏYİ AÇIQLANDI
"Araz market"in əməkdaşı - İŞ BAŞINDA BIÇAQLANDI

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla