Dağlıq Qarabağda erməni əsgər intihara cəhd edib
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Ermənistan əsgərlərinin iştirakı ilə növbəti insident baş verib.
DogruXəbər.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, yanvarın 24-də təqribən saat 06:55 radələrində hələlik müəyyən olunmayan şəraitdə iki sıravi əsgər güllə yarası alıb.
Məsələyə aydınlıq gətirən Ermənistanın müdafiə naziri David Tonoyan əsgərlərdən birinin - 2001-ci il təvəllüdlü Henri-Hayk Zakaryanın öz-özünü vurduğunu, başqa sözlə, intihara cəhd etdiyini vurğulayıb. O əlavə edib ki, Zakaryan başından, 2000-ci il təvəllüdlü Armen Mesropyan isə sağ əlindən güllə yarası: “Zakaryanın durumu ağırdır. O, Yerevana göndəriləcək”.
Onun sözlərinə görə, nazirlik belə vəziyyətlərin qarşısını almağa çalışır.
Faktla bağlı cinayət işi başlanıb./report