"Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm..." - GİLEY

"Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm..." - GİLEY




"Əzab verən ağrılara artıq dözümüm qalmayıb. Rayonun səhiyyə idarəsi isə deyir, get, birtəhər canını dişinə tut, ölmə, sığorta məsələləri bitəndən sonra hər şey yaxşı olacaq”DoğruXəbər.az xəbər verir ki, Şəmkirin Təzəkənd kəndinin sakini, 73 yaşlı Tariyel Əliyev prostat adenomasından (prostatın böyüməsi) əziyyət çəkir. Deyir, təcili cərrahiyyə əməliyyatı olunmalıdır, ancaq maddi imkansızlıqdan günbəgün artan ağrılarıyla baş-başa qalıb.

"Şəmkirdəki həkimlər deyir, yaşın çoxdur, açıq əməliyyatdan sağ çıxmazsan, lazer əməliyyatı təklif edirlər. Mənim də bu əməliyyata maddi imkanım yetmir. Aylardır ki, Səhiyyə Nazirliyinə, rayon səhiyyə idarəsinə müraciət edirəm. Ötən ilin sonundan nazirliyə bir neçə dəfə məktub yazıb, kömək istəmişəm. Heç bir müraciətimə cavab almamışam”, – şikayətçi deyir.

Tariyel Əliyevin sözlərinə görə, rayon səhiyyə idarəsinə etdiyi müraciətinə cavab verilib ki, birtəhər dözsün, icbari tibbi sığorta məsələləri bitəndən sonra sığortayla əməliyyat oluna biləcək.

"Belə çıxır ki, bu məsələlər başa çatınca mən bu ahıl yaşda ağrıdan qovrula-qovrula ölüb getməliyəm. Ona görə də bu başdan deyirəm, bunların icbari sığorta məsələləri başa çatanadək ağrılara dözməyib ölsəm, bu səhiyyə sisteminin əli mənim qanıma batmış olacaq. Mənim qanım bu yarıtmaz səhiyyənin üzərində, şəxsən səhiyyə nazirinin üzərində qalacaq”, – Tariyel Əliyev bildirir.

O, artıq dövlətin səhiyyəsindən əlini üzüb və xeyirxah insanlara üz tutub: "Adını pulsuz səhiyyə qoymusuz, ancaq mənim kimi imkansız insanlar səhiyyənin qapısına gedəndə, pulu yoxdur deyə, "əməliyyata alarıq, sağ çıxmazsan” deyib, insanları qorxudurlar. Verdiyiniz təqaüd hər dəfə qanın müayinəsinə, başqa müayinələrə xərclənir və pul çatmadığı üçün müayinələrim yarımçıq qalır. Budurmu dediyiniz pulsuz səhiyyə? Dövlətin sığortasını gözləməyə səhhətim yol vermir. Kəskin ağrılarım olur, bu yaşda o ağrılara dözmək zülmdür. Dövlətin büdcəsindən səhiyyəyə milyonlar ayrılır, nəyə görə vətəndaşın pulu olmadığı üçün onu xəstəxanadan geri çevirməlidilər? Ancaq bilirəm ki, sizdən də cavab gəlməyəcək. Ona görə də üzümü imkanlı və içində hələ də insanlıq, xeyirxahlıq hissləri ölməyən şəxslərə tutub kömək istəyirəm. Əməliyyatıma yardımçı olsunlar, məni ağrılardan qurtarsınlar”./. DİA.AZ

Tarix:27-01-2020, 11:29 Baxış Sayı:62 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Xarici valyutaların manata qarşı məzənnələri
Baş nazir komissiyanın bir səlahiyyətini ləğv etdi
Kürdəmir icra başçısı ölkədən qaçmaq istəyir-HƏBS TƏHLÜKƏSİ
Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı
Neftçalada baş həkim də saxlanıldı – DTX tərəfindən…
Hava limanı istiqamətində əsas yollarda sürət həddi endirilib
Bakı Atatürk Liseyində müdhiş saxtakarlıq
Nazirin həyat yoldaşıyla sevgilisinin davası
Tramp ona rəqib olacaq namizəd haqqında: “Pəltək və səriştəsizdir”
Bakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildi
Daha bir yol polisi postu köçürüldü - Rəsmi
Azərbaycanda ana 3 qızı ilə b irlikdə - Türkiyədən keçib İŞİD-ə qoşuldu - ŞOK FAKTLAR
Azərbaycan və İtaliya prezidentləri təkbətək görüşdü
21 fevralda gözlənilən hava şəraiti
DTX Neftçalayla bağlı açıqlama yaydı
Metroda sabahdan dezinfeksiya başlayır
Nazirdən bələdiyyələrlə bağlı QƏRAR
MASALLI POLİSİ İNSANLARIN TALEYİNİ “UĞURLU STATİSTİKAYA” QURBAN VERİR
Azərbaycan nefti bahalaşıb
Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" - FOTO
79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi
Debatda uduzan Paşinyana erməni yazıçıdan sərt sözlər: “Ayıb olsun!”
Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib
DTX-nın xüsusi təyinatlıları Neftçala İcra Hakimiyyətinə girdi – SON DƏQİQƏ
Zakir Qaralov rəisləri işdən çıxartdı - YENİ TƏYİNATLAR
"Harınlaşmış məmurlar, tək-tək gəlməyin üstümə"- Mübariz Mənsimov MEYDAN OXUDU
Virusdan bir gündə - 100 NƏFƏR ÖLDÜ
Həkimlərin maaşları verilib, əlavələrin – NƏ VAXT VERİLƏCƏYİ AÇIQLANDI
"Araz market"in əməkdaşı - İŞ BAŞINDA BIÇAQLANDI

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla