“Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı realdır” – Xəbərdarlıq

“Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı realdır” – Xəbərdarlıq










Koronavirusun dünyada doğurduğu təşviş və həyəcan hər ötən gün daha da artmaqdadır. Bəs bu infeksiyanın Azərbaycanda yayılmasını önləmək üçün hansısa qabaqlayıcı addımlar atılmalıdırmı? Bu yöndə yalnız təbliğati tədbirlərin görülməsi nə dərəcədə qənaətbəxş hesab edilə bilər?
DoğruXəbər.az xəbər verir ki, Moderator.az-a açıqlama verən professor Adil Qeybulla bu istiqamətdə hərtərəfli addımalrın atılmasının vacib olduğunu qeyd etdi:

“Səhiyyə Nazirliyi artıq bu məsələyə müdaxilə edib. Hesab edirəm ki, biz vaxtında bununla bağlı tədbirlər görməliyik. İstər profilaktik, istərsə də müalicə istiqamətində addımlar atmalıyıq. İlk növbədə sərhəd keçid zonalarına nəzarət gücləndirilməlidir.

Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı da koronavirusu təhlükəli adlandırıb. Bundan xeyli sayda insan dünyasını dəyişib. Bu infeksiya qısa müddətdə ağırlaşmaya səbəb olur.

Azərbaycanla Çin arasımda ticarət əlaqələri güclüdür. Ölkəyə idxal edilən məhsulların təxminən 70%-ə qədəri bu ölkənin payına düşür. İnsanların bu ölkəyə aktiv şəkildə gediş-gəlişi var. Bu infeksiyanın Azərbaycana daşınması ehtimalı kifayət qədər realdır. Ona görə də biz əhali arasında ilk növbədə təbliğati iş aparmalıyıq. Maarifləndirmə işləri həyata keçirməliyik. Insanlar bilməlidir ki, onlar necə qorunmalı, xəstələndikləri halda nələrə riayət etməlidirlər. Bunlar çox vacibdir. Çünki təcrübə göstərir ki, infeksiyanın lokallaşdırılması üçün bu tədbirlərin düzgün görülməsi böyük önəm kəsb edir. Bu, insan tələfatının da qarşısını xeyli dərəcədə alır. Odur ki, bütün bunlara, eləcə də Ümümdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə riayət etmək lazımdır”.

Məlumat üçün qeyd edək ki, Azərbaycanın Səhiyyə Nazirliyi ölkəmizdə koronavirusa yoluxma halının müşahidə edilmədiyini bildirib.

Tarix:29-01-2020, 10:05 Baxış Sayı:56 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Tramp ona rəqib olacaq namizəd haqqında: “Pəltək və səriştəsizdir”
Bakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildi
Daha bir yol polisi postu köçürüldü - Rəsmi
Azərbaycanda ana 3 qızı ilə b irlikdə - Türkiyədən keçib İŞİD-ə qoşuldu - ŞOK FAKTLAR
Azərbaycan və İtaliya prezidentləri təkbətək görüşdü
21 fevralda gözlənilən hava şəraiti
DTX Neftçalayla bağlı açıqlama yaydı
Metroda sabahdan dezinfeksiya başlayır
Nazirdən bələdiyyələrlə bağlı QƏRAR
MASALLI POLİSİ İNSANLARIN TALEYİNİ “UĞURLU STATİSTİKAYA” QURBAN VERİR
Azərbaycan nefti bahalaşıb
Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" - FOTO
79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi
Debatda uduzan Paşinyana erməni yazıçıdan sərt sözlər: “Ayıb olsun!”
Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib
DTX-nın xüsusi təyinatlıları Neftçala İcra Hakimiyyətinə girdi – SON DƏQİQƏ
Zakir Qaralov rəisləri işdən çıxartdı - YENİ TƏYİNATLAR
"Harınlaşmış məmurlar, tək-tək gəlməyin üstümə"- Mübariz Mənsimov MEYDAN OXUDU
Virusdan bir gündə - 100 NƏFƏR ÖLDÜ
Həkimlərin maaşları verilib, əlavələrin – NƏ VAXT VERİLƏCƏYİ AÇIQLANDI
"Araz market"in əməkdaşı - İŞ BAŞINDA BIÇAQLANDI
Fevralın 23-də magistraturalara qəbul imtahanı keçiriləcək
İcbari tibbi sığortaya görə ən çox müraciət edilən ərazi AÇIQLANDI
AB liderlərinin kritik iclası başlayır: Büdcə azaldılır
İtkin düşən hərbçimizin meyiti neytral ərazidən götürüldü
“Bank Respublika”nın sahibinin oğlunun ölüm səbəbi nədir? - Antibiotik, yoxsa şpris?..
Səhiyyə Nazirliyi: Azərbaycanda koronavirusa qarşı vəziyyət stabildir
3 gündür metroda nə baş verir? - AÇIQLAMA
Atəşkəs iriçaplı pulemyotlarla 23 dəfə pozuldu
Xarici valyutaların manata qarşı məzənnələri

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla