gundem
29.01.2020, 10:52
Qarabağda erməni əsgər özünü güllələdi
Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ torpaqlarında Ermənistan ordusunun 20 yaşlı əsgəri yaralanıb.
DoğruXəbər.az modern.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında təmas xəttinin cənub-şərq istiqamətində (Füzuli rayonu) Azərbaycan ordusu ilə üzbəüz mövqelərdə baş verib. Nver Armanoviç Avetisyan (2000-ci il) güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.
Ağır vəziyyətdə hərbi hospitala aparılan əsgərin intihara cəhd etdiyi ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır