Əkinçilik Elmi-Tədqiqat İnstitutu kolxoza çevrilib... - İTTİHAM

Əkinçilik Elmi-Tədqiqat İnstitutu kolxoza çevrilib... - İTTİHAM





Kənd Təsərrüfatı Nazirliyinə tabeli qurumlardan olan Əkinçilik Elmi-Tədqiqat İnstitutunda bu gün ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı nə kimi işlər görülür,nə kimi yeniliklər edilir? Bunları təbii ki,bu sahə üzrə püxtələşmiş mütəxəsislər daha yaxşı bilər. Qeyd edək ki, kənd təsərrüfatında müxtəlif növ bitkilərin məhsuldarlığınin artırılması, yeni məhsuldar növlərin əldə olunması məhz bu institutun fəaliyyət sahəsinə aiddir. Məhsuldarlığın artırılması üçün institut son dövrlər nə kini yeniliklər edib? Onu xüsusilə vurğulamaq lazımdır ki,yeni məhsuldar taxıl növlərinin əldə edilməsi üçün vaxtı ilə burada çox böyük işlər görülüb, çoxsaylı təcrübələr aparılıb. Qeyd edək ki, İnstitutun bölgələrdə Tərtər Qobustan, Zaqatala, Cəlilabad, Şəki, Gədəbəy, Abşeron,Ağstafa və Kürdəmir rayonlarında Bölgə Təcrübə Stansiyaları var. Bu təcrübə stansiyalarının hər birinin balansında yüzlərlə hektar torpaq sahələri var ki, burada yerli şəraitə uyğyn taxıl sortlarının təcrübəsi aparılmalı,əldə olunan sortların keyfiyyəti,məhsuldarlığı nümunə kimi ölkə ərazisində dövlət və özəl toxumçuluq təsərrüfatlarını təchiz etməlidir. Amma bunlar həyata keçirilirmi? Budcədən maliyələşən bu təcrübə stansiyalarında bu gün nə kimi işlər görüldüyünü heç yerlərdə sakinlər də bilmir. Kənd Təsərrüfatı Nazirliyi isə sözügedən institutda müəmmalı tenderlər keçirir, nə az, nə də çox, milyonlarla dövlət vəsaiti xərcləyir.

Aktualinfo.org-un bir neçə ay öncə sözügedən institutda baş verən bir sıra qanun pozuntuları barədə qaldırdığı aktual məsələlər təsdiqini tapdı. İnstitutun direktoru Cavanşir Təlai işdə yol verdiy qanun pozuntularına görə vəzifəsindən kənarlaşdırıldı. Yerinə təyin olunmuş Faiq Xudayevin bu institutda nə kimi yeniliklər edəcəyini zaman göstərəcək. Qeyd edək ki, Faiq Xudayev Aqrar Elm və İnnovasiya Mərkəzində elmin təşkili və koordinasiyası şöbəsində müdir, Əkinçilik Elmi Tədqiqat İnstitutunun bitki seleksiyası şöbəsində aparıcı elmi işçi vəzifəsində yarımştat işləmişdir. 2014-cü ildən Aqrar Elm və İnnovasiya Mərkəzi Gənc Alimlər və Mütəxəssislər şurasının sədri seçilmişdir.

Amma xatırlatmaq istərdik ki, orada kök atmış bəzi insanlarla işləmək Faiq Xudayev üçün heç də asan olmayacaq. Məlumatlara görə İnstitutun istehsalat üzrə direktor müavini Arif Zamanovla, institutun ümumi işlər üzrə direktor müavini Şikar Əhmədovla hansısa yeniliklərin baş verməsi gözlənilən deyil. İnstitutun Maliyyə və mühasibat uçotu şöbəsinin müdiri, baş mühasibi Cavanşir Təlainin ən yaxın adamlarından olan Mətanət Cəfərova da deyilənlərə görə uzun illərdir gözdən könüldən uzaq bu instituda keçmiş direktorla əlbir olub, dövlət vəsaitini öz bildikləri kimi hara gəldi xərcləyiblər. Söylənilənlərə görə Cavanşir Telainin institutda ən yaxın adamlarından biri də Həmkarlar Təşkilatının sədri Sevindik Dünyamalıyev olub.

Əkinçilik Elmi Tədqiqat İnstitutu Həmkarlar Təşkilatının sədri Sevindik Dünyamalıyev tərəfindən bu gün elmi işçilərin və gənc mütəxəssislərin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində nə kimi işlər görülüb,nə kimi şəraitlər yaradılıb? Bunu yalnız institutda çalışanlar daha yaxşı bilir. Qeyd edək ki, verilən məlumatlara görə Sevindik Dünyamalıyev tərəfindən mədəni-kütləvi tədbirlər adı altında Həmkarlar Təşkilatına toplanan vəsaitlər talan edilib. Təbii ki,təkbaşına deyil,keçmiş direktoru ilə birgə. Elə buna görə də ötən ilin noyabrında institutun əməkdaşları Sevindik Dünyamalıyevin yenidən Həmkarlar Təşkilatına sədr seçilməsini birmənalı olaraq istəməyiblər. Lakin keçmiş direktor Cavanşir Təlainin təkidi ilə Sevindik Dünyamalıyev yenidən sədr seçilib. Həmkarlar Təşkilatı institutda aparılan elmi işlərin keyfiyyətinin, səmərəliliyinin yaxşılaşdırılması, əməkdaşlar arasında sağlam mühitin formalaşdırılması, nizam-intizama riayət edilməsi, ictimai işlərin təşkili istiqamətində səlahiyyətləri daxilındə işlər görməli olduğu halda,məlumatlara görə heç bir əməli tədbir həyata keçirməmiş,hər şey yalnız kağız üzərində aparılmışdır.

Qeyd edək ki,bu da Kənd Təsərrüfatı sahəsində aparılan islahatlarla ziddiyyət təşkil edir. Maraqlıdır Cavanşir Təlainin vəzifəsindən kənarlaşdırılmasından sonra burada yoxlamalar aparılarsa nələr üzə çıxar? Adlarını çəkdiyimiz və çəkmədiyimiz əməkdaşların institutda nələrə imza atdığını görmüş olarıq? Ezamiyyə xərcləri,yanacaq xərcləri və sair digər xərclərin hansı yollarla mənimsənilməsi də bu zaman ortaya çıxmış olar. Hələ milyonluq tenderləri demirik./Aktualinfo.org

Tarix:29-01-2020, 13:48 Baxış Sayı:57 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Azərbaycanda bu kənddə təhlükəli xəstəlik yayıldı
İnsan sümüklərindən hörülmüş divar aşkarlandı
"AQROLİZİNQ" ASC-in şöbə müdir Rövşən Əsgərovun küllü miqdarda rüşvət aldığı iddia olunur: Məhbusdan məktub
Vəliəhdin istədiyi olmasa neft 40 dollara düşə bilər
Erməni KİV-i Kasprşikin Dağlıq Qarabağda keçirdiyi görüşlərlə bağlı izahat istədi
ABŞ-dan Çinə növbəti qadağa
Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq
MSK ötür-ötürlə vaxt uzadır - Seçki şikayətlərinin çoxu yenidən DSK-lara niyə göndərilir?
Məzahir Pənahov namizədi zaldan qovdu - MSK-da insident
ATƏT Kasprşiklə bağlı ermənilərə cavab verdi
Azərbaycanda yüzlərlə vəzifəli şəxsə töhmət verilib - RƏSMİ
Cibimizə girən lombardlar — Fəaliyyətləri nəzarətə götürüləcək – VİDEO
Fevralın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Prezident Administrasiyasına ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHI
Bəzi məcburi köçkün qadınlara verilən "çörəkpulu" niyə kəsilib? - RƏSMİ AÇIQLAMA
«Banklardakı «qara siyahı»lar - BİZNESƏ MANE OLUR» – İŞ ADAMI
Türkiyə - Azərbaycan oyununun vaxtı bəlli oldu
Bu dairənin namizədləri narazılıq edir - MSK-nın qarşısında (FOTO)
Hər 3 gündə 1 ölü - Erməni ordusundan etiraf
Hökumətdən varlılara ŞOK xəbərdarlıq: Bahalı villalar kütləvi satışa çıxarılır
İlham Əliyev: “Kifayət qədər parkinq yerləri olmalıdır”
Bəşər Əsəd: `İdlib və Hələbdəki əməliyyatlar düşməni sarsıtdı`
Zakir Fərəcov məhkəməyə verildi - Milyonluq borc qalmaqalı
“Mənəm-mənəm deyən modellərdən daha üstün olduğumu sübut ədəcəm!” – kids model Sirac Quluzadə
Ermənilər 13 itki verdi, Qarabağın “müdafiə naziri” istefaya getdi
MSK-nın iclası başladı: İlk qərar verildi - Təcili
Boris Consondan çılğın layihə: İki ölkəni 20 milyardlıq körpü ilə birləşdirəcək
Bu məhsulun qiyməti qalxdı – Satıcılar vəziyyətin daha da pisləşəcəyini deyir
ASTARA TƏHSİL İDARƏSİNİN “BAŞ MƏSLƏHƏTÇİ”SİNİN ÖZBAŞINALIĞI DAVAM EDİR!
Bank rəhbərinin 17 yaşlı oğlunun ölüm SƏBƏBİ BİLİNDİ — FOTO / YENİLƏNİB

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla