Abşeronda könüllülərlə görüş keçirildi

Abşeronda könüllülərlə görüş keçirildi













" DogruXəbər.az"xəbər verir ki , Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Abşeron könüllüləri ilə görüş keçirilib. Tədbirdə Abşeron RİH-nin başçısı İradə Gülməmmədova, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev və könüllülər iştirak edib.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüb.

Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN könüllü”lərinin uğurlarından bəhs edən film nümayiş olunub.

Abşeron RİH-nin başçısı İ.Gülməmmədova çıxış edərək Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsasının məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Hazırda da bu idoelogiyanın cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini söyləyən başçı vurğulayıb ki, 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunması könüllülərə verilən daha bir yüksək qiymətdir.

Qeyd edilib ki, Abşeron Rayon İcra Hakimiyyəti hələ 5 il bundan önçə ilk könüllü proqramına ölkəmizdə keçirilən birinci Avropa Oyunları zamanı, bu möhtəbər yarışa dəstək və kömək məqsədi ilə 100-dən çox könüllüsü ilə qoşulub. Daha sonra həmin ilin oktyabr ayında Abşeron RİH-in və “Asan Xidmət”in birgə təşkilatçılığı ilə 12 gənc “Master 2” könüllü proqramı çərcivəsində icra hakimiyyətində təcrübbə keçmək üçün fəaliyyətə başlayıb. Xüsusi ilə qeyd edək ki, həmin gənclərdən 4-ü Abşeron rayon icra hakimiyyətində işlə təmin olunub.

Vurğulanıb ki, son 1 il ərzində isə Abşeron Rayon İcra Hakimiyyətinə könüllülük fəaliyyəti üçün ümumilikdə 470-ə yaxın gənc müraciət edib, onlardan 196-sı (117 qız və 79 oğlan ) könüllü olaraq 3 ay müddətinə fəaliyyətə cəlb olunub və ixtisaslarına uyğun olaraq İcra Hakimiyyətinin müvafiq şöbələrində və rayon ərazisində fəaliyyət göstərən digər dövlət qurumlarında 2 növbədə ( 9:00-13:00, 14:00-18:00 ) könüllülük fəaliyyətini həyata keçirilib. Könüllülər Abşeron RİH tərəfindən təşkil olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda, Novxanı çimərliyi ərazisində, Bakı-Sumqayıt və Bakı-Şamaxı magistral yolunun kənarlarında keçirilən ağacəkmə aksiyası və iməciliklərdə yaxından iştirak etmiş, mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə qoşulmuş, rayonun kənd və qəsəbələrində 2 min ağac əkmişlər. Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı və RİH-də təcrübə

keçən “ASAN könüllü”lərinin təşəbbüsü ilə könüllülər Bakı-Şamaxı avtomobil yolunun Abşeron rayonunun ərazisinə düşən hissəsində 20 Yanvar faciəsində həlak olan 147 şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə 147 ədəd eldar şamı və sərv ağacı əkiblər. Ağaclardan soyqırım zamanı şəhid olan soydaşlarımızın adı, soyadı və yaşı əks olunmuş lövhələr asılıb.

Bildirilib ki, Abşeron RİH-nin təşkilatçılığı ilə könüllülər şəhid ailələri və Qarabağ qaziləri ilə görüşmüş, Cocuqmərcanlıya səfər etmiş və Füzuli rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəyyə baş çəkmiş və şəxsi heyətə asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 5000-dən çox bədii ədəbiyyat təqdim etmişlər. Könüllülər tərəfindən həmçinin bir neçə sosial və maarifləndirici layihələr və video çarxlar hazırlanmışdır. Könüllülərimiz tərəfindən son 1 il ərzində rayon ərazisində yerləşən “N” saylı hərbi hissəyə 2 fevral- Gənclər günü , 26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü, Novruz bayramı, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında bir necə dəfə baş çəkilmiş və şəxsi heyətə asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 3000-dən çox bədii ədəbiyyat hədiyyə edilmişdir. Bütün bunlarla yanaşı Abşeron RİH-nin təşəbbüsü ilə Könüllülər üçün pulsuz ingilis dili və kompyuter kursları təşkil olunub. Hər iki kurs xüsusi proqramla və peşakar müəllimlər tərəfindən 3 ay müddətində (həftədə 3 dəfə) yüksək səviyyədə keçirilib.

Məlumat verilib ki, Abşeron RİH-nin əməkdaşı Şəmsi Əliyev və RİH-də təcrübə keçən “ASAN könüllü”sü Fəxri Nuriyev tərəfindən ölkədə ilk dəfə olaraq rayon ərazisində fəaliyyət göstərən uşaq bağçalarına qəbulun elektron qaydada aparılması üçün sistem hazırlanıb (http://abseronbagca.com/) . 5 dekabr – Beynəlxalq Könüllülər Günü və “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Xırdalan şəhərində yerləşən Mədəniyyət Mərkəzində tədbir keçirilimiş, tədbirdə respublikanın və rayonun tanınmış incəsənət ustalarının konsert proqramı təqdim olunmuşdur. Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən könüllülərə və könüllük fəaliyyətinin təşkil olunmasında iştirak edən fəal məsul şəxslərə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr verilmişdir. 2019-cu ildə RİH-də təcrübə keçən “ASAN könüllü”lərinin 6 nəfəri bələdiyyə seçkilərində iştirak etmiş və 4 könüllümüz rayonun kənd və qəsəbələrindən bələdiyyə üzvü seçilmişdir. Abşeron RİH-də könüllü kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə rayon rəhbəri tərəfindən xüsusi sertifikatlar və müsbət xasiyyətnamə verilmiş, son 1 ildə 11 nəfər könüllü isə rayon ərazisində fəaliyyət göstərən dövlət qurumlarında müvafiq işlə təmin olunmuşdur.

Sonra C.Hacıyev çıxış edərək ölkədə könüllülər üçün yaradılan imkanlardan və onun nəticəsində əldə edilən uğurlardan danışıb.

Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, Abşeron RİH aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.

Sonra 76 könüllüyə Abşeron RİH-i tərəfindən sertifikatlar təqdim olunub
Abşeronda könüllülərlə görüş keçirildi
Abşeronda könüllülərlə görüş keçirildi
Abşeronda könüllülərlə görüş keçirildi
Abşeronda könüllülərlə görüş keçirildi

Tarix:31-01-2020, 11:06 Baxış Sayı:75 Kateqoriya:gundem / sosial / bolge
SON XƏBƏRLƏR
Azərbaycan Prezidentinin köməkçisi koronavirusla bağlı vəziyyəti şərh edib
Dövlətimizin bayrağına qarşı hörmətsizlik
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
İradə Gülməmmədovanın Görədil kənd sakinləri ilə növbəti səyyar-qəbulu keçirildi
Onun adı FETÖ ilə birgə hallansa da... - mandat almağı bacardı..
Milyonlarla manatlıq texnika “Aqrolizinq”də necə sıradan çıxarılıb... - FAKT
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Xarici valyutaların manata qarşı məzənnələri
Baş nazir komissiyanın bir səlahiyyətini ləğv etdi
Kürdəmir icra başçısı ölkədən qaçmaq istəyir-HƏBS TƏHLÜKƏSİ
Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı
Neftçalada baş həkim də saxlanıldı – DTX tərəfindən…
Hava limanı istiqamətində əsas yollarda sürət həddi endirilib
Bakı Atatürk Liseyində müdhiş saxtakarlıq
Nazirin həyat yoldaşıyla sevgilisinin davası
Tramp ona rəqib olacaq namizəd haqqında: “Pəltək və səriştəsizdir”
Bakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildi
Daha bir yol polisi postu köçürüldü - Rəsmi
Azərbaycanda ana 3 qızı ilə b irlikdə - Türkiyədən keçib İŞİD-ə qoşuldu - ŞOK FAKTLAR
Azərbaycan və İtaliya prezidentləri təkbətək görüşdü
21 fevralda gözlənilən hava şəraiti
DTX Neftçalayla bağlı açıqlama yaydı
Metroda sabahdan dezinfeksiya başlayır
Nazirdən bələdiyyələrlə bağlı QƏRAR
MASALLI POLİSİ İNSANLARIN TALEYİNİ “UĞURLU STATİSTİKAYA” QURBAN VERİR
Azərbaycan nefti bahalaşıb
Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" - FOTO
79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi
Debatda uduzan Paşinyana erməni yazıçıdan sərt sözlər: “Ayıb olsun!”
Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla