Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

“Fitch”: Koronavirus epidemiyasının böyüməsi neftə tələbatı azalda bilər

4-02-2020, 10:59

“Fitch”: Koronavirus epidemiyasının böyüməsi neftə tələbatı azalda bilər














Beynəlxalq kredit qabiliyyətinin qiymətləndirilməsi qurumu “Fitch Ratings” koronavirus epidemiyası böyüyəcəyi halda, dünyada neftə tələbatın azala biləcəyini açıqlayıb.

“DogruXəbər.az-”in məlumatına görə, beynəlxalq reytinq agentliyi sözügedən vəziyyətin Braziliya, Norveç və ABŞ kimi neft istehsalını artıran ölkələrdə “artıq istehsal” həcminin yüksəlməsinə səbəb olacağını da qeyd edib.

Neft sektorunda yaranan artıq istehsalın təsirləri isə virus epidemiyasının nə qədər davam edəcəyindən və OPEC ölkələrinin istehsal səviyyəsini yenidən tənzimləmək qabiliyyətindən asılı olacaq.

“2020-ci ildə geosiyasi gərginliklər və iqtisadi qavrayışdakı əhəmiyyətli aparıcı ünsürlərin fonunda neft qiymətlərinin dəyişkənliyini qorumasını gözləyirik”, - “Fitch Ratings”dən bildirilib./Hürriyet






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram