Şirvan şəhər sakini 2-ci qrup əlil icra başçısından nələr danışdı?-Video

Şirvan şəhər sakini 2-ci qrup əlil icra başçısından nələr danışdı?-Video










Böyük maraqla kadr islahatlarının gedişatın izləyən sadə vətəndaşlar,güman edirdilər ki,yeni təyin olunan məmurlar xalqın problemlərinin həllində onlara yaxından köməklik göstərəcəklər. Amma necə deyərlər "sən saydığını say gör fələk nə sayır". Bu düşüncədə olan vətəndaşlardan biri,Şirvan şəhər sakini Qulibekov Ziyafət Yaşar oğlu olmuşdur. Bu şəxs "DogruXeber.az" informasiya agentliyinin redaksiyasına gələrək bu cür düşüncələrdə olduğunu və təəssüf hissi ilə yanıldığını açıq şəkildə etiraf etmişdir.

Uzun illər boyu Şirvan şəhərinə başçılıq edən Mərdan Camalovun zülmündən canını qurtardığını zənn edən Z.Qulibekov böyük ümidlə yeni təyin olunmuş icra başçısı İ.Abbasovun qəbuluna gedərək ailə vəziyyətinin ağır durumda olduğunu bildirib. Qolunun biri pratez olan 2-ci qrup əlil Z.Qulibekov başçıdan onu müvafiq işlə təmin etməsini xahiş etmişdir. İcra başçısı İlqar Abbasov şəhər təsərrüfat üzrə müavini Azər Abdiyevə onu işlə təmin etməsi haqda göstəriş verir. A.Abdiyev isə köhnə iş üslubuyla vətəndaşın əlaqə nömrəsini götürüb yola salır. Hər vətəndaşa olduğu kimi,2- ci qrup əlil Z.Qulibekova da yalançı vəd verərək bildirib ki, get sizinlə əlaqə saxlayacağıq.

Verilən vədin üzərindən uzun müddət keçdiyini görən vətəndaş bu qənaətə gəlib ki,yeni təyin olunan başçı keçmiş başçıdan heç də geri qalmır. Necə deyərlər "yağışdan çıxdıq yağmura düşdük" indi isə yerli dövlət qrumlarından ümüdi üzülmüş əlil vətəndaş,son ümüd yeri olaraq "DogruXeber.az" informasiya agentliyi vasitəsi ilə öz səsini ölkə başçısına çatdırmaq istəyib. Ağır durumda olan 2-ci qrup əlil Z.Qulibekov 3 azyaşlı uşaq atasıdır. Ailədə ümumi gəlir yeri yalnız təqaütdən aldığı 200 manat puldur və onunda 70 manatını Bankdan götürdüyü kredit borcuna ödəyir. Yerdə qalan 130 manatla necə dolanacağını bilmiyən vətəndaş qolunun birinin olmamasına baxmayaraq ailəsini dolandırmaq üçün hansısa bir münasib işlə məşgul olmaq qənayətinə gəlir.

Təəssüflə qeyd etmək isdərdik ki,əlil vətəndaşın bu istəyidə boşa çıxır. Dəyərli oxucular,diqqətinizə bir məlumatı çatdıraq ki,uzun müddət Suraxanı rayonuna başçılıq edən İlqar Abbasov,rayona rəhbərlik etdiyi dövürdə rayon sakinlərinin böyük narazılıqlarına səbəb olmuşdur. Bu haqda “Google”də qısa araşdırma aparsanız hər şey sizlərə gün kimi aydın olacaqdır. Bəs görəsən bu cür yarıtmaz məmurlar nə üçün vəzifələrindən azad edilmirlər? Düşünürük ki,ölkə başçısı cənab İlham Əliyev bu cür məmurlara bir daha şans verir ki,buraxdıqları səfləri düzəltsinlər. Görünür,Şirvan şəhərinə yeni təyin olunmuş İ.Abbasov köhnə iş prinsiplərini davam etdirməkdə israrlıdır.

Hər birimizə məlumdur ki,Ölkə Prezidenti hər müşavirəsində məmurlara xüsusi vurğulayır ki,xalqa xidmət edin,onlara qayğı göstərin və xalqla yaxın ünsiyyətdə olun. Amma görünən mənzərə onu deməyə əsas verir ki,Şirvan şəhər icra başçısı hörmətli İ.Abbasov ölkə başçısı tərəfindən verilən göstərişləri eşitməməzlikdən və görməməzlikdən gəlir. Əgər belə olmasaydı,acınacaqlı durumda olan 3 azyaşlı uşaq atası, 2-ci qrup əlil Z.Qulibekovun müraciətinə dırnaqarası baxmazdı.

P.S. Redaksiya olaraq vətəndaşın müraciəti haqda qarşı tərəfin mövqeyini öyrənmək üçün Şirvan şəhər icra hakimiyyətinin bir neçə əlaqə nömrələri ilə əlaqə saxladıq. Təbii ki,icra hakimiyyətinin rəsmi saytlarında qoyduqları telefonlar sadəcə görüntü olaraq qeyd olunub. Əlbətdəki bunu qeyd etməyimizə əsas səbəb budur ki,saatlarla qeyd olunan əlaqə nömrələrinə zəng vururuq dəstəyi qaldıran biri olmur. Nəhayət uzun cəhdimizdən sonar İçtimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdrinin müavini Hüseynov Adəm ilə əlaqə saxlamaq nəsib oldu. Amma biz haradan bilərdik ki,suallarımıza cavab tapa bilməməyimiz bir yana hətta Adəm “bəyin qızılda”n dəyərli vaxtını aldığımızı güman etdik. Bu qənayətə ona görə gəldik ki,vətəndaşın problemi haqqında müdir müavini A.Hüseynova məlumat verdikdə bizə yüksək tonal bildirdi ki, o kimdirsə gəlsin bizə müraciət etsin. Bizdən əvvəl sizə müraciət etdiyini dedikdə isə A.Hüseynov bildirdi ki,bu məsələ mənlik deyil deyib dəstəyi yerə atdı.

P.S.S. Düşünürük ki,müdir müavininin mətbuata bu cür cavab verdiyi təqdirdə sadə vətəndaşa hansı tərzdə cavab verəcəyi artıq məlumdur.

“DogruXəbər.az”

Tarix:5-02-2020, 13:14 Baxış Sayı:227 Kateqoriya:gundem / sosial / bolge / ustxeber
SON XƏBƏRLƏR
Azərbaycan Prezidentinin köməkçisi koronavirusla bağlı vəziyyəti şərh edib
Dövlətimizin bayrağına qarşı hörmətsizlik
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
İradə Gülməmmədovanın Görədil kənd sakinləri ilə növbəti səyyar-qəbulu keçirildi
Onun adı FETÖ ilə birgə hallansa da... - mandat almağı bacardı..
Milyonlarla manatlıq texnika “Aqrolizinq”də necə sıradan çıxarılıb... - FAKT
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Xarici valyutaların manata qarşı məzənnələri
Baş nazir komissiyanın bir səlahiyyətini ləğv etdi
Kürdəmir icra başçısı ölkədən qaçmaq istəyir-HƏBS TƏHLÜKƏSİ
Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı
Neftçalada baş həkim də saxlanıldı – DTX tərəfindən…
Hava limanı istiqamətində əsas yollarda sürət həddi endirilib
Bakı Atatürk Liseyində müdhiş saxtakarlıq
Nazirin həyat yoldaşıyla sevgilisinin davası
Tramp ona rəqib olacaq namizəd haqqında: “Pəltək və səriştəsizdir”
Bakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildi
Daha bir yol polisi postu köçürüldü - Rəsmi
Azərbaycanda ana 3 qızı ilə b irlikdə - Türkiyədən keçib İŞİD-ə qoşuldu - ŞOK FAKTLAR
Azərbaycan və İtaliya prezidentləri təkbətək görüşdü
21 fevralda gözlənilən hava şəraiti
DTX Neftçalayla bağlı açıqlama yaydı
Metroda sabahdan dezinfeksiya başlayır
Nazirdən bələdiyyələrlə bağlı QƏRAR
MASALLI POLİSİ İNSANLARIN TALEYİNİ “UĞURLU STATİSTİKAYA” QURBAN VERİR
Azərbaycan nefti bahalaşıb
Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" - FOTO
79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi
Debatda uduzan Paşinyana erməni yazıçıdan sərt sözlər: “Ayıb olsun!”
Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla