Suriyadan acı xəbər: Türkiyə hərbçiləri arasında ölən və yaralananlar var

Suriyadan acı xəbər: Türkiyə hərbçiləri arasında ölən və yaralananlar var









Türkiyənin Milli Müdafiə Nazirliyi bu gün Suriyanın şimalında “Barış bulağı” əməliyyatı bölgəsində baş verən hadisə ilə bağlı açıqlama yayıb

Suriyadakı Türkiyə hərbçiləri arasında ölən və yaralananlar var.

DogruXeber.az “Haber7″ə istinadla xəbər verir ki, fevralın 8-də Türkiyənin Milli Müdafiə Nazirliyi Suriyanın şimalında “Barış bulağı” əməliyyatı bölgəsində baş verən hadisə ilə bağlı açıqlama yayıb.

Məlumata görə, həmin bölgəyə gələn hərbi maşının aşması nəticəsində bir əsgər həyatını itirib, 4 əsgər isə yaralanıb.

Digər tərəfdən, fevralın 3-də Əsəd qüvvələrinin Suriyanın İdlib bölgəsində 8 türk əsgərini öldürməsindən sonra bölgədə gərginlik yaşanır. Əsədin hücumundan sonra Türkiyə Silahlı Qüvvələri (TSQ) hərəkətə keçib. Belə ki, TSQ müşahidə məntəqələrini gücləndirib, sərhəddə və Suriyanın müxtəlif yerlərinə əlavə hərbi qüvvələr cəlb edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdə vəziyyətin gərginləşməsi fonunda Vladimir Putini Suriya lideri Bəşər Əsədə təsir etməyə çağırıb.

“Bizim sərhədə yaxınlaşan, İdlibdən qaçqın düşən şəxslərin sayı milyona yaxınlaşır. Ötən gün Putinlə danışığım zamanı Əsədin öz qüvvələrini Soçi razılaşması çərçivəsində gərginlik zonasından dərhal çəkməsi barədə danışdım. Əks halda, Türkiyə müdafiə məqsədilə lazım bildiyi kimi hərəkət etməyə məcbur olacaq”, – deyə Ərdoğan hakim partiyanın parlament fraksiyası önündə çıxışı zamanı bildirib.

O vurğulayıb ki, əgər Suriya hökumət qüvvələri fevral ayında İdlibdə Türkiyənin iki müşahidə məntəqəsindən geri çəkilməsə, onda Ankara yeni hərbi əməliyyata başlaya bilər. /sputnik.az/

Tarix:8-02-2020, 17:10 Baxış Sayı:98 Kateqoriya:gundem / dunya
SON XƏBƏRLƏR
İşçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə Nazirlikdən REAKSİYA
Koronavirus qanla yoluxur? – TƏBİB-dən AÇIQLAMA
Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə!
Azərbaycanda Ramazan ayı bu vaxtdan başlayacaq — AÇIQLANDI
Bakıda iyulun 3-dək bütün beynəlxalq yarışlar ləğv edilib
Ofisiantlıqdan başlayaraq İcra Hakimiyyətinin başçısı vəzifəsinə qədər yüksələn məmur-Video
Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 3 ilədək həbs olunacaq – VİDEO
SMS-lə icazə alanlara vacib xəbər var – VİDEO
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği AÇIQLANDI
Deputatdan hökumətə təcili çağırış: Bahalaşma başlayıb…
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir
Hadi Rəcəblinin adı bu siyahıdan çıxarılır
Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA
İranda daha 11 deputat koronavirusa yoluxdu
Vilayət Eyvazovdan yeni QƏRAR
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama
Abşeronda kənd və qəsəbələr dezinfeksiya edilir
"Nar" koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı
Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı AÇIQLADI – VİDEO
Prezident Akif Çovdarovu əfv etdi
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA
Bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün qərar layihəsi hazırlanır
Marketlər də spirt satışına başladı: Daha baha…
190 manat yardım alacaq işsizlərlə bağlı açıqlama – Hamısı pul ala biləcək
İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb
“Hər bir çalışan vətəndaşa 716 manat vəsait ayrılacaq”
Bərdə rayonunda Tərtər çayının kənarında birinci ağac emalı sexi aşgarlandı
8103 SMS müraciət sistemi ilə bağlı əhaliyə ÇAĞIRIŞ EDİLDİ

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla