“Pozuntular olan dairələr üzrə ciddi qərarlar qəbul olunacaq” - BAXCP sədri

“Pozuntular olan dairələr üzrə ciddi qərarlar qəbul olunacaq” - BAXCP sədri










DogruXəbər.az xəbər verir ki Pozuntular olan dairələr üzrə ciddi qərarlar qəbul olunacaq” Cahan.info Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir:

- Qüdrət bəy, Sizi qələbə münasibətilə təbrik edirik. Seçkilərin nəticələrini necə qiymətləndirirsiniz?

- Çox sağ olun. İlk növbədə seçkilərdə mənə dəstək olmuş hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Seçicilərimi bir daha əmin etmək istəyirəm ki, onların etimadını doğrultmağa çalışacam və onlar heç vaxt məni seçdiklərinə görə peşimançılıq hissi keçirməyəcəklər.

Seçkinin nəticələrinə gəldikdə, BAXCP-nin parlamentdə yerlərinin sayını artıra bilməməsinə, ümumilikdə isə müxalifətin fraksiya yaratmaq imkanı əldə edə bilməməsinə təəssüflənirəm. Amma təsəlliverici məqam ondan ibarətdir ki, partiyamız parlament təmsilçiliyini qoruyub saxladı. Eyni zamanda ümid edirəm ki, yeni seçilmiş şəxslər Milli Məclisə yeni nəfəs verəcəklər. Onlardan hətta 10 nəfəri belə yaxşı mənada təşəbbüskarlığı və məsələlərə yanaşmada peşəkarlığı ilə fərqlənsə, parlamentin siyasi həyatımızda rolu xeyli dərəcədə artacaq. İnanmaq istəyirəm ki, Milli Məclis qarşıda bizi gözləyən böyük dəyişikliklərdə müsbət rol oynayacaq.

- Qüdrət bəy seçkilərin keçirilməsi zamanı baş vermiş qanun pozuntuları barədə nə deyə bilərsiniz?

- Hər bir ölkədə seçkilərin keçirilməsi səviyyəsi o xalqın sosial inkişaf indeksinə bağlıdır. Ona görə də inkişaf etməkdə olan Azərbaycanda inkişaf etmiş Qərbi Avropa ölkələri standartlarına uyğun seçkilərin keçirilməsini gözləmək absurddur. Ancaq ümid edirəm ki, yeni parlament gələcək seçkilər üçün daha əlverişli hüquqi baza yaradacaq və biz bu gün rastlaşdığımız qanun pozuntuları ilə bir daha rastlaşmayacağıq. Buna baxmayaraq, Azərbaycan Prezidentinin və MSK rəhbərliyinin verdiyi açıqlamalar onu göstərir ki, səsvermənin nəticələrinə təsir edə biləcək qanun pozuntuları olan dairələr üzrə ciddi qərarlar qəbul olunacaq. Seçkilərin gedişində izlədiyimiz bəzi qanun pozuntuları mövcud mojaritar seçki sistemindən qaynaqlanır. Mojaritar seçki sistemi təsadüfi adamların həm namizəd olmasına, həm də parlamentə düşməsinə, regionçuluğa və etnik seperatizmə yol açır. Həm də nəzəri cəhətdən mümkündür ki, bir partiya ölkə üzrə səslərin 49%-ni alsın, amma parlamentdə bir deputatla belə təmsil olunmasın. Bu isə ölkədə siyasi sabitliyə ciddi təhdid ola bilər. Biz bu seçkilərdə dövlətçiliyimiz üçün ciddi problemlər yarada biləcək belə meylləri müşahidə etdik. Seçkilərə iqtidar partiyası və perspektivli namizədlərlə bazarlıq etmək üçün, həmçinin ayrı-ayrı mafioz qüvvələr tərəfindən təxribat məqsədilə göndərilmiş çoxlu sayda namizəd qatılmışdı. Bütün bunları gördüyümüzdən biz ölkədə proporsional seçki sisteminin tətbiq olunmasına çağırırdıq və çağırırıq.

Proporsional seçki sistemində namizədlər ilk öncə peşəkar səviyyədə siyasətlə məşğul olan partiyaların ali kollegial orqanları səviyyəsində seçilir. Bu halda təsadüfi adamların namizədlər siyahısına düşmə ehtimalı xeyli azalır.

- Qüdrət bəy seçkilərin nəticələrindən narazı qalmış insanlardan istifadə edib ölkədə sabitliyin pozulmasına edilən cəhdlər barədə nə deyə bilərsiniz?

- Hər kəs qanunvericiliyə uyğun şəkildə etiraz edə bilər. Amma MSK rəhbərliyinin verdiyi açıqlamalardan sonra qanun pozuntularına etiraz edən sağlam düşüncəli insanlar müvafiq orqanların qərarlarını gözləyəcəklər. Təxribatçıların və bu seçkilərdə verdikləri ziddiyyətli açıqlamaları ilə öz qeyri ciddiliklərini ortaya qoymuş adamların çağırışları ilə xalqımızın küçələrə çıxması mümkün deyil./Publika.az

Tarix:13-02-2020, 14:36 Baxış Sayı:49 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Dəmiryolu ərazisində obyekt tikdirən kimdir? - Sakinlərlə qarşıdurma
Nazim İbrahimovun dolayı biznesi... - İndi-indi üzə çıxır...
"Artıq bezmişəm sizə nəticəsiz müraciətlər etməkdən..." - Sahibkar nazirə ÜSYAN ETDİ
20-yə yaxın icra başçısı yola salınacaq – Həbslər, istefalar...
Vaqif Əsədovun bölməsində yeni təyinat
Abşeronda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Beynəlxalq Cochlear implant günü ilə bağlı “Cochlear Azerbaijan” tərəfindən tədbir təşkil olunacaq
Sabah güclü külək əsəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ
Qaxın icra başçısı Musa Şəkiliyevin başı dərddə - İDDİA
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başladı
Fəzail Ağamalı üçün bəd XƏBƏR
Həbs edilən məmur icra başçısının əleyhinə ifadə verib
Azərbaycanda külli miqdarda pul mənimsəyən vəzifəli şəxs hakim qarşısına çıxarıldı
"Şəhidin nəşi döyüş bölgəsindən çıxarılmayıb" — QOHUMLARI
Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunacaq
Azərbaycan-İran sərhədi hələ də açılmayıb - Təkcə bu şəxslər keçə bilər
Həm Bakıda, həm də ABŞ-da təhsil alan şagirdə göz yuman saxtakar direktor işdən çıxarıldı
Azərbaycan Prezidentinin köməkçisi koronavirusla bağlı vəziyyəti şərh edib
Dövlətimizin bayrağına qarşı hörmətsizlik
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
İradə Gülməmmədovanın Görədil kənd sakinləri ilə növbəti səyyar-qəbulu keçirildi
Onun adı FETÖ ilə birgə hallansa da... - mandat almağı bacardı..
Milyonlarla manatlıq texnika “Aqrolizinq”də necə sıradan çıxarılıb... - FAKT
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Xarici valyutaların manata qarşı məzənnələri
Baş nazir komissiyanın bir səlahiyyətini ləğv etdi
Kürdəmir icra başçısı ölkədən qaçmaq istəyir-HƏBS TƏHLÜKƏSİ
Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı
Neftçalada baş həkim də saxlanıldı – DTX tərəfindən…
Hava limanı istiqamətində əsas yollarda sürət həddi endirilib

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla