Bakı Nəqliyyat Agentliyi "ideal səki" layihəsini davam etdirir - VİDEO

Bakı Nəqliyyat Agentliyi "ideal səki" layihəsini davam etdirir - VİDEO











Bakı Nəqliyyat Agentliyi "ideal səki" layihəsini davam etdirir - VİDEOBakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən yol infrastrukturu və sərnişindaşımada əlçatanlığın təmin olunması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində 2017-ci ilin dekabrından etibarən Bakı şəhərinin küçə və prospektlərində fiziki imkanları məhdud olan şəxslərin, uşaq arabası ilə hərəkət edən piyadaların rahat hərəkət etməsi üçün səkilərdə pandusların quraşdırılmasına başlanılıb.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"a verdiyi açıqlamada bildirib ki, şəhərin mərkəzi hissəsində demək olar bütün səkilərdə pandusların quraşdırılması başa çatıb:

"Hazırda bu işlər mərkəzdən kənar hissələrdə davam etdirilir. Düşünürük ki, növbəti mərhələlərdə pandusların quraşdırılması fiziki imkanları məhdud şəxslərin daha çox üz tutduğu ünvanlarda, xüsusən də sosial reabilitasiya mərkəzlərinin, müalicə mərkəzlərinin ətrafındakı səkilərdə həyata keçirilsin. Eyni zamanda, yol infrastrukturunda əlçatanlığın təmin edilməsi məqsədilə "ideal səki" layihəsi çərçivəsində də işlər görülür. "İdeal səki" layihəsinin bir çox müsbət cəhətləri var. Əsas müsbət cəhətlərindən biri odur ki, bu layihə çərçivəsində həm fiziki imkanları məhdud şəxslər, həm də digər piyadalar üçün uyğun hərəkət mühiti yaradılır".

M.Ağayev vurğulayıb ki, yararsız vəziyyətdə olan səkilərin asfalt örtüyü tamamilə yığışdırılır və xüsusi tamet plitələr qoyulur: "Bu zaman görmə imkanları məhdud şəxslər tərəfindən hiss oluna biləcək taktil plitələr düzülür. "İdeal səki" layihəsində düzəldilən səkilərin digər bir üstün cəhəti odur ki, hər hansı bir kommunikasiya xəttinin dəyişdirilməsi zamanı söküntü-qazıntı işlərinin aparılmasına ehtiyac olmayacaq. Çünki bu səkilər hazırlanan zaman örtük vurulmamışdan əvvəl səkilərin altına xüsusi borular atılır".

Agentlik sözçüsü qeyd edib ki, hazırda bununla bağlı Səməd Vurğun küçəsi və Hənifə Ələsgərov küçəsində işlər davam etdirilir: "Nərimanov rayonu ərazisində bəzi küçələrdə bu işlər icra olunub. Qarşıdakı aylarda Nərimanov rayonu ərazisində Ağanemətulla küçəsi, Xoyski prospekti boyunca və Faiq Hüseynov küçəsi ətrafında daha geniş şəkildə icra olunacaq. Sadaladığım ünvanlar görmə imkanları məhdud olan şəxslərin daha sıx yaşadığı yerlərdir. Eyni zamanda, onlar üçün müəyyən edilmiş internat məktəbi, müalicə müəssisələri bu ərazilərdə yerləşir. Həmin ərazilərdə "ideal səki" layihəsi çərçivəsində bu cür taktil piltələrin düzülməsi təmin olunacaq. Həmçinin, Zərifə Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun ətrafında bu cür taktil piltələrin düzülməsi təmin olunub və gələcəkdə də bu işlər davam etdiriləcək".

Tarix:13-02-2020, 16:02 Baxış Sayı:51 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Dəmiryolu ərazisində obyekt tikdirən kimdir? - Sakinlərlə qarşıdurma
Nazim İbrahimovun dolayı biznesi... - İndi-indi üzə çıxır...
"Artıq bezmişəm sizə nəticəsiz müraciətlər etməkdən..." - Sahibkar nazirə ÜSYAN ETDİ
20-yə yaxın icra başçısı yola salınacaq – Həbslər, istefalar...
Vaqif Əsədovun bölməsində yeni təyinat
Abşeronda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Beynəlxalq Cochlear implant günü ilə bağlı “Cochlear Azerbaijan” tərəfindən tədbir təşkil olunacaq
Sabah güclü külək əsəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ
Qaxın icra başçısı Musa Şəkiliyevin başı dərddə - İDDİA
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başladı
Fəzail Ağamalı üçün bəd XƏBƏR
Həbs edilən məmur icra başçısının əleyhinə ifadə verib
Azərbaycanda külli miqdarda pul mənimsəyən vəzifəli şəxs hakim qarşısına çıxarıldı
"Şəhidin nəşi döyüş bölgəsindən çıxarılmayıb" — QOHUMLARI
Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunacaq
Azərbaycan-İran sərhədi hələ də açılmayıb - Təkcə bu şəxslər keçə bilər
Həm Bakıda, həm də ABŞ-da təhsil alan şagirdə göz yuman saxtakar direktor işdən çıxarıldı
Azərbaycan Prezidentinin köməkçisi koronavirusla bağlı vəziyyəti şərh edib
Dövlətimizin bayrağına qarşı hörmətsizlik
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
İradə Gülməmmədovanın Görədil kənd sakinləri ilə növbəti səyyar-qəbulu keçirildi
Onun adı FETÖ ilə birgə hallansa da... - mandat almağı bacardı..
Milyonlarla manatlıq texnika “Aqrolizinq”də necə sıradan çıxarılıb... - FAKT
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Xarici valyutaların manata qarşı məzənnələri
Baş nazir komissiyanın bir səlahiyyətini ləğv etdi
Kürdəmir icra başçısı ölkədən qaçmaq istəyir-HƏBS TƏHLÜKƏSİ
Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı
Neftçalada baş həkim də saxlanıldı – DTX tərəfindən…
Hava limanı istiqamətində əsas yollarda sürət həddi endirilib

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla