Azərbaycanda 16 avtovağzal - BAĞLANA BİLƏR

Azərbaycanda 16 avtovağzal - BAĞLANA BİLƏR














Ölkədə qanunsuz fəaliyyət göstərən avtovağzallar sərnişinlərin həyatı üçün təhlükəlidir.

Eləcə də bax: Azərbaycanda oteli olan - AVTOVAĞZAL TİKİLİR

DogruXəbər.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, 16 qanunsuz fəaliyyət göstərən avtovağzallar mövcuddur:
“Avtovağzallar və avtostansiyalar haqqında əsasnamələr mövcuddur və bu əsanaməyə uyğun olaraq Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) ölkədə fəaliyyət göstərən və müstəqil olan avtovağzalların hər birinə rəsmi fəaliyyət göstərmək üçün pasport təqdim edir. Bu sənəd avtobusların dayanması, giriş-çıxış nöqtəsinin təyin olunması və avtovağzal ərazisində olan kassaların qanuni fəaliyyət göstərməsi üçün nəzərdə tutulub. Təbii ki, bu pasportlarda müəyyən kriteriyalar var. Avtovağzallar və avtostansiya kompleksləri həmin o əsasnaməyə uyğun şəkildə, infrastrukturla təmin olunmalı, vətəndaşlar hər cür şərait yaradılmalı, kassadan biletlərin alınması təmin olunmalı və bu kimi bir çox işlər görülməlidir”.

N.Allahyarova qeyd edib ki, ölkədəki 56 avtovağzal və avtostansiya kompleksindən 16-sı tərəfimizdən pasportlarla təmin olunmayıb:

“Səbəb isə odur ki, həmin avtovağzallar pasportlar əldə etməyiblər. Buna görə də, DANX olaraq biz həmin avtovağzal və avtostansiya komplekslərinə bildiririk ki, əgər onlar bu şəkildə davam edərlərsə, cərimələnəcəklər. İlkin olaraq bu cərimə 1500 manat olacaq, ancaq onlar bilsinlər ki, bununla işlər yekunlaşmayacaq. Cərimədən sonra da, rəsmi sənəd əldə etməsələr, fəaliyyətlərinə xitam veriləcək”.

Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, hazırda sözügedən 16 kompleksin 10-unda pasportun təmin olunması ilə bağlı işlər görülür, artıq danışıqlar başlanılıb. Digər 6 avtovağzala isə ciddi xəbərdarlıq olunub./FED.az

Tarix:14-02-2020, 12:02 Baxış Sayı:54 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Dəmiryolu ərazisində obyekt tikdirən kimdir? - Sakinlərlə qarşıdurma
Nazim İbrahimovun dolayı biznesi... - İndi-indi üzə çıxır...
"Artıq bezmişəm sizə nəticəsiz müraciətlər etməkdən..." - Sahibkar nazirə ÜSYAN ETDİ
20-yə yaxın icra başçısı yola salınacaq – Həbslər, istefalar...
Vaqif Əsədovun bölməsində yeni təyinat
Abşeronda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Beynəlxalq Cochlear implant günü ilə bağlı “Cochlear Azerbaijan” tərəfindən tədbir təşkil olunacaq
Sabah güclü külək əsəcək, bəzi yerlərdə qar yağacaq - XƏBƏRDARLIQ
Qaxın icra başçısı Musa Şəkiliyevin başı dərddə - İDDİA
İntellektualların “Nar” kuboku uğrunda mübarizəsi başladı
Fəzail Ağamalı üçün bəd XƏBƏR
Həbs edilən məmur icra başçısının əleyhinə ifadə verib
Azərbaycanda külli miqdarda pul mənimsəyən vəzifəli şəxs hakim qarşısına çıxarıldı
"Şəhidin nəşi döyüş bölgəsindən çıxarılmayıb" — QOHUMLARI
Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunacaq
Azərbaycan-İran sərhədi hələ də açılmayıb - Təkcə bu şəxslər keçə bilər
Həm Bakıda, həm də ABŞ-da təhsil alan şagirdə göz yuman saxtakar direktor işdən çıxarıldı
Azərbaycan Prezidentinin köməkçisi koronavirusla bağlı vəziyyəti şərh edib
Dövlətimizin bayrağına qarşı hörmətsizlik
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
İradə Gülməmmədovanın Görədil kənd sakinləri ilə növbəti səyyar-qəbulu keçirildi
Onun adı FETÖ ilə birgə hallansa da... - mandat almağı bacardı..
Milyonlarla manatlıq texnika “Aqrolizinq”də necə sıradan çıxarılıb... - FAKT
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Xarici valyutaların manata qarşı məzənnələri
Baş nazir komissiyanın bir səlahiyyətini ləğv etdi
Kürdəmir icra başçısı ölkədən qaçmaq istəyir-HƏBS TƏHLÜKƏSİ
Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı
Neftçalada baş həkim də saxlanıldı – DTX tərəfindən…
Hava limanı istiqamətində əsas yollarda sürət həddi endirilib

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla