FHN sağlamlıq imkanları məhdud uşaqlar üçün təlim keçirib

FHN sağlamlıq imkanları məhdud uşaqlar üçün təlim keçirib














Fevralın 14-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin birgə təşkilatçılığı ilə Bakı şəhəri, Şüvəlan qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində yanğın təhlükəsizliyinə dair təlim keçirilib.

DogruXəbər.az-ın məlumatına görə, FHN-in müvafiq canlı qüvvə, texnika və avadanlıqlarının cəlb edildiyi təlimin keçirilməsində məqsəd məktəb kollektivinə yanğın zamanı davranış qaydalarının aşılamaq, o cümlədən yanğın zamanı təxliyə prosesinin nümayiş etdirməkdən ibarət olub.

Təlimdən əvvəl məktəbin müəllim və şagird kollektivinə yanğın təhlükəsizliyinə, eləcə də yanğın zamanı təxliyəyə dair müvafiq maarifləndirici məlumatlar verilib.

FHN-in ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Məhbubə Mustafayeva bildirib ki, təlim internat məktəbinin rəhbərliyinin müraciəti əsasında keçirilib: "Təlimdə Dövlət Yanğından Mühafizə hissəsinin şəxsi heyəti və texnikası iştirak edib. Təlimin məqsədi hər hansı fövqəladə hadisə baş verdikdə təxliyə zamanı təhlükəsizliyin təmin olunması, uşaqlara təhlükəsizlik mədəniyyətinin aşılanmasıdır. Bura xüsusi internat məktəbidir, məhdudiyyətlidir. Əsas məqsədimiz odur ki, həmin uşaqlar təhlükəsizlik baxımdan özlərini necə müdafiə etməli olduqlarını bilsinlər. Bu təlimlər Bakı ilə yanaşı regionlarda da keçirilir. Arzu edərdik ki, Təhsil Nazirliyi ilə birgə digər internat məktəblərində də belə təlimlər keçirək".

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbinin direktoru Umnisə Nəcəfbəyova FHN əməkdaşlarına təşəkkür edib: “Bu təlim bütün uşaqlar üçün lazımlı məsələ olsa da sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusilə vacibdir"./APA

Tarix:14-02-2020, 12:48 Baxış Sayı:90 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
İşçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə Nazirlikdən REAKSİYA
Koronavirus qanla yoluxur? – TƏBİB-dən AÇIQLAMA
Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə!
Azərbaycanda Ramazan ayı bu vaxtdan başlayacaq — AÇIQLANDI
Bakıda iyulun 3-dək bütün beynəlxalq yarışlar ləğv edilib
Ofisiantlıqdan başlayaraq İcra Hakimiyyətinin başçısı vəzifəsinə qədər yüksələn məmur-Video
Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 3 ilədək həbs olunacaq – VİDEO
SMS-lə icazə alanlara vacib xəbər var – VİDEO
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği AÇIQLANDI
Deputatdan hökumətə təcili çağırış: Bahalaşma başlayıb…
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir
Hadi Rəcəblinin adı bu siyahıdan çıxarılır
Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA
İranda daha 11 deputat koronavirusa yoluxdu
Vilayət Eyvazovdan yeni QƏRAR
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama
Abşeronda kənd və qəsəbələr dezinfeksiya edilir
"Nar" koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı
Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı AÇIQLADI – VİDEO
Prezident Akif Çovdarovu əfv etdi
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA
Bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün qərar layihəsi hazırlanır
Marketlər də spirt satışına başladı: Daha baha…
190 manat yardım alacaq işsizlərlə bağlı açıqlama – Hamısı pul ala biləcək
İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb
“Hər bir çalışan vətəndaşa 716 manat vəsait ayrılacaq”
Bərdə rayonunda Tərtər çayının kənarında birinci ağac emalı sexi aşgarlandı
8103 SMS müraciət sistemi ilə bağlı əhaliyə ÇAĞIRIŞ EDİLDİ

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla