Beynəlxalq və yerli mütəxəssislər Bakıda toplaşdı - Foto

Beynəlxalq və yerli mütəxəssislər Bakıda toplaşdı - Foto












Fevralın 15-16-da Heydər Əliyev Mərkəzində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar üçün 2-ci “Fərqli Fərdlər” Konqresi təşkil olunub.

Dogruxəbər.az xəbər veriri ki, bu il konqresin mövzusu autizmdir.

“Fərqli Fərdlər” Konqresi ictimaiyyətin diqqətini autizm mövzusuna maksimum dərəcədə yönəltmək və valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq quraraq, dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünü dəstəkləmək nəzərdə tutulub. Konqresin məruzəçiləri qismində tanınmış beynəlxalq və yerli mütəxəssislər, autizimli uşaqların valideynləri, eləcə də öz həyat və uğur tarixçələrini danışacaq autizm diaqnozlu insanlar çıxış edib.

Tədbirin ilk günü “Bilmək və qəbul etmək” paneli ilə öz işinə başlayıb. Bu panel çərçivəsində öz məruzələri ilə “Konsepsiya” elmi mərkəzinin psixoloqu, autizmli uşağın valideyni və panelin moderatoru Arina Lipkina (Rusiya) - “ASP diaqnozlu uşaqların valideynləri üçün psixoterapiya: psixoloji yardım və tövsiyələr” mövzusunda; kliniki psixoloq “Açıq ürəklər” fondunun eksperti, uşaqların inkişafı və psixiki sağlamlığı üzrə mütəxəssis Tatyana Morozova (Rusiya) və uşaq nevroloqu, “Açıq ürəklər” fondunun eksperti, uşaqların inkişafı və psixiki sağlamlığı üzrə mütəxəssis Svyatoslav Dovbnya “Effektivliyi sübut olunmuş ASP-li uşaqlar üçün hərtərəfli qayğı proqramı: “Açıq ürəklər” fondunun təcrübə proqramı” mövzusunda çıxış ediblər. Panel surdo-tərcümə (işarə dili) ilə müşayiət olunub.

Daha sonra Konqres öz işini “Fərqli həyat” paneli ilə davam etdirib. Panelin moderatoru “Fərqli Fərdlər” konqresinin prodüseri, ASP diaqnozlu uşaqlara dəstək mərkəzinin rəhbəri, autizmli şəxs Antonina Steynberqdir (Rusiya). Ekspertlər sırasında Moskva Dövlət Universitetinin Böyük elmi işçisi və müəllimi, kimya elmləri namizədi, autizmli şəxs, Aleksey Voskov (Rusiya); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq şöbəsinin müdir müavini, autizmli uşağın valideyni, Elnarə Ənsari (Azərbaycan) və autizimli uşaqlar - Orxan Məstəliyev və Ayşə Məmmədli yer alıb.

“Fərqli Fərdlər” konqresi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir./Axar.az

Tarix:15-02-2020, 11:04 Baxış Sayı:59 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Azərbaycan Prezidentinin köməkçisi koronavirusla bağlı vəziyyəti şərh edib
Dövlətimizin bayrağına qarşı hörmətsizlik
“Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub
İradə Gülməmmədovanın Görədil kənd sakinləri ilə növbəti səyyar-qəbulu keçirildi
Onun adı FETÖ ilə birgə hallansa da... - mandat almağı bacardı..
Milyonlarla manatlıq texnika “Aqrolizinq”də necə sıradan çıxarılıb... - FAKT
İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ
Xarici valyutaların manata qarşı məzənnələri
Baş nazir komissiyanın bir səlahiyyətini ləğv etdi
Kürdəmir icra başçısı ölkədən qaçmaq istəyir-HƏBS TƏHLÜKƏSİ
Nazir Əhəd Abıyevin qardaşını işdən çıxardı
Neftçalada baş həkim də saxlanıldı – DTX tərəfindən…
Hava limanı istiqamətində əsas yollarda sürət həddi endirilib
Bakı Atatürk Liseyində müdhiş saxtakarlıq
Nazirin həyat yoldaşıyla sevgilisinin davası
Tramp ona rəqib olacaq namizəd haqqında: “Pəltək və səriştəsizdir”
Bakıda iy-qoxuya görə ferma rəhbərliyinə xəbərdarlıq edildi
Daha bir yol polisi postu köçürüldü - Rəsmi
Azərbaycanda ana 3 qızı ilə b irlikdə - Türkiyədən keçib İŞİD-ə qoşuldu - ŞOK FAKTLAR
Azərbaycan və İtaliya prezidentləri təkbətək görüşdü
21 fevralda gözlənilən hava şəraiti
DTX Neftçalayla bağlı açıqlama yaydı
Metroda sabahdan dezinfeksiya başlayır
Nazirdən bələdiyyələrlə bağlı QƏRAR
MASALLI POLİSİ İNSANLARIN TALEYİNİ “UĞURLU STATİSTİKAYA” QURBAN VERİR
Azərbaycan nefti bahalaşıb
Paşinyandan sensasion status: "Xocalını ruslar törədib" - FOTO
79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi
Debatda uduzan Paşinyana erməni yazıçıdan sərt sözlər: “Ayıb olsun!”
Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını beynəlxalq axtarışa verib

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla