Zakir Fərəcov məhkəməyə verildi - Milyonluq borc qalmaqalı

Zakir Fərəcov məhkəməyə verildi - Milyonluq borc qalmaqalı









Bir qrup sahibkar Sumqayıtın icra başçısı Zakir Fərəcovu məhkəməyə verib.

400 nəfərdən çox fəhlə də iddiaçı qismində onlara qoşulub.

DogruXəbər.az xəbər verir ki Bu barədə Yenisabah.az-a sahibkarların özü bildirib.

Zakir Fərəcovun məhkəməyə verilməsinin səbəbi isə onunla sahibkarlar arasında yaranmış borc qalmaqalıdır.

Sumqayıtın giriş hissəsini, şəhər bulvarının tikintisini həyata keçirmiş şirkətlərin təmsilçiləri və 400-dən çox fəhlə indiyə qədər pullarını ala bilmədiklərini iddia edirlər.

2016-cı ildə başa çatmış işlərlə əlaqədar 12 milyon manat pul ayrılsa da, Zakir Fərəcov həmin vəsaitin yalnız dörd milyon manatlıq hissəsini ödəyib. Yerdə qalan səkkiz milyon manata yaxın pulu isə ödəməkdən imtina edir.

Bununla bağlı dəfələrlə Prezident Administrasiyasında olmuş iş adamları və fəhlələr xahiş ediblər ki, həmin pulun alınması üçün onlara yardımçı olsunlar.

İndiyə qədər sahibkarlara ödənilməli olan vəsaitdən heç nə verilməyib. Əksinə, Zakir Fərəcov onlara çatacaq pulun 30 faizinin ona verilməsini tələb edib ki, bu da böyük qalmaqala səbəb olub.

İddialara görə, icra başçısı pulunu tələb edən sahibkar və fəhlələri təhdid edib, onları polis və prokurorla qorxudaraq, həbs etdirəcəyini söyləyib.

Hazırda münasibətlər daha da gərginləşib. Sahibkarlar bildirir ki, artıq dözə bilmirlər.

“Zakir Fərəcovun vermək istəmədiyi pulun heç də hamısı bizə çatmır. Biz Bulvar və şəhərdəki tikinti işlərinə görə mal və materialları başaqalarından almışıq. Onlara borclu qalmışıq. Onlar da haqlı olaraq öz pullarını tələb edirlər”, - deyə sahibkarlar vurğulayıb.

Onların sözlərinə görə, Zakir Fərəcov həmin pulu verməmək üçün müxtəlif bəhanələr gətirir:

“Bir ara bizdən həmin pulun 30 faizini tələb edirdi. Üstəlik, tələbi yerinə yetirilməyəcəyi təqdirdə, bizi həbs etdirəcəyi ilə hədələyirdi. Bu, işə yaramayanda, başqa vasitəyə əl atdı. Sumqayıt İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsinin müdiri Adil Xudadatovu qabağa verdi və dedi ki, pulumuzu o verəcək. O da gah dedi, pul yığmayıb, gah dedi,, işçiləri hələ ərazidən qayıtmayıb, gah da dedi ki, onluq məsələ yoxdur.

İndi də Fərəcov başlayıb ki, tikintinin smetasını araşdırır, həm də görülən işlərlə bağlı araşdırma aparır. Nəyin araşdırmasını aparacaq? Vaxtında bir dəfə qiymətləndirmə təşkil elədi, məlum oldu ki, həmin işlərin real dəyəri ayrılan puldan dörd milyon manat çoxdur. İndi durub təkrar araşdırma aparmaq eşqinə düşmək vaxt udmaq, borcu qaytarmamaq istəyindən başqa bir şey deyil”.

Zakir Fərəcovun məhkəməyə verilməsinə gəlincə, borc sahibləri ümid edir ki, hüquqi müstəvidə apardıqları mübarizənin nəticəsi olacaq.

“Bütün dəlil və sübutları, habelə zəruri sənədləri toplayaraq, məhkəməyə müraciət etmişik. Sonradan bizimlə birlikdə əziyyət və zəhmət çəkmiş 400 nəfərdən çox fəhlə də iddiaçı kimi bizə qoşulub.

Onlar həm məhkəməyə, həm də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Ümid edirik ki, məhkəmə Zakir Fərəcovun qanunsuz əməllərini təsdiqləyib, bizim qanuni haqqımızın geri qaytarılmasında yardım edəcək”.

Sahibkarlar və işçilər təkcə Zakir Fərəcovu deyil, həmçinin, müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseynov Fəzail Ağar oğlunu da məhkəməyə veriblər. Onlar bu işlərdə onun da böyük rolunun olduğunu iddia edirlər.

Sahibkarlar onu da bildiriblər ki, onlar haqqı olan pullarını alana qədər mübarizələrinə davam edəcəklər. Onlar qeyd ediblər ki, məsələ ilə bağlı təkrar Prezident Administrasiyasına müraciət edəcəklər. Eyni zaSahibkarlar onu da bildiriblər ki, onlar haqqı olan pullarını alana qədər mübarizələrinə davam edəcəklər. Onlar qeyd ediblər ki, məsələ ilə bağlı təkrar Prezident Administrasiyasına müraciət edəcəklər. Eyni zamanda, Prezident İlham Əliyevdən də dəstək istədiklərini bəyan ediblər.

Tarix:18-02-2020, 16:55 Baxış Sayı:157 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
İşçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə Nazirlikdən REAKSİYA
Koronavirus qanla yoluxur? – TƏBİB-dən AÇIQLAMA
Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə!
Azərbaycanda Ramazan ayı bu vaxtdan başlayacaq — AÇIQLANDI
Bakıda iyulun 3-dək bütün beynəlxalq yarışlar ləğv edilib
Ofisiantlıqdan başlayaraq İcra Hakimiyyətinin başçısı vəzifəsinə qədər yüksələn məmur-Video
Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 3 ilədək həbs olunacaq – VİDEO
SMS-lə icazə alanlara vacib xəbər var – VİDEO
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği AÇIQLANDI
Deputatdan hökumətə təcili çağırış: Bahalaşma başlayıb…
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir
Hadi Rəcəblinin adı bu siyahıdan çıxarılır
Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA
İranda daha 11 deputat koronavirusa yoluxdu
Vilayət Eyvazovdan yeni QƏRAR
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama
Abşeronda kənd və qəsəbələr dezinfeksiya edilir
"Nar" koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı
Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı AÇIQLADI – VİDEO
Prezident Akif Çovdarovu əfv etdi
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA
Bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün qərar layihəsi hazırlanır
Marketlər də spirt satışına başladı: Daha baha…
190 manat yardım alacaq işsizlərlə bağlı açıqlama – Hamısı pul ala biləcək
İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb
“Hər bir çalışan vətəndaşa 716 manat vəsait ayrılacaq”
Bərdə rayonunda Tərtər çayının kənarında birinci ağac emalı sexi aşgarlandı
8103 SMS müraciət sistemi ilə bağlı əhaliyə ÇAĞIRIŞ EDİLDİ

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla