Bu dairənin namizədləri narazılıq edir - MSK-nın qarşısında (FOTO)

Bu dairənin namizədləri narazılıq edir - MSK-nın qarşısında (FOTO)













Bu gün 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən qeydə alınmış namizədlərdən Piriyev Şaiq Sədi oğlu, Məmmədov Sarı Atlıxan oğlu, Maqsudov Qafqaz Səfər oğlu, Məmmədov Zaur Əhməd oğlu, Həmzəyev Yaqub İbə oğlu, Abbasov Əhliman Yaşasif oğlu və Əhmədov Nail Əli oğlu Mərkəzi Seçki Komissiyasının (MSK) binasının qarşısında dinc askiya keçiriblər.
Xeberle.com xəbər verir ki, namizədlərin tələbi bu dairədən elan olunmuş seçki nəticələrinin ləğv edilməsidir. Namizədlər aksiya zamanı narazılıqlarını bildirib və 9 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilər zamanı 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin 52-dən çox məntəqəsində seçkinin nəticələrinə təsir edəcək aşağıda qeyd olunan ciddi qanun pozuntuları baş verdiyini bildirmişlər:

1. Bülletenlər sayılmadan seçki prosesinə başlanılıb.
2. Səsverməgünü saat 19:00 dan sonra məntəqə sədrlərinin təkilatçılığı ilə ümümilikdə 52 məntəqədə 4430 bulleten saxta yolla qutulara əlavə edilmişdir.(Bu ciddi faktı 200-ə yaxın müşahidəçinin şahidliyi, aktları və digər müşahidə üsulları video, audio vəs. ilə subut olunur)
3. Müxtəlif şəxslər tərəfindən dəstə-dəstə bülletenlər qutuya atılıb.
4. "Karusel" üsulu ilə saxta seçicilər səs veriblər.
5. Seçki nəticələrinin sayılmasında müşahidələrin aparılması lazımi qaydada təmin edilməyib.
6. Səslərin sayılması zamanı məntəqə üzvləri tərəfindən gizlədilmiş bülletenlər ciblərindən və ya paltarlarının altından çıxarılaraq qutudan çıxarılan bülletenlərə qatışdırılıb.
7. Səsvermənin başlanması və səslərin sayılması zamanı planlı şəkildə elektrik təchizatı qısa müddətə dayandırılıb və qısa müddət sonra bərpa olunan zaman sayılmaq üçün stolların üstünə tökülən bülletenlərin sayı çoxaldılıb.
8. Dəstə-dəstə kəsilmiş bülletenlər aşkarlanıb.
9. Səslərin sayılması zamanı bir namizədin səsləri başqa namizədin xeyirinə sayılıb.
10. Məntəqə üzvləri tərəfindən gizlədilmiş dəstə-dəstə bülletenlər sayılacaq bülletenlərə qarışdırılıb.
11. Seçki kabinələrinə eyni zamanda bir neçə şəxs daxil olub.
12. Müşahidəçilərin fəaliyyətinə əksər məntəqələrdə həm məntəqə üzvləri həm də kənar şəxslər tərəfindən ciddi maneçilik törədilmiş, hətta bəzi məntəqələrdə səslər onların yanında sayılmamışdır. Kənar şəxslərin müşahidəçilərə fiziki və psixoloji təzyiqinin aradan qaldırılması üçün məntəqə sədri və üzvləri qanunvericiliyə uyğun müvafiq tədbir görməmiş və onları bu işə daha da təhrik edib.
13. Dairə üzrə əhəmiyyətli sayda seçicilər qeyri müəyyən səbəbdən faktiki yaşadığı ünvana yaxın seçki məntəqəsində yox, onların faktiki yaşadığı ünvandan uzaqda olan məntəqədə qeydiyyatına salınmışdır(hətta bir ailənin üzvləri uzaqda yerləşən müxtəlif məntəqələrə salınıb).
14. Protokollar səsvermədən dərhal sonra bülletenlər tam sayılmadan tərtib edilib.
15. Seçki günü qanunvericiliyə zidd olaraq məntəqənin yerləşdiyi binalarda və yaxın ərazilərdə namizədlərdən birinin xeyrinə təbliğat prosesi aparılmış,seçicilərin öz iradələrinə uyğun seçim hüququnu müstəqil şəkildə həyata keçirilməsinə əngəl törədilib.
16. Digər pozuntular (daşınan qutu ilə bağlı qaydaların pozulması, mətəqələrdə seçicilərin xüsusi şəxslər tərəfindən yönəldilməsi, müşahidəçilərə müvafiq şəraitin yaradılmaması, onlar tərəfindən qeydə alınmış pozuntuların və sübutların əllərindən alınaraq silinməsi, fiziki təsir və s.) baş verib.
Namizədlər MSK qarşısında olan ilk dinc aksiyada öz bəyanatlarını səsləndirdikdən sonra dinc aksiyanın sona çatdığını bildirərək dinc aksiyanı sonlandırmışlar.
Bu dairənin namizədləri narazılıq edir - MSK-nın qarşısında (FOTO)

Tarix:19-02-2020, 09:57 Baxış Sayı:114 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Koronavirus qanla yoluxur? – TƏBİB-dən AÇIQLAMA
Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə!
Azərbaycanda Ramazan ayı bu vaxtdan başlayacaq — AÇIQLANDI
Bakıda iyulun 3-dək bütün beynəlxalq yarışlar ləğv edilib
Ofisiantlıqdan başlayaraq İcra Hakimiyyətinin başçısı vəzifəsinə qədər yüksələn məmur-Video
Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 3 ilədək həbs olunacaq – VİDEO
SMS-lə icazə alanlara vacib xəbər var – VİDEO
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği AÇIQLANDI
Deputatdan hökumətə təcili çağırış: Bahalaşma başlayıb…
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir
Hadi Rəcəblinin adı bu siyahıdan çıxarılır
Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA
İranda daha 11 deputat koronavirusa yoluxdu
Vilayət Eyvazovdan yeni QƏRAR
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama
Abşeronda kənd və qəsəbələr dezinfeksiya edilir
"Nar" koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı
Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı AÇIQLADI – VİDEO
Prezident Akif Çovdarovu əfv etdi
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA
Bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün qərar layihəsi hazırlanır
Marketlər də spirt satışına başladı: Daha baha…
190 manat yardım alacaq işsizlərlə bağlı açıqlama – Hamısı pul ala biləcək
İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb
“Hər bir çalışan vətəndaşa 716 manat vəsait ayrılacaq”
Bərdə rayonunda Tərtər çayının kənarında birinci ağac emalı sexi aşgarlandı
8103 SMS müraciət sistemi ilə bağlı əhaliyə ÇAĞIRIŞ EDİLDİ
Türkiyə dünyanı bəladan xilas edə bilər – vaksinin ilk sınağı keçirildi

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla