"AQROLİZİNQ" ASC-in şöbə müdir Rövşən Əsgərovun küllü miqdarda rüşvət aldığı iddia olunur: Məhbusdan məktub

"AQROLİZİNQ" ASC-in şöbə müdir Rövşən Əsgərovun küllü miqdarda rüşvət aldığı iddia olunur: Məhbusdan məktub








Bu gün “DogruXəbər.az” informasiya agentliyinin redaksiyasına Şəki Pentensial müəssəsindən Məmmədov Vaqif Rəsul oğlu tərəfindən maraqlı məzmunda şikayət xarakterli ərizə daxil olmuşdur. Vətəndaş V.Məmmədov iddia edir ki,”Aqrolizinq” ASC-nin baş idarəsində texniki şöbənin müdiri Əsgərov Rövşən Veysəl oğlu,vəzifə səlahiyyətlərindən sui istifadə edərək “Lizinq”lə verilən texnikalar və avadanlıqlardan böyük məbləğdə rüşvət əldə etmişdir. Dəyərli izləyicilər,Məmmədov Vaqif Rəsul oğlunun redaksiyamıza unvanladığı ərizəni olduğu kimi diqqətinizə çatdırırıq.

Şəki Pentensial muəssəsindən cəza çəkən

Məmmədov Vaqif Rəsul oğlu tərəfindən

ƏRİZƏ

Hörmətli Baş Redaktot!

Yazıb Nəzərinizə Çatdırıram ki,mən Goranboy rayonu “AQROLİZİQ”in ASC-nin 2006-cı ildən 2011-ci il tarixinə qədər müdir vəzifəsində çalışmışam. Fəaliyyətim dövründə daim dövlətə və dövlətçiliyə laiqli xidmət etməklə yanaşı hər zaman sadiqlik nümaiş etdirmişəm. Lakin buna baxmayaraq Bakı şəhərində yerləşən “AQROLİZİNQ” ASC-nin baş idarəsinin texniki şöbənin müdri vəzifəsində çalışan Əsgərov Rövşən Veysəl oğlu,tutduğu yüksək vəzifə postundan sui-istifadə edərək mənə qarşı ciddi qanun pozuntularına yol vermişdir. Belə ki,hər ay müşavirə zamanı Əsgərov Rövşən məndən hədə-qorxu və tələbetmə yolu ilə mənim tabeçiliyimdə olan 44 ədəd kənd təsərrüfatı texnikası olan əkin “traktorlarından” hər birinə 30 manat almaqla əlavə “şapka” alırdı. Bundan başqa yenə 54 “kombayından” (taxıl biçən) hər birindən mövsümə uyğun olaraq 500 manat pul almışdır. Bundan başqa 2 ədəd “kamaz” markalı yük avtomobillərinə “AQROLİZİNQ”ə verilməsində əlavə “şapka” alaraq hər birindən 5000 manat pul almışdır. Eyni zamanda “AQROLİZİNQ”ə məxsus “QAZ-53” markalı yanacaq doldurma avtomobillərindən hər birinə 2000 manat pul almışdır. Bundan əlavə yenə dövlət tərəfindən “AQROLİZİNQ”ə verilmiş kiçik tutumlu “QAZEL” markalı avtomobillərdən iki ədəd olmaqla hər birindən əlavə 2000 manat “şapka” alırdı. Amma qeyd edim ki,yuxarıda qeyd etdiyim texnikalar dövlət tərəfindən tam təmənnasız “AQROLİZİNQ”ə verilməsinə baxmayaraq Əsgərov Rövşən Veysəl oğlu öz qanunsuz çirkin əməlləri ilə qeyri-qanuni məndən qeyd etdiyim bütün avtomobillərə “şapka” alırdı. Bəs maraqlıdır bu çirkin pullar kimin cibinə gedirdi? Ən biabırçı hal bundan ibarətdir ki,dövlətimizin başçısı cənab İlham Əliyevin göstərişi və tövsiyyəsi əsasında əhaliyə güzəştli gübrənin verilməsində Ə.Rövşən təkrar kobud qanun pozmaqla,vəzifə səlahiyyətlərini aşmaqla əhaliyə paylanması üçün nəzərdə tutulmuş gübrənin 50kq olmaqla bir kisəsindən əlavə 0.40 qəpik

məndən təkrar tələbetmə yolu ilə pul alırdı. Təəssüflə qeyd etmək istəyirəm ki,zamanında mən onun tabeçiliyində olduğum üçün onun “çaldığı havaya oynamağa” məcbur idim. Bundan azmış kimi Ə.Rövşən hətta ailəsinin ət,balıq,toyuq və kənd təsərrüfatı məhsullarını hər ay olmaqla mənə ödətdirirdi. Onuda qeyd edim ki,tabeçiliyində olan bütün texnikaların ehtiyat hissələrini yəni “akumilyatorları,mator yağını” və digər ehtiyat hissələri “AQROLİZİNQ”in baş idarəsi tərəfindən tam təmənnasız verilməsinə baxmayaraq Ə.Rövşən bunlardan istifadə edərək həmin ehtiyat hissələrin pulunu məndən “qəpiyə-qəpik” alırdı. Odur ki,qeyd edim bütün fəaliyyətim dövründə tabeçiliyində olan bütün texnikaların,gübrənin dövlət rüsumunu vaxtı-vaxtında 100% ödəyirdim. Buna Baxmayaraq mənim zəifliyimdən sui-istifadə edən Ə.Rövşən göstərdiyim bütün xərcləri öz şəxsi maraqları naminə istifadə edirdi. Odur ki,çox xahiş edirəm ki,ərizəmdə göstərdiyim Ə.Rövşənin çirkin və qaranlıq rüşvətxor əməllərini rəhbərlik etdiyiniz xəbər agentliyində işıqlandırıb,dövlətimizin başçısı cənab İlham Əliyevin şəxsən diqqətinə çatdırasınız. Bu çox haqsızlıqdır,ədalətsizlikdir!

Əvvəlcədən sizə təşəkkür edirəm.

Hörmətlə Məmmədov Vaqif Rəsul oğlu

P.S redaksiyamız məsələya aydınlıq gətirilməsi üçün qarşı tərəflə telfon əlaqəsi saxladı telefon zəngimizə cavab verən Rövşən Əsgərov məsləyə munasibət bildirməsini imtina etdi

DogruXəbər.az

Tarix:19-02-2020, 13:53 Baxış Sayı:393 Kateqoriya:gundem / sosial / ustxeber
SON XƏBƏRLƏR
Koronavirus qanla yoluxur? – TƏBİB-dən AÇIQLAMA
Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə!
Azərbaycanda Ramazan ayı bu vaxtdan başlayacaq — AÇIQLANDI
Bakıda iyulun 3-dək bütün beynəlxalq yarışlar ləğv edilib
Ofisiantlıqdan başlayaraq İcra Hakimiyyətinin başçısı vəzifəsinə qədər yüksələn məmur-Video
Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 3 ilədək həbs olunacaq – VİDEO
SMS-lə icazə alanlara vacib xəbər var – VİDEO
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği AÇIQLANDI
Deputatdan hökumətə təcili çağırış: Bahalaşma başlayıb…
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir
Hadi Rəcəblinin adı bu siyahıdan çıxarılır
Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA
İranda daha 11 deputat koronavirusa yoluxdu
Vilayət Eyvazovdan yeni QƏRAR
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama
Abşeronda kənd və qəsəbələr dezinfeksiya edilir
"Nar" koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı
Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı AÇIQLADI – VİDEO
Prezident Akif Çovdarovu əfv etdi
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA
Bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün qərar layihəsi hazırlanır
Marketlər də spirt satışına başladı: Daha baha…
190 manat yardım alacaq işsizlərlə bağlı açıqlama – Hamısı pul ala biləcək
İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb
“Hər bir çalışan vətəndaşa 716 manat vəsait ayrılacaq”
Bərdə rayonunda Tərtər çayının kənarında birinci ağac emalı sexi aşgarlandı
8103 SMS müraciət sistemi ilə bağlı əhaliyə ÇAĞIRIŞ EDİLDİ
Türkiyə dünyanı bəladan xilas edə bilər – vaksinin ilk sınağı keçirildi

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla