İdlibdə 21-ci əsrin ən böyük bəşəri faciəsi yaşanır – Köç edənlərin sayı 1 milyon 942 minə çatıb

İdlibdə 21-ci əsrin ən böyük bəşəri faciəsi yaşanır – Köç edənlərin sayı 1 milyon 942 minə çatıb










Türkiyə atəşkəsin təmin edilməsi və bəşəri faciəyə son qoyulması üçün ciddi səy göstərdiyi halda, Astana müqavilələri və Soçi razılaşmasını heçə sayaraq İdlibi qana bulayan qüvvələr 1,8 milyon vətəndaşı evsiz-eşiksiz qoyaraq, 21-ci əsrin ən böyük bəşəri faciəsinin daha da dərinləşməsinə yol açır.

DogruXəbər.az xəbər verir ki, bölgədə miqrasiya prosesini izləyən Suriya Müdaxilə Koordinatorluğundan əldə edilən məlumata görə, “İdlib Gərginliyin Azaldılması Bölgəsinə” edilən intensiv hücumlar nəticəsində 2019-cu ilin yanvar ayından bu yana Türkiyənin Suriya sərhədinə yaxın bölgələrə köç edənlərin sayı 1 milyon 942 minə çatıb.

Hal-hazırda İdlib şəhər mərkəzi, Hələbin Daret İzzə və Etarib bölgələri ilə ətraf kəndlərdən Suriya-Türkiyə sərhədinə doğru köç davam edir.

Hücumlar zamanı qətliam törədiləcəyi qorxusuyla qaçan əhalidən geriyə heç kim qalmır.

İdlibdəki düşərgələrin dolması, yeni çadırlar quraşdırılması üçün yer və infrastrukturun olmaması, həmçinin yardımların azalması səbəbindən minlərlə mülki vətəndaş sığınacaq tapmaqda çətinlik çəkir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Mark Lowcock yazılı açıqlamasında, Suriyanın şimal-qərbində yerləşən İdlibdə davam edən böhranın “dəhşətə gətirən” yeni bir səviyyəyə çatdığına dair xəbərdarlıq edərək, 21-ci əsrin ən böyük bəşəri faciəsinin İdlibdə yaşandığına diqqət çəkib.

Yanvar ayının 1-dən bəri İdlib və Hələbdə 298 mülki şəxsin öldüyünü bildirən BMT-nin insan hüquqları üzrə ali komissarı Mişel Baçelet bu ölümlərin təqribən 93 faizinə Suriya hökuməti və tərəfdarlarının səbəb olduğunu, bundan əlavə 10 səhiyyə müəssisəsinin və 19 tədris mərkəzinin vurulduğunu söyləyib.

Dondurucu soyuqda həyat mübarizəsi aparan qadınların və uşaqların qəddarca bombalandığını vurğulayan Baçelet bölgədəki vəziyyətin “dəhşətli” olduğunu qeyd edib. /Avropa.info/

Tarix:19-02-2020, 15:20 Baxış Sayı:78 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir
Hadi Rəcəblinin adı bu siyahıdan çıxarılır
Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA
İranda daha 11 deputat koronavirusa yoluxdu
Vilayət Eyvazovdan yeni QƏRAR
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama
Abşeronda kənd və qəsəbələr dezinfeksiya edilir
"Nar" koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı
Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı AÇIQLADI – VİDEO
Prezident Akif Çovdarovu əfv etdi
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA
Bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün qərar layihəsi hazırlanır
Marketlər də spirt satışına başladı: Daha baha…
190 manat yardım alacaq işsizlərlə bağlı açıqlama – Hamısı pul ala biləcək
İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb
“Hər bir çalışan vətəndaşa 716 manat vəsait ayrılacaq”
Bərdə rayonunda Tərtər çayının kənarında birinci ağac emalı sexi aşgarlandı
8103 SMS müraciət sistemi ilə bağlı əhaliyə ÇAĞIRIŞ EDİLDİ
Türkiyə dünyanı bəladan xilas edə bilər – vaksinin ilk sınağı keçirildi
Yeni virus nə qədər yaşayacaq? -Yer Kürəsinin 70 faizi…
“Çox ciddi çətinliklər meydana gələ bilər” – Sabiq nazirdən əhaliyə ÇAĞIRIŞ
Bu andan Azərbaycanda küçəyə çıxmaq QADAĞANDIR
5 ilin süjeti ortaya çıxdı: Korona belə hazırlanıb? – VİDEO
Əhaliyə spirtlə bağlı CİDDİ XƏBƏRDARLIQ!
Sabun və ya antiseptik? Koronavirusu nə daha yaxşı öldürür?
“Bunu hər kəs bilməlidir, icazəsiz çıxıbsa…” – Polisdən sərt açıqlama
Dağıstanda koronavirus nəzarətsiz mərhələyə keçdi
Atəşkəs 22 dəfə pozuldu

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla