Təhsilimizdə CİDDİ PROBLEM: məsələyə yenidən baxılmalıdır

Təhsilimizdə CİDDİ PROBLEM: məsələyə yenidən baxılmalıdır





Son günlər sosial şəbəkələrdə kurikulumla bağlı məsələ yenidən gündəmə gəlib, geniş müzakirələr aparılır. Qəbul imtahanlarının artıq 2019-cu ildən kurikulum sistemi əsasında təşkil olunmasına baxmayaraq, bu sistemin özünü doğrultmadığını düşünənlər az deyil.

Təhsil eksperti, pedaqoq Nadir İsrafilovLent.az-a bildirib ki, kurikulumun tərəfdarları olduğu kimi, əleyhdarları, indiki proqramlara yenidən baxılmasının təşəbbüsçüləri də az deyil: "Artıq bu mövzuda elmi-praktik müzakirə keçirmək, hökmən Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin (DİM) də nümayəndələrinin, habelə İctimai Şura üzvlərinin də iştirakının təmin edilməsi barədə təklif də irəli sürülüb. Bu təklifi dəstəkləyənlər çoxalır. Sadəcə, onu əlavə edə bilərəm ki, "Kurikulum özünü doğrultmadı ifadəsi” heç də o anlama gəlmir ki, Nazirlər Kabinetinin2006-cı il oktyabrın 30-dakı 233 nömrəli qərarı ilə təsdiqlənən Azərbaycanda Ümumi Təhsilin Konsepsiyasından və konseptual xarakterli çərçivə sənədi əsasında hazırlanan və Nazirlər Kabinetinin 2009-cu il yanvarın 13-dəki 9 nömrəli qərarı ilə təsdiq edilənən "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası”ndan imtina etməliyik. Söhbət kurikulumun ləğvindən deyil, yeni nəsil kurikulumların hazırlamasından gedə bilər.Onu da xatırlatmaq yerinə düşər ki, kurikuluma keçiddə tələskənliyə yol verməyimizi Təhsil Nazirliyinin və DİM-in ən yüksək vəzifəli rəsmiləri də zaman-zaman etiraf ediblər: "Ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq.Nəticədə bu gün bir çox problemlərlə rastlaşırıq.” (Mikayıl Cabbarov) ; "20 il ərzində müəllimlərə ənənəvi test tapşırıqlarını necə tətbiq etməyi öyrətmişik və onlar bunu mənimsəyiblər. Lakin müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri qınamaq lazım deyil.” (Məleykə Abbaszadə)”.

Ekspert bildirib ki, kurikulum proqramı, xüsusilə son günlər sosial müəllimlər və digər maraqlı tərəflər arasında geniş müzakirələrə səbəb olub və əksəriyyət bunun əleyhinədir: "Vəziyyətin normal vəziyyətə gətirilməsi üçün istər Təhsil Nazirliyi, istərsə də DİM müvafiq və davamlı işlər görür. Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydalarda, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsində edilən mütamadi dəyişikliklərin, buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının yeni modelinə keçidin şahidi oluruq. Təəssüf ki, bəziləri məsələnin qoyuluşunu düzgün anlamır, halbuki bu yanaşmada söhbət kurikulumun ləğvindən deyil, bunun tətbiqi ilə əlaqədar yaranan və yaşanan problemlərdən, anlaşılmazlıqlardan, və nəticə etibarı ilə maraqlı tərəflər arasında yaranan söz-söhbətlərə son qoymaqdan gedir. Hazırda təhsil sahəsində də köklü islahatlar həyata keçirilir.Bu islahatların əsas məqsədi cəmiyyətin ehtiyac və tələbləri nəzərə alınmaqla, təhsilin keyfiyyətini yüksəltmək və onun inkişafını təmin etməkdir. Bununla əlaqədar təhsilin keyfiyyətini şərtləndirən amillərə, ilk növbədə təhsilin məzmununa, müəllim hazırlığına və qiymətləndirmə sistemlərinə yenidən baxılması zərurəti yaranıbvə bundan sonra da yaranacaq. Bu baxımdan geniş ictimaiyyəti maraqlandıran və narahat edən istənilən məsələnin gündəmə gətirilməsi, ümumi ictimai rəyin öyrənilməsi və buna müvafiq təkliflərin hazırlanıb, əlaqədar qurumlara təqdim edilməsi heç vaxt gec deyil”

Tarix:19-02-2020, 15:25 Baxış Sayı:93 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 3 ilədək həbs olunacaq – VİDEO
SMS-lə icazə alanlara vacib xəbər var – VİDEO
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği AÇIQLANDI
Deputatdan hökumətə təcili çağırış: Bahalaşma başlayıb…
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir
Hadi Rəcəblinin adı bu siyahıdan çıxarılır
Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA
İranda daha 11 deputat koronavirusa yoluxdu
Vilayət Eyvazovdan yeni QƏRAR
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama
Abşeronda kənd və qəsəbələr dezinfeksiya edilir
"Nar" koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı
Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı AÇIQLADI – VİDEO
Prezident Akif Çovdarovu əfv etdi
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA
Bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün qərar layihəsi hazırlanır
Marketlər də spirt satışına başladı: Daha baha…
190 manat yardım alacaq işsizlərlə bağlı açıqlama – Hamısı pul ala biləcək
İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb
“Hər bir çalışan vətəndaşa 716 manat vəsait ayrılacaq”
Bərdə rayonunda Tərtər çayının kənarında birinci ağac emalı sexi aşgarlandı
8103 SMS müraciət sistemi ilə bağlı əhaliyə ÇAĞIRIŞ EDİLDİ
Türkiyə dünyanı bəladan xilas edə bilər – vaksinin ilk sınağı keçirildi
Yeni virus nə qədər yaşayacaq? -Yer Kürəsinin 70 faizi…
“Çox ciddi çətinliklər meydana gələ bilər” – Sabiq nazirdən əhaliyə ÇAĞIRIŞ
Bu andan Azərbaycanda küçəyə çıxmaq QADAĞANDIR
5 ilin süjeti ortaya çıxdı: Korona belə hazırlanıb? – VİDEO
Əhaliyə spirtlə bağlı CİDDİ XƏBƏRDARLIQ!

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla