İcbari tibbi sığortaya görə ən çox müraciət edilən ərazi AÇIQLANDI

İcbari tibbi sığortaya görə ən çox müraciət edilən ərazi AÇIQLANDI

İcbari tibbi sığortaya görə ən çox müraciət edilən ərazi AÇIQLANDI
“Tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri yaradılıb”.

DogruXəbər.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir: “Həmin tibbi ərazi bölmələri üzrə müraciət sayına gəldikdə, deyə bilərəm ki, fevralın 15-dək ən çox Şəki – Zaqatala tibbi ərazi bölməsinə müraciət edilib. Şəki – Zaqatala üzrə 169 204, /Bərdə – Yevlax üzrə 149 683, Quba – Xaçmaz üzrə 124 350, Göyçay – Kürdəmir üzrə 83 562 və Dağlıq Şirvan üzrə 80 264 müraciət qeydə alınıb”.

Z. Əliyev deyib ki, ən çox müraciət edilən xəstəliklərə gəldikdə, fevralın 15-dək müraciətlərin böyük əksəriyyəti yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası xəstəliyi ilə bağlı olub. Bu xəstəlik üzrə 12 182 müraciət qeydə alınıb. Ən çox müraciət edilən xəstəliklər sırasında ümumi tibbi baxış (7189), yüksək qan təzyiqi (6215), digər ümumi baxışlar (5372), insulindən asılı olmayan şəkərli diabet (5231) və s. xəstəliklər yer alır.

Yanvar ayı ərzində ümumilikdə 242 nəfər həyati vacib-dəyəri yüksək olan əməliyyatlardan yararlanıb. Bahalı əməliyyatlar arasında, koronar damarlara stendlərin tətbiqi (76 əməliyyat), kardiologiya/ürək-damar cərrahiyyəsi (60 əməliyyat), oftalmologiya (42 əməliyyat), urologiya (24 əməliyyat), nevrologiya/neyrocərrahiyyə (23 əməliyyat) üzrə əməliyyatlar çoxluq təşkil edir. xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir: “Həmin tibbi ərazi bölmələri üzrə müraciət sayına gəldikdə, deyə bilərəm ki, fevralın 15-dək ən çox Şəki – Zaqatala tibbi ərazi bölməsinə müraciət edilib. Şəki – Zaqatala üzrə 169 204, Bərdə – Yevlax üzrə 149 683, Quba – Xaçmaz üzrə 124 350, Göyçay – Kürdəmir üzrə 83 562 və Dağlıq Şirvan üzrə 80 264 müraciət qeydə alınıb”.

Z. Əliyev deyib ki, ən çox müraciət edilən xəstəliklərə gəldikdə, fevralın 15-dək müraciətlərin böyük əksəriyyəti yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası xəstəliyi ilə bağlı olub. Bu xəstəlik üzrə 12 182 müraciət qeydə alınıb. Ən çox müraciət edilən xəstəliklər sırasında ümumi tibbi baxış (7189), yüksək qan təzyiqi (6215), digər ümumi baxışlar (5372), insulindən asılı olmayan şəkərli diabet (5231) və s. xəstəliklər yer alır.

Yanvar ayı ərzində ümumilikdə 242 nəfər həyati vacib-dəyəri yüksək olan əməliyyatlardan yararlanıb. Bahalı əməliyyatlar arasında, koronar damarlara stendlərin tətbiqi (76 əməliyyat), kardiologiya/ürək-damar cərrahiyyəsi (60 əməliyyat), oftalmologiya (42 əməliyyat), urologiya (24 əməliyyat), nevrologiya/neyrocərrahiyyə (23 əməliyyat) üzrə əməliyyatlar çoxluq təşkil edir./APA

Tarix:20-02-2020, 11:40 Baxış Sayı:81 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Bu dərmanlar koronavirusu daha da artırır — DİQQƏT!
Sahibkarlar anbarlarda qalan mallarını belə satacaqlar — RƏSMİ AÇIQLAMA
Nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalar DƏYİŞDİ - QƏRAR
Dövlətin ayıracağı maddi yardım kimə şamil olunmalıdır? (EKSPERT)
Ramiz Mehdiyev AMEA əməkdaşlarını məzuniyyətə göndərdi
Bakıda gənc oğlan oğurlanıb? - FOTO
ABŞ yeni düzən qurur: “Ümumdünya hökuməti”… – Sensasion şərh
İcbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadıldı
Nyu-Yorkun meri: “Koronavirusla mübarizə üçün bir həftəlik tədarükümüz qalıb”
Karantin rejimini pozan şəxslərdən toplanan cərimələr haraya köçürülür? – RƏSMİ CAVAB
Azərbaycanda hərbi xidmətə çağırış iki dəfəyə keçirilsin – Milli Məclisdə təklif
Koronavirusu yayan qadın diz çöküb üzr istədi! – VİDEO
BŞBPİ rəsmisi sürücülərə müraciət etdi
Məktəblilərin yay tətili ləğv edilir? - RƏSMİ
Koronavirusdan sağalan azərbaycanlı DANIŞDI
Dezinfeksiya işləri üçün heç bir vəsait tələb edilə bilməz
Yol Polisindən bu sürücülərə sərt xəbərdarlıq
Sağalan xəstələr 8 gün boyunca virus yayır – Şok
Bir nəfərə görə 40 min insan karantinə götürüldü
Bu gün birinci sinfə elektron qeydiyyat başlayır
Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb
Skamyalara oturmaq qadağan edildi – RƏSMİ
Bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib
Çin Azərbaycana COVID-19-la mübarizədə yardım təklif etdi
Ağciyəri zədələnmədən qoruyan içki açıqlandı
"BirBank" istifadəçiləri koronavirusla mübarizəyə 30 000 manatdan artıq ianə etdi
Britaniya kraliçası da koronaya yoluxdu
Hindistanda koronavirusa yoluxanların sayı sürətlə artır
Qazaxda xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb
“BakuBus” avtobuslarının hərəkəti dayandırılır? - RƏSMİ AÇIQLAMA

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla