Fevralın 23-də magistraturalara qəbul imtahanı keçiriləcək

Fevralın 23-də magistraturalara qəbul imtahanı keçiriləcək












Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 23-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirəcək.

DİM-dən DogruXəbər.az -a verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 5 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 49 imtahan binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunacaq. Bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd bakalavrların imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş bakalavrların əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə fevralın 3‑dən 13-dək aparılıb. İmtahanda iştirak üçün 15738 bakalavr ərizə təqdim edib. Onlardan 14434 nəfəri Azərbaycan bölməsi, 1304 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 7139 nəfəri oğlan, 8599 nəfəri isə qızlardır. Bakalavrlardan 8352-si cari ilin, 7386-sı isə əvvəlki illərin məzunlarıdır, 34 nəfər xarici ölkə vətəndaşıdır.

Tarix:20-02-2020, 11:43 Baxış Sayı:73 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Bu dərmanlar koronavirusu daha da artırır — DİQQƏT!
Sahibkarlar anbarlarda qalan mallarını belə satacaqlar — RƏSMİ AÇIQLAMA
Nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalar DƏYİŞDİ - QƏRAR
Dövlətin ayıracağı maddi yardım kimə şamil olunmalıdır? (EKSPERT)
Ramiz Mehdiyev AMEA əməkdaşlarını məzuniyyətə göndərdi
Bakıda gənc oğlan oğurlanıb? - FOTO
ABŞ yeni düzən qurur: “Ümumdünya hökuməti”… – Sensasion şərh
İcbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadıldı
Nyu-Yorkun meri: “Koronavirusla mübarizə üçün bir həftəlik tədarükümüz qalıb”
Karantin rejimini pozan şəxslərdən toplanan cərimələr haraya köçürülür? – RƏSMİ CAVAB
Azərbaycanda hərbi xidmətə çağırış iki dəfəyə keçirilsin – Milli Məclisdə təklif
Koronavirusu yayan qadın diz çöküb üzr istədi! – VİDEO
BŞBPİ rəsmisi sürücülərə müraciət etdi
Məktəblilərin yay tətili ləğv edilir? - RƏSMİ
Koronavirusdan sağalan azərbaycanlı DANIŞDI
Dezinfeksiya işləri üçün heç bir vəsait tələb edilə bilməz
Yol Polisindən bu sürücülərə sərt xəbərdarlıq
Sağalan xəstələr 8 gün boyunca virus yayır – Şok
Bir nəfərə görə 40 min insan karantinə götürüldü
Bu gün birinci sinfə elektron qeydiyyat başlayır
Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb
Skamyalara oturmaq qadağan edildi – RƏSMİ
Bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib
Çin Azərbaycana COVID-19-la mübarizədə yardım təklif etdi
Ağciyəri zədələnmədən qoruyan içki açıqlandı
"BirBank" istifadəçiləri koronavirusla mübarizəyə 30 000 manatdan artıq ianə etdi
Britaniya kraliçası da koronaya yoluxdu
Hindistanda koronavirusa yoluxanların sayı sürətlə artır
Qazaxda xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb
“BakuBus” avtobuslarının hərəkəti dayandırılır? - RƏSMİ AÇIQLAMA

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla