79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi

79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi





9 fevral 2020-ci il tarixdə keçirilən növbədənkənar parlament seçkilərində total saxtakarlığa yol verənlərdən biri də 79 saylı İmişli Dairə Seçki Komissiyasının sədri Ramil Nəsirov oldu. Xatırladaq ki, İmişli rayonunun sabiq polis rəisi Təyyar Nəsirovun oğlu olan Ramil Nəsirov seçki prosesi bitsə də, hələdə qaranlıq əməllərindən əl çəkmir. Öncə seçki saxtakarlığı ilə bağlı məlumatları araşdıran saytlara və jurnalistlərə qayınatası, İmişli Lokomotiv Deposunun baş mühasibi Rasət adlı şəxs vasitəsilə təsir göstərməyə çalışan Ramil Nəsirov, həmin işi seçkidən əvvəl özü həyata keçirirdi. Belə ki, bəzi namizədlərlə rayonda yerləşən “Nərgizim” restoranında görüşərək, onlara İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin adından müəyyən məbləğdə pul və ya müxtəlif kəndlərdə 10-15 hektar civarında torpaq sahəsi vəd edirdi. İstəyinə nail ola bilmədikdə isə müxtəlif cilidə ustalıqla girməyi bacaran Ramil Nəsirov həmin şəxslərə namizədliklərini geri götürmək üçün yalvarmağa başlayırdı.

Ötən gün İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatda qeyd edilirdi ki, Ramil Nəsirovun saxtakarlığına yalnız haqqı tapdalanmış namizədlər deyil, hətta MnSK üzvləri də etiraz edirlər. Belə ki, 79 saylı İmişli DSK-da 21 saylı MnSK-nın üzvi Mübariz Mirzəyev üzvi olduğu məntəqədə baş verən qanun pozuntuları, saxtkarlıqla bağlı konkret faktları göstərməklə MSK sədri Məzahir Pənahovun adına müraciət hazırlayıb. Müraciətdən xəbər tutan 79 saylı İmişli DSK-nın sədri “alverçi” ləqəbli Ramil Nəsirov 21 saylı MnSK-nın üzvi Mübariz Mirzəyevi 19.02.2020-ci il tarixdə, səhər saatlarında DSK-ya dəvət edib. DSK sədri MnSK üzvindən şikayətindən imtina etməyi və yekun protokolu imzalamağı tələb edib. M.Mirzəyev bu məsələnin vicdan məsələsi olduğunu qeyd edib və DSK sədrinin təklifini rədd edib. Əvəzində “alverçi” ləqəbli Ramil Nəsirov ona müəyyən məbləğfə pul təklif edib. Yenə də rədd cavabı alan DSK sədrinin müxtəlif vasitələrdən istifadə etməklə MnSK üzvünə qarşı təzyiqləri başlayıb. Ramil Nəsirovun dəstəsi də məhz M.Mirzəyevin rədd cavabından sonra hərəkətə keçib. Belə ki, dəstə üzvləri - rayon sakinlərinin “seyid Sarı” kimi tanıdıqları şəxsin qardaşı Mirdamət, Qaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Cahangir Əzizov, 21 saylı MnSK-nın sədri Tahir Bərxuda oğlu Soltanov və kəndin “qoçusu” hesab edilən Sərhəd adlı şəxslər Mübariz Mirzəyevin evinə gedərək onu təhdid etməyə başlayıblar. Lakin Mübariz Mirzəyev “qoçu dəstəsinin” təzyiqlərinə baxmayaraq yekun protokolu imzalamayacağını təkrar bildirərək, onları yaşadığı evdən qovub. Göründüyü kimi artıq 79 saylı DSK-nın sədri Ramil Nəsirovun əməlləri kriminal xarakter daşıyır. Və onu da qeyd etmək yerinə düşərdi ki, Vilyam Hacıyevin İmişliyə rəhbərliyi dönəmində bu ilk belə hadisə deyil. Məsələnin ən maraqlı tərəfi isə cənab Hacıyevin məhz bu cür kritik məqamlarda seyriçi mövqe tutmasıdır. Burada iki amil özünü göstərir – ya bütün hadisələr Vilyam Hacıyevin diktəsi ilə baş verir, ya da İcra Hakimiyyəti başçısının özünüqoruma instiknti son günlər daha da güclənib. Hər halda vətəndaşın evinə xüsusi dəstə ilə hücum etmək qanun pozuntusudur. Əgər bu pozuntu məhz qanunları pozmağa məcbur edilirsə, sadəcə cinayətdir. Hesab edirik ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bu bölgəyə icra başçısı təyin edilən bir şəxs – konkret Vilyam Hacıyev dərc edilən məlumatı araşdırmaqda maraqlı olacaq.
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır./Conflict.az
79 saylı İmişli DSK-nın sədri Ramil Nəsirov saxtakarlığa etiraz edən məntəqə üzvinin evinə qoçu dəstəsi ilə hücum etdi

Tarix:20-02-2020, 14:46 Baxış Sayı:83 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Bu dərmanlar koronavirusu daha da artırır — DİQQƏT!
Sahibkarlar anbarlarda qalan mallarını belə satacaqlar — RƏSMİ AÇIQLAMA
Nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qaydalar DƏYİŞDİ - QƏRAR
Dövlətin ayıracağı maddi yardım kimə şamil olunmalıdır? (EKSPERT)
Ramiz Mehdiyev AMEA əməkdaşlarını məzuniyyətə göndərdi
Bakıda gənc oğlan oğurlanıb? - FOTO
ABŞ yeni düzən qurur: “Ümumdünya hökuməti”… – Sensasion şərh
İcbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadıldı
Nyu-Yorkun meri: “Koronavirusla mübarizə üçün bir həftəlik tədarükümüz qalıb”
Karantin rejimini pozan şəxslərdən toplanan cərimələr haraya köçürülür? – RƏSMİ CAVAB
Azərbaycanda hərbi xidmətə çağırış iki dəfəyə keçirilsin – Milli Məclisdə təklif
Koronavirusu yayan qadın diz çöküb üzr istədi! – VİDEO
BŞBPİ rəsmisi sürücülərə müraciət etdi
Məktəblilərin yay tətili ləğv edilir? - RƏSMİ
Koronavirusdan sağalan azərbaycanlı DANIŞDI
Dezinfeksiya işləri üçün heç bir vəsait tələb edilə bilməz
Yol Polisindən bu sürücülərə sərt xəbərdarlıq
Sağalan xəstələr 8 gün boyunca virus yayır – Şok
Bir nəfərə görə 40 min insan karantinə götürüldü
Bu gün birinci sinfə elektron qeydiyyat başlayır
Şimali Koreya Yapon dənizinə naməlum mərmi atıb
Skamyalara oturmaq qadağan edildi – RƏSMİ
Bu gündən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib
Çin Azərbaycana COVID-19-la mübarizədə yardım təklif etdi
Ağciyəri zədələnmədən qoruyan içki açıqlandı
"BirBank" istifadəçiləri koronavirusla mübarizəyə 30 000 manatdan artıq ianə etdi
Britaniya kraliçası da koronaya yoluxdu
Hindistanda koronavirusa yoluxanların sayı sürətlə artır
Qazaxda xüsusi karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb
“BakuBus” avtobuslarının hərəkəti dayandırılır? - RƏSMİ AÇIQLAMA

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla