İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ

İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ












Azərbaycanda icra başçılarının maaşları onların rəhbərlik etdiyi ərazidən asılı olaraq dəyişir.

İcra başçılarının maaşları Prezident İlham Əliyevin 2018-ci ilin 13 martında imzaladığı sərəncamla müəyyənləşir.Həmin sərəncamla Prezidentin "Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli, 348 nömrəli sərəncamı dəyişdirilib.

Sərəncama əsasən, icra başçısının Bakı şəhəri üzrə maaşı 1925 manat məbləğində müəyyən olunub.

Gəncə və Sumqayıt şəhərləri üzrə isə bu rəqəm 1280 manat təşkil edir.

Şəhər, rayon və şəhər rayonu üzrə icra başçılarının maaşı əhali sayına uyğun olaraq müəyyənləşir.

Belə ki, əgər icra başçısı əhalisi 100 min nəfərdən çox olan əraziyə rəhbərlik edirsə, onun maaşı 1045 manatdır.

Əhalisi 50 min-100 min nəfər olan ərazinin icra başçısı isə 990 manat maaş alır.

Əhalisi 50 min nəfərdən az olan ərazilərin icra başçıları isə daha az əməkhaqqı alırlar. Onların məvacibi 880 manatdır.

Qeyd edək ki, fevralın 20-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin saxlanılması barədə məlumat yayılıb.

Yerli mediada isə yazılır ki, saxlanılanlar arasında Neftçalanın icra başçısı İsmayıl Vəliyev də var. Onun rüşvət alarkən saxlanıldığı bildirilir.

Fevralın 20-də Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıl Vəliyev icra başçısı vəzifəsindən azad edilib.
(oxu.az)

Tarix:21-02-2020, 19:16 Baxış Sayı:109 Kateqoriya:gundem
SON XƏBƏRLƏR
Koronavirus qanla yoluxur? – TƏBİB-dən AÇIQLAMA
Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə!
Azərbaycanda Ramazan ayı bu vaxtdan başlayacaq — AÇIQLANDI
Bakıda iyulun 3-dək bütün beynəlxalq yarışlar ləğv edilib
Ofisiantlıqdan başlayaraq İcra Hakimiyyətinin başçısı vəzifəsinə qədər yüksələn məmur-Video
Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 3 ilədək həbs olunacaq – VİDEO
SMS-lə icazə alanlara vacib xəbər var – VİDEO
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği AÇIQLANDI
Deputatdan hökumətə təcili çağırış: Bahalaşma başlayıb…
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir
Hadi Rəcəblinin adı bu siyahıdan çıxarılır
Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA
İranda daha 11 deputat koronavirusa yoluxdu
Vilayət Eyvazovdan yeni QƏRAR
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama
Abşeronda kənd və qəsəbələr dezinfeksiya edilir
"Nar" koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı
Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı AÇIQLADI – VİDEO
Prezident Akif Çovdarovu əfv etdi
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA
Bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün qərar layihəsi hazırlanır
Marketlər də spirt satışına başladı: Daha baha…
190 manat yardım alacaq işsizlərlə bağlı açıqlama – Hamısı pul ala biləcək
İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb
“Hər bir çalışan vətəndaşa 716 manat vəsait ayrılacaq”
Bərdə rayonunda Tərtər çayının kənarında birinci ağac emalı sexi aşgarlandı
8103 SMS müraciət sistemi ilə bağlı əhaliyə ÇAĞIRIŞ EDİLDİ
Türkiyə dünyanı bəladan xilas edə bilər – vaksinin ilk sınağı keçirildi

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla