İradə Gülməmmədovanın Görədil kənd sakinləri ilə növbəti səyyar-qəbulu keçirildi

İradə Gülməmmədovanın  Görədil kənd sakinləri ilə növbəti səyyar-qəbulu keçirildi












Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Görədil kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.
Qəbulda rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədova səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib.
Rayonda kəndlərarası yol infrastrukturunun yeniləndiyini, əhalinin fasiləsiz təbii qaz, elektrik enerjisi və su ilə təmin edildiyini deyən icra başçısı bu istiqamətdə həyata keçirilən işlərin davamlı olacağını, yeni salınan məhəllələrin lazimi kommunikasiya xəttləri ilə təmini istiqamətdə mühüm addımların atıldığını qeyd edib.
Abşeron RİH başçısının Görədil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Hümbətov, Görədil bələdiyyəsinin sədri İlqar Məmmədov hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri və qarşıda duran vəzifələr barəsində məlumat veriblər.
Daha sonra kənd sakinlərini çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
İradə Gülməmmədovanın  Görədil kənd sakinləri ilə növbəti səyyar-qəbulu keçirildi
İradə Gülməmmədovanın  Görədil kənd sakinləri ilə növbəti səyyar-qəbulu keçirildi

Tarix:22-02-2020, 14:35 Baxış Sayı:97 Kateqoriya:gundem / sosial / bolge
SON XƏBƏRLƏR
Koronavirus qanla yoluxur? – TƏBİB-dən AÇIQLAMA
Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə!
Azərbaycanda Ramazan ayı bu vaxtdan başlayacaq — AÇIQLANDI
Bakıda iyulun 3-dək bütün beynəlxalq yarışlar ləğv edilib
Ofisiantlıqdan başlayaraq İcra Hakimiyyətinin başçısı vəzifəsinə qədər yüksələn məmur-Video
Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 3 ilədək həbs olunacaq – VİDEO
SMS-lə icazə alanlara vacib xəbər var – VİDEO
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği AÇIQLANDI
Deputatdan hökumətə təcili çağırış: Bahalaşma başlayıb…
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir
Hadi Rəcəblinin adı bu siyahıdan çıxarılır
Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA
İranda daha 11 deputat koronavirusa yoluxdu
Vilayət Eyvazovdan yeni QƏRAR
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama
Abşeronda kənd və qəsəbələr dezinfeksiya edilir
"Nar" koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı
Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı AÇIQLADI – VİDEO
Prezident Akif Çovdarovu əfv etdi
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA
Bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün qərar layihəsi hazırlanır
Marketlər də spirt satışına başladı: Daha baha…
190 manat yardım alacaq işsizlərlə bağlı açıqlama – Hamısı pul ala biləcək
İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb
“Hər bir çalışan vətəndaşa 716 manat vəsait ayrılacaq”
Bərdə rayonunda Tərtər çayının kənarında birinci ağac emalı sexi aşgarlandı
8103 SMS müraciət sistemi ilə bağlı əhaliyə ÇAĞIRIŞ EDİLDİ
Türkiyə dünyanı bəladan xilas edə bilər – vaksinin ilk sınağı keçirildi

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla