İcra Hakimiyyəti başçını “sildi”... - həbs edilən müavini isə...

İcra Hakimiyyəti başçını “sildi”... - həbs edilən müavini isə...





Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatla saxlanılan rayonun icra başçısı İsmayıl Vəliyevin adı icranın rəsmi saytından çıxarılsa da, onunla birgə həbs edilən icranın digər əməkdaşlarının adları hələ də saytdadır.

DogruXeber.az Axar.az-a istinadən xəbər verir ki, başçının birinci müavini Vurğun Əkbərov da “virtual olaraq” vəzifədə, faktiki isə həbsxanadadır.

Həmçinin başçının digər müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gültəkin Sadıqova da adı saytdan çıxarılmayıb. Halbuki G.Sadıqova məlum əməliyyatdan sonra tutduğu vəzifədən azad edilib və icra hakimiyyətindəki otağı da artıq boşaldılıb.

Xatırladaq ki, 20 fevral tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirib. Əməliyyat zamanı rayon icra hakimiyyəti başçısı İsmayıl Vəliyev, onun birinci müavini Vurğun Əkbərov, memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, eləcə də Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov saxlanılıb.

Saxlanılanlar barədə Səbail Rayon Məhkəməsi həbs qərarı verib.

Tarix:27-02-2020, 10:50 Baxış Sayı:44 Kateqoriya:gundem / sosial / bolge
SON XƏBƏRLƏR
Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir
Bu kreditlərə təminat veriləcək – Prezident fərman verdi
İşçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə Nazirlikdən REAKSİYA
Koronavirus qanla yoluxur? – TƏBİB-dən AÇIQLAMA
Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə!
Azərbaycanda Ramazan ayı bu vaxtdan başlayacaq — AÇIQLANDI
Bakıda iyulun 3-dək bütün beynəlxalq yarışlar ləğv edilib
Ofisiantlıqdan başlayaraq İcra Hakimiyyətinin başçısı vəzifəsinə qədər yüksələn məmur-Video
Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 3 ilədək həbs olunacaq – VİDEO
SMS-lə icazə alanlara vacib xəbər var – VİDEO
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği AÇIQLANDI
Deputatdan hökumətə təcili çağırış: Bahalaşma başlayıb…
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir
Hadi Rəcəblinin adı bu siyahıdan çıxarılır
Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA
İranda daha 11 deputat koronavirusa yoluxdu
Vilayət Eyvazovdan yeni QƏRAR
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama
Abşeronda kənd və qəsəbələr dezinfeksiya edilir
"Nar" koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı
Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı AÇIQLADI – VİDEO
Prezident Akif Çovdarovu əfv etdi
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA
Bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün qərar layihəsi hazırlanır
Marketlər də spirt satışına başladı: Daha baha…
190 manat yardım alacaq işsizlərlə bağlı açıqlama – Hamısı pul ala biləcək
İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb
“Hər bir çalışan vətəndaşa 716 manat vəsait ayrılacaq”

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla