Abşeronda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Abşeronda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib













Bu gün Abşeron rayonunda Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq anım tədbiri keçirilib. Xırdalan Mədəniyyət Evində baş tutan tədbirdə Abşeron RİH başçısı İradə Gülməmmədova, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri iştirak ediblər. İştirakçılar əvvəlcə mMərkəzin foyesində mövzunu əks etdirən rəsm sərgisi ilə tanış olublar.
Anım mərasimi şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş etdirilib.
Abşeron Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında Şükufə Musayevanın əsərinin motivləri əsasında hazırlanmış “Əsgər olacam” kompozisiyası təqdim edilib. Səhnə əsərində Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş uşaq, qadın və qocaların başına gətirilən müsibətlərdən, erməni vəhşiliyindən, dünyanın bu soyqırımına göz yummasından və sonda Xocalının azad edilməsi gününün yaxınlaşmasından bəhs olunur.
Qeyd edək ki, Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq, rayonun idarə və təşkilatlarında, təhsil ocaqlarında faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilib. Faciənin dəhşətini gənc nəslə çatdırmaq üçün rayonun mədəniyyət müəssisələrində soyqırımının ildönümünə həsr olunmuş silsilə xatirə gecələri, foto və rəsm sərgiləri, hadisə şahidləri ilə görüşlər təşkil edilib.
Abşeronda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Abşeronda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Abşeronda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Abşeronda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Tarix:27-02-2020, 09:57 Baxış Sayı:88 Kateqoriya:gundem / sosial / bolge
SON XƏBƏRLƏR
Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir
Bu kreditlərə təminat veriləcək – Prezident fərman verdi
İşçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə Nazirlikdən REAKSİYA
Koronavirus qanla yoluxur? – TƏBİB-dən AÇIQLAMA
Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə!
Azərbaycanda Ramazan ayı bu vaxtdan başlayacaq — AÇIQLANDI
Bakıda iyulun 3-dək bütün beynəlxalq yarışlar ləğv edilib
Ofisiantlıqdan başlayaraq İcra Hakimiyyətinin başçısı vəzifəsinə qədər yüksələn məmur-Video
Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 3 ilədək həbs olunacaq – VİDEO
SMS-lə icazə alanlara vacib xəbər var – VİDEO
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği AÇIQLANDI
Deputatdan hökumətə təcili çağırış: Bahalaşma başlayıb…
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir
Hadi Rəcəblinin adı bu siyahıdan çıxarılır
Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA
İranda daha 11 deputat koronavirusa yoluxdu
Vilayət Eyvazovdan yeni QƏRAR
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama
Abşeronda kənd və qəsəbələr dezinfeksiya edilir
"Nar" koronavirusla mübarizəyə dəstək tədbirləri çərçivəsində abunəçilərə səyyar xidmət göstərməyə başladı
Zirəddin Rzayev koronavirusun bitəcəyi vaxtı AÇIQLADI – VİDEO
Prezident Akif Çovdarovu əfv etdi
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edəcək - FAKTİKİ HAVA
Bəzi tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün qərar layihəsi hazırlanır
Marketlər də spirt satışına başladı: Daha baha…
190 manat yardım alacaq işsizlərlə bağlı açıqlama – Hamısı pul ala biləcək
İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb
“Hər bir çalışan vətəndaşa 716 manat vəsait ayrılacaq”

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla