Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Bəhrəmtəpə Hidroqovşağının İstismarı idarəsinin rəisi Mirqoca Mirişovu kim, nə üçün saxlayıbmış?

Bəhrəmtəpə Hidroqovşağının İstismarı idarəsinin rəisi Mirqoca Mirişovu kim, nə üçün saxlayıbmış?
11-03-2020, 17:28 383 dəfə baxılıb

Bəhrəmtəpə Hidroqovşağının İstismarı idarəsinin rəisi Mirqoca Mirişovu kim, nə üçün saxlayıbmış?





Ötən gün İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumatda qeyd edilirdi ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Bəhrəmtəpə Hidroqovşağının İstismarı idarəsinin rəisi Mirqoca Mirişov bir neçə gün öncə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Məlumatı verən mənbənin bildirdiyinə görə M.Mirişovun xidməti otağında axtarış aparılarkən bəzi şəxslərin adına rəsmiləşdirilmiş əmək haqqı kartları aşkarlanıb. Bu məsələ ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə diqqətində olduğu üçün idarə müdirinin axtarış aparan qurum tərəfindən həbs edilməsi ilə bağlı rayonda müxtəlif informasiyalar dolaşmaqdadır. Onu da qeyd edək ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan Bəhrəmtəpə Hidroqovşağının İstismarı idarəsinin rəisi Mirqoca Mirişov uzun müddətdir ki, bu idarəyə rəhbərlik edir və AMST ASC sədrinn əslən Sabirabaddan olan müavini Zakir Quliyevə yaxınlığı ilə seçilir.
Haqqında gəzən informasiyaya münasibətini öyrənmək məqsədilə M.Mirişovla əlaqə yaratmaq cəhdimiz baş tutmadı. Məlumat dərc edilmək üçün hazırlanarkən rayondakı mənbə bildirdi ki, M.Mirişov yenə də görəvinin başındadır.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.

P.S. Xatırladaq ki, Bəhrəmtəpə Hidroqovşağının İstismarı idarəsinin rəisi Mirqoca Mirişovun fotosu ona məxsus FB səhifəsindən götürülüb. Maraqlıdır ki, əslən Seyid nəslindən olan idarə müdiri FB-də adını MİŞA kim qeydiyyatdan keçirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Telegram Facebook Twitter Youtube Instagram