Telegram Facebook Twitter Youtube Instagram
dogruxeber.az
dogruxeber.az

Həbs edilən Nizaməddin Quliyevin kadrı işdən çıxarıldı

20-03-2020, 11:58

Həbs edilən Nizaməddin Quliyevin kadrı işdən çıxarıldı












Goranboy Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

DogruXeber.az bildirir ki,Oxu.Az-ın məlumatına görə, bu barədə icra başçısı Məhərrəm Quliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial iqtisadi inkişafın proqnozlaşdırılması və təhlili şöbəsinin müdiri Elçin Şəmil oğlu İsmayılov dövlət qulluğuna xitam verilərək, tutduğu vəzifədən azad edilib.

Onun vəzifəsi vakant olaraq qeyd edilib.

Qeyd edək ki, E.İsmayılov uzun müddət rayonun icra başçısı olmuş Nizaməddin Quliyevin dövründə də müavin vəzifəsində də çalışıb.

Xatırladaq ki, Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev 2019-cu ilin 19 dekabrında Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən iş otağında həbs edilib.

Daha sonra o, ölkə başçısının sərəncamı ilə icra başçısı vəzifəsindən azad olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
DÜNYA
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
YAZARLAR
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Telegram Facebook Twitter Youtube Instagram