Mənsimov məhbəsdən inanılmaz müraciət yaydı: ƏRDOĞAN MƏNƏ DEDİ Kİ…

Mənsimov məhbəsdən inanılmaz müraciət yaydı: ƏRDOĞAN MƏNƏ DEDİ Kİ…





Türkiyədə həbs olunan Azərbaycan əsilli milyarder, “Palmali” Şirkətlət Qrupunun prezidenti məhbəsdən yeni müraciət yayıb.
DogruXeber.az xəbər verir ki, FETÖ ilə heç bir əlaqəsinin olmadığını vurğulayan Mənsimov eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla aralarında yaşananları yenidən xatırladıb:

“Rəcəb Tayyib Ərdoğanın bəlkə də olanlardan xəbəri yoxdur. Mən hər zaman onu dünyada ən ədalətli və düzgün başqan, qardaş bildim. Sırf onun tövsiyyəsinə görə, 2015-də şirkətlərimi Türkiyəyə köçürtdüm. 2019-cu ildən xaricdə haradasa heç bir şirkətim qalmadı. 2016-cı ildə hər kəs Türkiyədən qaçarkən Türkiyə məmləkətimə valyuta daxil olsun deyə, xarici şirkətlərdəki pulları Türkiyəyə gətirdim. Çünki mənim üçün cənab Rəcəb Tayyib Ərdoğanın söylədikləri əmrdir. 2013-ci ildə cənab Rəcəb Tayyip Ərdoğan mənə “Maltada nə işin var Mübariz, şirkətlərini Türkiyəyə daşı” dedi.

Türk oğlunun vətəninə xeyir verməsi lazım” çağırışını bir komandirin əmri kimi yerinə yetirməyə başladım. Bununla da yetinməyib cənab Rəcəb Tayyip Ərdoğanın 2005-ci ildə “Mübariz, nədən Türkiyə vətəndaşı deyilsən” deyəndə İsveçrə vətəndaşlığından imtina edib Türkiyə vətəndaşlığını seçdim. Əcəba, yanlışmı etdim? İllərlə Türkiyənin hüquq dövləti olduğuna inandım və hər zaman hüquq yolunu seçdim. “Mübariz, bunu sənə necə etdilər Türkiyədə” deyə özümdən soruşuram. Ürəyim sinəmdən çıxmaq üzrədir və buna cavab tapa bilmirəm. İnanmıram, bura Türkiyədirmi?

Bu baş verənlər Türkiyədəmi olur? Düşünürəm ki, bu qədər asanmı bir insanın haqqını əzib keçmək, təəssüf ki, bir cavab tapa bilmirəm. Anladığım qədərilə məni sifariş edənlər insanlardan oğurladıqları pullarla çox böyük pullar ödəyiblər. Bu saatdan sonra heç təəccüblənmərəm kamerada nüvə silahı tapsalar…

Türkiyə ədalətinə səslənirəm. Bu saatdan sonra halal pul qazanmış iş adamları gəlib Türkiyəyə investisiya qoyarmı? Avropa vətəndaşlığından çıxıb Türkiyə vətəndaşlığını alarmı? Amma mən sizə sizdən fərqli olduğumu sübut edəcəm. Özümü Allaha təslim edib ölüm aclığını sonuna qədər davam etdirəcəyəm. Siz məni bu qəfəsdə tuta bilməzsiniz. Allahın izni ilə qısa zamanda Allahın əmri və hökmü ilə yolumun sonuna çataram.

Siz zavallılarda nə ürək, nə vicdan, nə qeyrət olduğunu çox insan görür. Mənim sevdam və dualarım, sadəcə, şərəfli haqq yolunu seçən insanlaradır. Və son olaraq, türk dünyasının gəlmiş və keçmiş ən böyük liderlərindən olan ulu öndər Atatürkün bir sözünü söyləmək istəyirəm. Məni görmək mütləq üzümü görmək demək deyil, fikirlərimi, duyğularımı anlasanız, hiss etsəniz kifayətdir. Hamınızın önündə baş əyirəm, böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm. Allaha əmanət olun, halal yaşayın” – M.Mənsimov qeyd edib.“SAVAŞ”

Tarix:26-03-2020, 01:19 Baxış Sayı:108 Kateqoriya:gundem / sosial / bolge / dunya
SON XƏBƏRLƏR
Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb
DYP-dən müddəti bitməkdə olan etibarnamələrlə bağlı AÇIQLAMA
Məcburi köçkünlərə ŞAD XƏBƏR
Alimlər yeni virusların meydana gəlmə səbəblərini açdı
Dünyanın “siyasi beyni” açıqladı – Düzən tamamilə dəyişəcək
Dünyada 331 min insan koronavirusdan sağaldı – SON STATİSTİKA
Abşeronda hər gün dezinfeksiya işləri aparılır
Azərbaycanlı vəzifəli şəxs koronavirusa yoluxdu
190 manat bu gündən veriləcək – Nazir AÇIQLADI
Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir
Bu kreditlərə təminat veriləcək – Prezident fərman verdi
İşçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə Nazirlikdən REAKSİYA
Koronavirus qanla yoluxur? – TƏBİB-dən AÇIQLAMA
Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə!
Azərbaycanda Ramazan ayı bu vaxtdan başlayacaq — AÇIQLANDI
Bakıda iyulun 3-dək bütün beynəlxalq yarışlar ləğv edilib
Ofisiantlıqdan başlayaraq İcra Hakimiyyətinin başçısı vəzifəsinə qədər yüksələn məmur-Video
Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 3 ilədək həbs olunacaq – VİDEO
SMS-lə icazə alanlara vacib xəbər var – VİDEO
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği AÇIQLANDI
Deputatdan hökumətə təcili çağırış: Bahalaşma başlayıb…
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir
Hadi Rəcəblinin adı bu siyahıdan çıxarılır
Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA
İranda daha 11 deputat koronavirusa yoluxdu
Vilayət Eyvazovdan yeni QƏRAR
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama
Abşeronda kənd və qəsəbələr dezinfeksiya edilir

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla