Bu tanınmışlar Koronavirus Fonduna 1 və 5 manat köçürdülər – ONLAR KİMDİR?

Bu tanınmışlar Koronavirus Fonduna 1 və 5 manat köçürdülər – ONLAR KİMDİR?











Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin şəffaflığı və onlayn qaydada yenilənməsi Azərbaycan üçün ilk və olduqca mühüm addımdır.

Köçürmələr anbaan yenilənir və siyahıda maraqlı adlar və onların köçürdüyü məbləğlər də diqqəti cəlb edir.

Fiziki şəxslər sırasında köçürmə edən məşhurlar sırasında Prezident və Birinci vitse-prezidentdən sonra yüksək məbləğ köçürən tanınmışlardan biri də Mircəlal Hafiz oğlu Paşayevdir – 100 min.

Şamil Heydərov (Karqo Şamil) də 100 minlə ən çox ödəyənlər sırasındadır.

Qod Nisanovu artıq qeyd etmişdik – 2 milyon manat.

Məmurlarımızdan isə:

Əli Əsədov (Baş nazir) – 3.600 manat,

Şahin Mustafayev (Baş nazirin müavini) – 3090 manat,

Mədət Quliyev – Müdafiə Sənayesi naziri – 17,165 manat,

Ceyhun Bayramov (Təhsil naziri) – 10 min,

Elman Rüstəmov – 6800 manat,

Aftandil Babayev (Mərkəzi Bank sədrinin müavini) – 2,500 manat,

Əli Həsənov (Sabiq baş nazir müavini) – 5 min dollar,

Tahir Budaqov (Dövlət Statistika Komitəsinin sədri) – 10.460 manat,

Mübariz Qurbanlı (Dini İşlər üzrə Komitənin sədri) – 2500 manat,

Mübariz Əhmədzadə (Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı) – 2 min və s. köçürüblər.

Diqqəti çəkən ianə ödəyənlərdən biri də general Kərəm Mustafayevdir – 6686 manat.

Millət vəkilləri Ziyafət Əsgərov (4 min), Nizami Cəfərov (3.500), Qənirə Paşayeva (2.800), Zahid Oruc və Qüdrət Həsənquliyev (hərəsi 500) və s. də siyahıda ilk baxışdaca gözə dəyən tanınmış simalardır.

Sənət adamlarında Röya Ayxan 10 min, Mənsum İbrahimov isə min manatla siyahıya adlarını yazdırıblar.

Tanınmış aparıcı Zaur Baxşəliyev də 3 min manat ianə ilə koronavirusa qarşı mübarizəyə öz dəstəyini göstərib.

Ən maraqlı məqam isə keçmiş deputatlarla bağlıdır. Belə ki, Milli Məclisin 3-cü çağırış deputatı Çingiz Əsədullayev 10 min köçürübsə, sabiq deputat və ictimaiyyətdə kifayət qədər tanınan sima olan Nazim Bəydəmirli 1 (bir) manat ianə verib.

Daha bir diqqət çəkən ianə isə tanınmış yazıçı-publisist Yunus Oğuzla bağlıdır. Y.Oğuz 5 (beş) manat ianə verib.

Qeyd edək ki, kiçik məbləğlər ödəsələr belə, əslində, bu kampaniyaya qoşulduğunu nümayiş etdirən və dövlətimizin koronavirusla mübarizəsinə ictimai dəstək verən tanınmışlar da, sadə vətəndaşlarımız da kifayət qədərdir.axar.az

Tarix:26-03-2020, 12:08 Baxış Sayı:197 Kateqoriya:gundem / sosial / maraqli
SON XƏBƏRLƏR
Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb
DYP-dən müddəti bitməkdə olan etibarnamələrlə bağlı AÇIQLAMA
Məcburi köçkünlərə ŞAD XƏBƏR
Alimlər yeni virusların meydana gəlmə səbəblərini açdı
Dünyanın “siyasi beyni” açıqladı – Düzən tamamilə dəyişəcək
Dünyada 331 min insan koronavirusdan sağaldı – SON STATİSTİKA
Abşeronda hər gün dezinfeksiya işləri aparılır
Azərbaycanlı vəzifəli şəxs koronavirusa yoluxdu
190 manat bu gündən veriləcək – Nazir AÇIQLADI
Rusiya vətəndaşlığını almağın qaydaları sadələşdirilir
Bu kreditlərə təminat veriləcək – Prezident fərman verdi
İşçilərin ödənişsiz məzuniyyətə göndərilməsinə Nazirlikdən REAKSİYA
Koronavirus qanla yoluxur? – TƏBİB-dən AÇIQLAMA
Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə!
Azərbaycanda Ramazan ayı bu vaxtdan başlayacaq — AÇIQLANDI
Bakıda iyulun 3-dək bütün beynəlxalq yarışlar ləğv edilib
Ofisiantlıqdan başlayaraq İcra Hakimiyyətinin başçısı vəzifəsinə qədər yüksələn məmur-Video
Əhalinin NƏZƏRİNƏ! Bunu edənlər 3 ilədək həbs olunacaq – VİDEO
SMS-lə icazə alanlara vacib xəbər var – VİDEO
Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği AÇIQLANDI
Deputatdan hökumətə təcili çağırış: Bahalaşma başlayıb…
“Nar” şəbəkəsi ölkəni fasiləsiz və yüksəksürətli internetlə təmin edir
ABŞ koronavirusun müalicəsində bu dərmandan istifadə edir
Hadi Rəcəblinin adı bu siyahıdan çıxarılır
Təxirə salınan imtahanlar, ali məktəblərə sənəd qəbulu barədə AÇIQLAMA
İranda daha 11 deputat koronavirusa yoluxdu
Vilayət Eyvazovdan yeni QƏRAR
Azərbaycanda əfv sərəncamının icrasına başlanılıb
Bu şəxslər 190 manat ala bilməyəcək - Nazirlikdən açıqlama
Abşeronda kənd və qəsəbələr dezinfeksiya edilir

"Dogruxeber.az"-ı Facebookda izləyin

Zəhmət olmasa 10 saniyə gözləyin Bağla